Banan çantalar

 Banan çantalar

Elə aksesuar və geyimlər var ki, illərdir həyatımızda olmağına baxmayaraq, praktiki olaraq heç kim onlara diqqət yetirmir, onlar “dəbli” və “arzulanan” hər şey ilə paralel yaşayır. Köhnə dəbli, yetərincə aktual olmayan adlandırılırlar, sonra isə, bir an içində ətraflarında onları object of desire edən haray-həşir qopur. Onları alırlar, onlarla öyünürlər, saxtalaşdırırlar, ən dəbli əşya kimi son nəfəsədək istifadə edirlər. Həmin kateqoriyaya aid əşyalardan biri olan, hal-hazırda banan-çanta adlandırılan çantalar fərqli adlar altında uzun illərdi mövcuddur: ingilislər onu bum bag, belt bag və ya fancy pack adlandırır, rus dilində isə turist çantası adı altında bilinir, 2016-cı ildən etibarən isə fransız dilinə uyğun olaraq banan-çanta adını daşıyır. Afrika ölkələrində isə bu əşya üçün daha romantik bir ad var – ay çantası.

 

Fərqli-çantaların, kəmər torbalarının hələ eramızdan əvvəl istifadə olduğunu desək, yanılmarıq, çünki rahatlıq universal, zaman çərçivəsindən kənar bir anlayışdır və insan üçün rahatlıq hər zaman önəmli olub. Həm də cib kimi sadə bir şey anidən yaranmayıb və əlləri daha böyük işlər üçün azad etmək üçün alternativ variantlar yaratmaq lazım gəlirdi.

Müxtəlif zamanlarda onun içində tütün, güllə, dərman və s. şeylər saxlanılırdı. Həmin çantalar indiyədək şotland kişilərinin milli geyim elementlərindən biri hesab olunur. Diskonun, parlaq olimpiykaların, krop-topların, banan-şalvarların dəbdə olduğu 80-90-cı illərdə çantalar çiyindən sürüşüb kəmər nahiyəsinə enir. Bundan sonra onlar ikinci , hətta üçüncü plana düşür. Və bu çantalar podiumlara, ən əsas da küçələrə qayıtmaq üçün 30 il gözləməli olur.

Müasir dəb komfortu sevir, sadəcə bunu etiraf etmir – rezin slayderlər və arxalıqsız dəridən loaferlər, rükzaklar, sərbəst stilin ayrılmaz parçaları olan böyük svitşotlar və şalvarlar – bunlar hamısı əvvəllər düşünüləndən fərqli olaraq dəbin və rahatlığın bir-birilə əlaqəli olduğu siqnalını verir. Artan tolerantlıq fonunda bu superfunksional, lakin çox da estetik olmayan kəmər çantaların dizaynerləri, bloqqerləri, opinion-meykerləri, nəticə etibarı ilə küçələri və şəhərləri ələ keçirməkdə davam edir.

 

Kəmər çantaların rəng və faktura çeşidləri saysız-hesabsızdır, istifadə olunma formaları isə bir qədər az. Onlardan ən qeyri-ənənəviləri:

– Kəmər hizasında bərkidərək, palto və gödəkçə üstündən geyinmək;

– Gövdə hissəyə çəpinə geyinmək;

– Çiyinə keçirmək.

Banan-çantaların küçələrdə qısa zamanda trend olmasının bir digər səbəbi də yuniseks olmasıdır. Bu çantalar dünyanın hər yerində modabazların, bloqqerlərin və moda ilə maraqlanan hər kəsin diqqətini cəlb etməyə, podium və küçələrdə ikona çevrilməyə davam edir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir