Camila Kater – Ət Parçası

 Camila Kater – Ət Parçası

Həyatda qarşılaşdığın bioloji dəyişikliyə mütləq adaptasiya olmalısan! 5 animator qadın tərəfindən 5 fərqli animasiya texnikası ilə işlənən bu qısa film bizə şans verir ki, qadınların baxış bucağından onlara qarşı stereotipli münasibətləri izləyə bilək.

Məhz qadınlar həyatlarının uşaqlıqdan qocalığa qədər olan istənilən dönəmində xüsusi fiziki vəziyyətlərlə qarşılaşır. Bu keçidlər onun özünü, münasibətlərini və cəmiyyətdən ona qarşı necə bir münasibətlə qarşılacağını əhatələyir.

Biz hamımız, xüsusilə qadınlar həqiqətən istəyir deyə deyil, kənar baxışları öz üzərində nizama salmaq üçün fiziki cəhətdən “fit” olmaq istəyir. Biz ailəmizlə, cəmiyyətlə, dostlarımızla müəyyən münasibət çərçivəsində qarşılıqlı əlaqədəyik, onlar bu əlaqədə bəzən bizim icazəmiz olmadan intim sərhədimizi keçir, istəmədiyimiz qədər yaxın olur. Bu yaxınlıq onlar üçün müsbət əhəmiyyətdə olsa da, şəxsin öz komfortu üçün neqativdir. İlk qəhrəmanımızın anası ilə münasibət kimi.

İlk təcrübələr həmişə gözlənilməzdir. Təcrübələrin yaşatdığı yeniliklər isə filmin “Medium Rare” adlanan ikinci hissəsində təsvir olunur. Məhz qadınların yeniyetməlik zamanı öz bioloji inkişafları ilə bağlı yaşadıqları ilk təcrübələr və bu təcrübələrin onlarda hansı çətinliklərlə yekunlaşması animasiyada xüsusi bədii dillə işlənilib.

Filmin 3-cü hissəsində isə qəhrəman özünü cəmiyyətin onu gördüyü kimi təqdim edir. Qalın budlu, böyük yanlı və qaradərili… Filmin bu hissəsində cəmiyyətin qəliblərinə daha çox toxunulur. Mükəmməl olan və hamı üçün qəbul olunan nədir? Samba kursunda olmaqla yanaşı, funk musiqi dinləmək? İrqçilik hər zaman ayırıcıdır və qəbulolunmazdır. Filmin qəhrəmanı da məhz bu mövzuda həmişə eşitdiyi vurucu və ayırıcı cümlələrini bizimlə bölüşür.

Filmin son iki hissəsi isə xüsusilə, qadınların yetkinlik və qocalıq dövründə yaşadığı təcrübələrlə bağlıdır. PMS, menopoz, cinsi orqanlarını itirməsi və s. ilkin təcrübələr üçün nə qədər ağır keçsə də, onlar üçün belə təsvir olunur: həyatda qarşılaşdığın bioloji dəyişikliyə mütləq adaptasiya olmalısan!

Sadə və səmimi kino dili olan animasiya haqqında fəlsəfə etmək istəmirik, 11 dəqiqəlik filmə bu link vasitəsi ilə baxıb film üzərində öz fəlsəfənizi qura bilərsiniz. Xoş seyrlər!

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir