Joaquin Phoenix-in “Oskar” gecəsində çıxışı

Joaquin Phoenix (Hakin Fineks) Akademiya Mükafatlarındakı çıxışında Heyvan Hüquqları Üzrə nitq səsləndirib.

 

“Joker”  filmindəki performansına görə “Ən yaxşı aktyor” nominasiyası üzrə qalib olan aktyor cəmiyyətdəki bərabərsizlikdən də danışıb və qardaşından sitat gətirib.

 

Joaquin Phoenix çıxışına  “Hal-hazırda çox böyük minnətdarlıq hissi duyuram” deyərək başlayıb.

 

Joaquin Phoenix “Joker” filmindəki performansına görə  Oskar qazanaraq bol mükafat mövsümünü bağlayıb. Bu, onun ilk Akademiya Mükafatı və dördüncü namizədliyi idi. Səhnəyə çıxdıqdan sonra o, emosional bir çıxış edərək ət yemək, keçmiş səhvlər və cəmiyyət bərabərsizliyinin formaları ilə əlaqəli bir çox mövzuya toxunub.

 

Tam çıxış:
Salam. Necəsiz? İlahi, hal-hazırda çox böyük minnətdarlıq hissi duyuram və özümü bu otaqdakı digər namizədlərdən və ya kimdənsə üstün hiss etmirəm, çünki hamımız eyni sevgini – film sevgisini paylaşırıq və bu, mənə ən qeyri-adi həyatı bəxş etdi. Bilmirəm ki, kinosuz nə olardım. Ancaq elə düşünürəm ki, mənə və bir çoxumuza verilmiş ən böyük hədiyyə – səssizlər üçün üçün səsimizdən istifadə etmək fürsətidir. Birgə qarşılaşdığımız bəzi əziyyətli məsələlər haqqında çox düşünmüşəm və mənə elə gəlir ki, bəzən fərqli səbəblərə qalib gəldiyimizi hiss edirik, ya da bunu hiss etdiririk. Hamımızın üzləşdiyi çətin məsələlər haqqında çox düşünmüşəm , məncə zaman-zaman biz müxtəlif səbəbləri müdafiə etdiyimizi hiss edirik və ya hiss etdiririk. Ancaq  mən ortaqlıq görürəm. Düşünürəm ki, gender bərabərsizliyindən və ya irqçilikdən, ya da LGBT haqlarından və ya yerli hüquqlarından və heyvan hüquqlarından danışmağımızdan asılı olmyaraq, haqsızlığa qarşı mübarizədən danışırıq. Bir millətin, bir xalqın, bir irqin, bir cinsin və ya bir növün digərinə hakim olmaq, nəzarət etmək və cəzasız qalaraq bundan istifadə etməsi və istismar etməsindən danışırıq.

 

Təbiətdən çox uzaqlaşmışıq və bir çoxumuzun günahkar olduğu nöqtə eqosentrik bir dünyagörüşünə sahib olmaqdır, kainatın mərkəzi olduğumuza dair olan inam. Təbiətə daxil olaraq onu mənbələri üçün talan edirik. Elə düşünürük ki, inəyi süni mayalandırmağa haqqımız var və o, doğuş etdikdən sonra  onun balasını oğurlayırıq, baxmayaraq ki, onun əzabla ağlaması qəbul edilməzdir. Sonra isə onun südünü götürürük, hansı ki, onun balası üçün nəzərdə tutulub və onu qəhvəyə və yemək üçün dənli bitkilərə əlavə edirik. Düşünürəm ki, biz şəxsi dəyişiklik fikrindən qorxuruq, çünki düşünürük ki, nələrdənsə imtina etmək üçün nəyisə qurban verməliyik.

 

Lakin insan, ən yaxşı halda, çox ixtiraçı, yaradıcı və bacarıqlıdırlar və  biz sevgimizi və şəfqətimizi rəhbər prinsiplərimiz kimi istifadə etdikdə, bütün canlı varlıqlara və bizi əhatə edən aləmə faydalı olan dəyişiklik sistemlərini yarada, inkişaf etdirə və tətbiq edə bilərik. İndi, mən işə yaramaz biri olmuşam. Eqoist, bəzən qəddar, işləmək üçün çətin biri olmuşam, amma  minnətdaram,  bu zalda olan bir çoxunuz mənə ikinci bir şans verdi və düşünürəm ki, biz o zaman ən yaxşı oluruq ki, bir-birimizi dəstəkləyirik. Keçmiş səhvlərimizə görə bir-birimizə üz döndərdikdə yox, bir-birimizə inkişaf üçün kömək etdiyimizdə, bir-birimizi öyrətdikdə, bir-birimizi azadlığa yönəltdiyimiz zaman ən yaxşısı oluruq. İnsanlığın ən yaxşısı da elə budur. Mən…, qardaşım (23 yaşında vəfat edən, eyni zamanda  özü kimi aktyor, musiqiçi və heyvan hüquqları müdafiəçisi olan qardaşı River Fineksi nəzərdə tutur)  …17 yaşında olanda qardaşım bu sözləri yazmışdı:

 

“Qurtuluşa sevgi ilə qaçın və sülh sizi izləyəcək.” Təşəkkür edirəm.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir