Hel Hartli – İnam

 Hel Hartli – İnam

Məşhur rejissor, Amerika filmlərinin görkəmli nümayəndəsi, “Amerika Qodar”ı Hel Hartli qismən də olsa öz iş həmkarlarının – Carmuş, Linç və ya Soderberqin kölgəsində qalıb. Bu, təəccüblü deyil: çünki yuxarıda qeyd edilən rejissorlardan fərqli olaraq, Hartli heç vaxt “İblis”lə müqavilə bağlamayıb (Hollivud kinostudiyalarına biz hələ qayıdacağıq); o, butik-kino kompaniyası olan “Possible Films”-in əsasını qoyub. Hartlinin dəsti xətti tanınandır: çünki o, dialoqlarda qeyri-standart, romantik mövzulardan istifadə edərək, qıcıqlandırmayan, absurd-gülüş doğuran yanaşma tərzi ilə və epik Brext teatrının ənənələrinə uyğun olaraq əsərlərin qəhramanlarına soyuq münasibəti ilə seçilir. Hətta, ömrünü incəsənətə həsr etdiyi dövründə onun sənət tarixinin ən vacib mövzusu həddindən artıq rasional metamorfozlardan istifadə etmək və alternativ musiqiçilərlə, yəni P.J.Harvey və Yo La Tengo kimi musiqiçilərlə əməkdaşlıq etmək üçün tükənməz həvəsi, meyli var.

Hartlinin sənətə ilk gəlişi 80-ci illərin əvvəllərindən, “Azad Amerika” filmlərinin inkişaf etdiyi vaxtdan başlayıb. Hollivud kinostudiyalarından asılı olmayan, artıq özünü təsdiq etməyi bacaran “Müstəqil film hərəkatı” (Indie) dünya kinomatoqrafiyasına bir çox məşhur sənət adamlarını bəxş etmişdir. Bunlara: Cim Carmuş, Devid Linç, Qas Van Sent, Devid Kronenberq, İtan və Coel Koenlar, Tod Solondz kimi şəxslərin və hətta özünün “İnanılmaz həqiqət” əsərinin debüt çıxışı ilə (11 gün ərzində çəkilən) bu sıralarda öz layiqli yerini tutan Harlinin adını da çəkmək olar.

Hartli özünün az-maz məşhurluğunu borclu olduğu 2-ci (və demək olar ki, ən yaxşı) filmi olan 90-cı illərdə çəkilən “İnam” filmi Amerikan indie-sinə məxsus sadəlik, incəsənət təxəyyülü, əqli ruh yüksəkliyi kimi xüsusiyyətləri özündə əks etdirməklə hit film olmaq üçün bütün keyfiyyətləri özündə cəmləmişdi.

Kulminasiya nöqtəsi: 17 yaşlı Mariya (Adrien Şelli) öz valideynlərinə hamilə olduğu və bu səbəbdən daha məktəbə getməyəcəyi barədə xəbər verir. Atası tərəfindən təhqir edildikdə isə atasına əl qaldıraraq şillə vurur, bu hadisədən sonra atasının ürəyi dayanaraq vəfat edir. Bu andan etibarən onun həyatı uçuruma doğru gedir: sevgilisi tərəfindən tərk edilir, anası tərəfindən isteza olunur, şəhvətlə ona baxan ərzaq mağazası sahibi tərəfindən təcavüzə məruz qalır. Ümidini itirmək dərəcəsinə çatan Mariya küçələri əbəs yerə gəzərkən Uşaq İslah Məktəbinin tələbəsi olan, elektronikadan anlayışı olan Metyu (Martin Donovan) ilə tanış olur. Metyunun da davranışında qəribə cəhətlər aşkar olunur: o, həmişə üzərində əl qumbarası gəzdirir, bu barədə verilən suallara isə bir cümlə ilə “hər ehtimala qarşı” cavabını verir. Əlbəttə ki, onların arasında hər ikisinə asan olmayan sevgi münasibətləri yaranır.

Bu film Sandens festivalında, Sidneydə keçirilən Beynəlxalq Kinotənqidçilər Assosiasiyasının kinofestivalında, Rotterdamda keçirilən festivalda Münsiflər Heyəti tərəfindən ən yaxşı ssenari mükafatına layiq görülmüşdür. Rocer Ebertin dediyi kimi: “2 barmaq yuxarı”, bir sözlə desək, kino dilində göstərilən, danışılan romantik həyat hekayəsidir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər