İncəsənətdə təhlükəli oyunlar – Performans sənəti

“Siz teatrda məşq edir və rol oynayırsınız. Teatrda qan ketçupdur və bıçaq da əsl bıçaq deyil. Lakin performansda hər şey  realdır. Bıçaq əsl bıçaq və qan isə qandır. ” Marina Abramoviç  performansla teatr tamaşası arasındaki  fərqi belə izah edir:

Performans sənəti 1960-cı illərdə yaranmış, tamaşaçıların qarşısında canlı ifa olunan sənət növüdür. Performans sənəti mətndən asılı deyil və həmən anda olur, təkrarı yoxdur. Performansın  ifaçılıq sənətləri ilə ortaq cəhətləri olsa da, rəqs, musiqi, teatr, sirk və gimnastika kimi fəaliyyətlərdən fərqli olaraq, vizual sənətlərdən yaranan qabaqcıl hərəkat hesab olunur. Bəzən performans sənəti  həyati təhlükəli ola bilir, bunlardan bir neçəsini sizə təqdim etmək istəyirik.

Bas Jan Adler

Hollandiyalı rəssam Bas Jan Ader “Möcüzəli axtarışda” performansının bir hissəsi olaraq 1975-ci ildə Massaçusetsdən İngiltərəyə doğru Atlantik Okeanını keçməyə çalışdı. Üç həftə sonra gəmi ilə radio bağlantısını itirən Ader itkin düşdü.

Marina Abramoviç

Dünyaca məşhur performans rəssamı Marina Abramoviç 1974-cü ildə kommunist ulduzunu yerə qoyub ortada yatdıqdan sonra benzin tökərək ulduzu yandırdı. Abramoviçin bu performansında dırnaqları, saçları və qaşları yandı.

Kris Burden

Rəssam performansına görə 1971-ci ildə bir otaqda divarın önündə dostunu qolundan odlu silah ilə vurdu. O, incəsənət cəmiyyətində şiddətin artmasına etiraz etmək istəyib.

Vito Akonçi

1974 “Amerikanı sevirəm, Amerika da məni sevir.

1972-ci ildə ‘Seedbed’ şousunda ABŞ rəssamı Vito Acconci Nyu York İncəsənət Qalereyasında süni bir platforma qurdu və içərisində gizləndi. Səs gücləndiricisi vasitəsilə səsi qalereyanın daxilinə verdi. Ziyarətçilər rəssamın masturbasiya etdiyini taxta döşəmədə gəzərkən eşidə bilirdilər. Rəssam Nikson dövrünün paranoyak prosesinə diqqət çəkmək istəyirdi.

Rudolf Şvaçskoqler

Rəssam 1969-cu ildə vəfat edəndə cinsiyyət orqanı kəsərək özünü öldürdüyünə inanılırdı. O, əslində pəncərədən düşürək ölmüşdü. Şayiələrin əsassız olduğu üzə çıxsa da, bu şayiə təhlükəli performanslar siyahısında yer aldı.

Orlan

Fransız rəssamı Orlan 1990-cı ildə başlayan “Müqəddəs Orlanın Renkarnasiyasında” layihəsində bir sıra estetik əməliyyatlar keçirdi. Sənətçi görünüşünü qərb sənət tarixinin məşhur əsərlərini, məsələn, Botisellinin “Venera” və Leonardo da Vinçinin “Mona Liza” əsərlərini plastik əməliyyat üsulu ilə yenidən canlandırılmasını hədəfləyib.

Neil Harbisson

1982-ci ildə anadan olmuşdur, doğuşdan rəng koru olan  rəssam hiss edə biləcəyi bir  cihaz yaradır. 2004-cü ildə rəssamın hazırladığı bu xüsusi vasitə ilə  “eyeborg” fotosunun  pasport şəklinə daxil edilməsinə icazə verildi.

Yoko Ono

1964-cü ildə sərgilənən “Kəsilmiş Parça” adlı feminist sənət əsərində Yoko Ono diz çökərək yanında bir qayçı qoyur. Bildirir ki, tamaşaçılar paltarını qayçı ilə istədikləri kimi kəsə bilərlər. Başlanğıcda yavaş kəsmə prosesi getdikcə daha da sürətlənir. Ono sonda alt paltarı ilə  yarı çılpaq vəziyyətdə qalır.

Herman Nitş

Nitş Avstriyanı şiddət dolu  fotolarla  şoka saldı. 1998-ci ildə rəssamın şah əsəri olan “Orgastik Sirrlər Teatrı” performansında gənc insanların birlikdə qanda yuyunma ayini həyata keçirildi.

Mao Sugiyama

2012-ci ildə yapon rəssam Mao Sugiyami aseksual insanların  hüquqlarına diqqət çəkmək üçün cərrahi yolla cinsiyyət orqanını kəsdirdi. Onları bir müddət soyuducuda saxladıqdan sonra bişirərək dostlarına “isti yuxu” yeməyi kimi təqdim etdi.

Pyotr Pavlenski

Pyotr Pavlenski 2013-cü ildə  Kremlin divarları qarşısında  Qızıl Meydanda çılpaq vaziyəyyətdə oturmuş və cinsiyyət orqanını yerə mismarlamışdı. Rəssam, həmçinin, siyasi  aktivistdir.

Josef Boys

İncəsənət tarixçisi Uv Şnid bu tamaşanı ABŞ-da Alman avanqard sənətinin qəbulu üçün əsas sayır, çünki Boysun əsəri nəinki onun özünün,  eyni zamanda 1980-cı illlərdə Lüpertz, Baselitz, Kifer  kimi müasirlərinin də tanımasına yol açdı. 1974-cü ilin may ayında Boys Nyu Yorka uçur və Rene Blok Qalereyasındakı tamaşa məkanına təcili yardım maşını ilə gəlir. Boys bağlanmış, üstü örtülü  vəziyyətdə təcili yardım lövhəsinin üstünə uzanmışdı. O, otaqda üç gün və gündə səkkiz saat olmaqla bir çaqqal ilə yaşayır. Böyük bir boz çoban geyiminə bükülərək əlinə də çomaq alır. Bəzən  o, samanın üstünə uzanırdı, çaqqal isə onu izləyərək ətrafda  gəzişir və ya yorğanı parçalayırdı, bəzən isə Boys simvolik hərəkətlər edir, dəri əlcəklərini çıxarıb heyvanın üstünə atırdı. Tamaşa vəziyyətin reallıqları ilə tələb olunan elementlər və sırf simvolik xarakter daşıyan elementlər arasında davamlı olaraq dəyişirdi. Üç günün sonunda Boys ona qarşı olduqca dözümlü olan çaqqalı qucaqladı və yenə də üstü örtülü şəkildə təcili yardım maşınına minərək yenidən hava limanına yola düşdü və Amerikanı ayaqları yerə dəymədən tərk etdi. Boys daha sonra izah etdiyi kimi: “Mən özümü təcrid, izolyasiya edərək, Amerikada çaqqaldan başqa heç nə görmək istəmədim.”

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir