Ermənilər tərəfindən dağıdılmış tarix və mədəniyyət abidələri – 1

Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasət nəticəsində 10 mindən çox yer adları, daşınmaz tarix və mədəniyyət abidələrinin adları və yüzlərlə toponimlər dəyişdirilərək erməni adları ilə əvəz edilmişdir.

Ermənistanın hərbi təcavüzü nəticəsində 2645 tarix və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq, 747 arxeoloji, 64 bağ və park, monumental və xatirə abidəsi, 23 muzey, 102757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260000 arxivləşdirilmiş sənəd, 50000-dən çox vətəndaşın şəxsi kolleksiyalarına aid tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) dağıdılmış, məhv edilmiş və ya mənimsənilmişdir.

 

Belə ki, ermənilər işğalda saxladıqları Azərbaycan ərazilərindən qarət etdikləri daşınan tarix və mədəniyyət abidələrini mənimsəyərək onların bir qismini dünyanın müxtəlif ölkələrində satışa çıxarmış, bir qismi nüfuzlu şəxslərə hədiyyə edilmiş, bəziləri İrəvan şəhərinin müxtəlif müəssisələrində saxlayırlar.

 

  • 1993-cü ildə Laçın Tarix və Diyarşünaslıq Muzeyindən aparılmış gümüş əl çantası Londondakı “Sotheby’s Chr (39)” auksionunda 80.000 ABŞ dollarına satılıb.
  • 1993-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə erməni brendi altında Azərbaycandan qarət edilib aparılan xalçalar satışa çıxarılmışdır.
  • 63 məscid tamamilə dağıdılmış, 4 məscid isə sökülərək tanınmaz hala salınmışdır.
  • 71 türbə, 500 qəbristanlıq dağıdılıb.
  • 136678 daşınan mədəni-irs nümunələri, o cümlədən muzey eksponatların ermənilər tərəfindən mənimsənilib.
  • Xocavənd rayonundakı Amaras məbədi, Şuşa şəhərindəki Saatlı məscidi, Kəlbəcər rayonundakı Gəncəsər məbədi, Laçın rayonundakı Ağoğlan məbədi və Soltan Əhməd sarayı qeyri-qanuni olaraq təmir edilərək formaları dəyişdirilib, divar yazıları silinmişdir.
  • 1161 arxeoloji abidə üzərində qeyri-qanuni qazıntılar aparılmışdır.
  • Azərbaycanın işğal altındakı ərazilərdə qeyri-qanuni fəaliyyətə yol verilərək Ağdamın Şahbulaq yaylağında 1, Xocalı rayonu ərazisində 4, Xankəndi şəhərində 3, Şuşa şəhərində 3, Şuşa-Füzuli yolunda 1, Kəlbəcər rayonu ərazisində 2, Laçın şəhərində 1, Laçın rayonunun Zabux kəndində 1 yeni erməni kilsəsi inşa edilmişdir.

Konstruksiyası dəyişdirilmiş abidələrdən biri də Xudavəng monastır kompleksidir. Xudavəng monastırı Kəlbəcər rayonu ərazisində yerləşən qədim alban memarlıq kompleksidir.  Monastır VI-VII əsrlərdə tikilib. XV əsrdə bu abidə Alban katolikosluğunun dini məbədi olmuşdur.

Müəllif: Faiq İsmayılov – Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin Sədri

Bu və bu kimi bir çox məlumatlar BMT Təhlükəsizlik Şurasının 74-cü sessiyasına ünvanlanmış məktubda öz əksini tapıb.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir