Ermənilər tərəfindən dağıdılmış tarix və mədəniyyət abidələri – 2

Bu məqalə Qarabağda ermənilər tərəfindən dağıdılmış abidələr haqqında təqdim etdiyimiz məqalənin 2-ci hissəsidir.

Dağyurd Xocalı rayonunun ərazi vahidinə aid kənddir. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Saruşen olmuşdur. XIX əsrin sonlarında İrandan Qarabağa köçürülən ermənilər kəndi Saruşen adlanırmışdılar. Kəndin əhalisi XIX əsrin 90-cı illərində İrandan köçüb gəlmış erməni ailələrindən ibarətdir. Dağyurd kəndi Azərbaycanın qədim ərazilərindəndir. Oykonim “dağda salınmış yurd” yeri mənasını verir. Kənd 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Abidənin ümumi görünüşündə və tikinti quruluşu bu abidənin özünəməxsusluğunu göstərir. Abidədən Sovet İmperiyası dövrü anbar kimi istifadə edilmişdir.

Alban dövrü memarlığının ən kütləvi formalarından biri də sovmələr olub. Sovmələr karvan yolları kənarında kiçik ibadətgah rolunu oynasalar da, onlar əslində memorial tikililərdir. Bu ərazilərdə həm mehrabsız, həm də mehrablı sovmələrə təsadüf olunur.

Bu tipli tikintilər ibadət üçün nəzərdə tutulmadığından, onların memarlıq quruluşlarında da müxtəliflik var idi. Belə maraqlı üsluba malik abidələrdən biri də keçmiş Hadrut rayonunun Ziyarət dağındakı sovmədir.

Alban dövrünün ən mürəkkəb tikililəri isə bir qayda olaraq bazillikalar və monastırlar hesab olunurlar. Monastır və bazillikalar, kilsə və sovmələrdən fərqli olaraq iki, üç və hətta dördnefli əzəmətli tikinti quruluşuna malik olurlar. Bu abidələr kütləvi tədbirlər və dini ibadətlər üçün nəzərdə tutulurdu.

Bu abidələrin də tikinti üslubu və özünəməxsus xüsusiyyətləri Şərq xristianlığı memarlığından kəskin şəkildə fərqlənir. Hazırda ermənilər işğal etdikləri Azərbaycan ərazilərində bu tipli abidələrin hamısını erməni kilsələri kimi təqdim edirlər. Alban dövrünün bütün növdən olan tikililərini “erməni kilsəsi” adlandıran ermənilər, Dağlıq Qarabağda bütün alban dövrü abidələrin hamısının “erməni kilsələri” olduğunu iddia edirlər. Halbuki Sovet İmperiyası dövründə bə ərazidə cəmi bir erməni kilsəsi mövcud idi və bu kilsə burada yaşayan bütün ermənilərin ibadətlərini təmin edirdi.

Azərbaycanın işğal olunmuş ərazilərindəki memarlıq abidələrinin bir qisminin erməniləşdirilməsi sırasına indiki Xocavənd rayonunun Sos kəndindəki Amaras monastırı da daxildir. Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən, Alban Həvari Kilsəsinin ləğv edilməsinə qədər ziyarət edilmiş ən müqəddəs məbədlərdən biridir. Bu monastırın özəlliyi ondan ibarət olmuşdur ki, yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilmişdir. Həmçinin Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olmuşdur.

Ermənilərin vandallığı yalnız Dağlıq Qarabağın ərazisi ilə məhdudlaşmır, Qarabağın ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Füzuli, Zəngilan, Ağdam rayonlarını da əhatə edir. Erməni vandalizminə uğradılan abidələrdən biri də Ağoğlan monastırıdır.

Ağolan monastırı Laçın rayonunun Kosalar  yerləşir. Abidənin əsası V-VI əsrlərdə qoyulub. Ağoğlan məbədi V – VI əsrlərə aid alban  monastırıdır. Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından IX əsrdə bu abidə yenidən inşa edilərək forma etibarı ilə monastır üslubuna uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanmış, köhnə divarlar üzərində yeni divarlar tikilmişdir. Bərpadan sonra Ağoğlan qəsri Azərbaycan tarixinin alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilmişdir.

Ağoğlan monastırı Ermənistanın Respublikası tərəfindən işğal edildiyi dövrdə aşağıdakı dəyişikliklərə məruz qalmışdır:

  • Monasıtrın mühafizə divarı dağıdılaraq ikinci giriş qapısı açılmışdır.
  • Monastırın memarlıq quruluşunda dəyişiklik edilərək, sağ divarı dağıdılaraq  oraya qapı yerləşdirilmişdir.
  • Monastırın sağ divarınin bir neçə metrliyində 2005-ci ildə 6 qəbir daşı quraşdırılmışdır.
  • Abidənin interyerində, yəni daxili və xarici divarları üzərində olan, 26 alban simvolu və divar yazıları dəyişdirilmiş və bir o qədər də orjinal bədii nümunələr isə tamamilə silinmişdir.
  • Kompleksin girişində Ermənistanın İrəvan şəhərində qırmızı bazalt daşdan hazırlanaraq gətirilniş 2,5 metr hündürlüyündə bir neçə xaç daşı quraşdırılmışdır.
  • Abidənin üzəri ehtiyac olmadığı halda dəmir lövhələrlə örtülmüşdür.

Müəllif: Faiq İsmayılov – Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin Sədri

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir