Nicat Məmmədov: Elmin Müdafiəsi Naminə

 Nicat Məmmədov: Elmin Müdafiəsi Naminə

Aşağıdakı mətn həyatımda yeni təcrübədən – psixoterapevti ziyarət etməyimdən ilhamlanır. Psixoterapevtim Aaron Bek tərəfindən təsis edilən koqnitiv terapiyanı tətbiq edir. Bek Freydçi psixoanalitik kimi başlasa da, sonralar, problemin pasientin şüuraltında yerləşdiyini və problemin səbəbinin uşaqlıqda axtarılmalı olduğunu hesab edən, klassik psixoanalizdən umsunur. Koqnitiv terapiya isə tam əksini deyir: problem pasientin şüurunda yerləşir və ilk növbədə düşüncə yanlışlıqlarından və qavranılmayan avtomatik fikirlərdən ibarətdir.

 

Mən koqnitiv terapiyanı qismən buddizmdəki xilas konsepsiyasına bənzədirəm. Deyilənlərə görə, Budda Tanrı varmı?, O biri dünya varmı? və s. kimi metafizik sualları nəcib sükutla qarşılayar, öz fəlsəfəsi barədə isə belə deyərdi: “Təsəvvür edin ki, yanğınla əhatələnmiş bir evdə uşaqlar var və mən bu evin önündən keçirəm. Mən ilk növbədə nə etməliyəm? Əlbəttə ki, hələ gec olmamış, içəri girib uşaqları xilas etməliyəm. Əgər mən “Bu evi kim tikib?”, “Bu ev hansı materialdan tikilib?” kimi suallar verməyə başlasam, uşaqlar içəridə diri-diri yanacaqlar. Mənim fəlsəfəm də ilk növbədə insanın xilasına istiqamətlənib. Bütün qalan suallar ikinci dərəcəlidir”.

 

Bizim nəsil millenialları yaşlı nəsildən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, onlar problem yarandıqda falçı və mollaya gedərdilər, biz isə psixoterapevtlərə müraciət edirik. Və bu tamamilə məntiqəuyğundur. Çünki velosiped sürməkdən uzaq qalaktikalaradək insan nə öyrənirsə bunları beyninin/şüurunun vasitəsi ilə edir. Nəticə etibarı ilə, günümüzdə ən ideal məşğuliyyət, əsas istiqamətləri psixologiya, psixiatriya, koqnitiv və neyro elmlər, süni zəkanın (SZ) araşdırılması olan elmdir.

 

Çox güman ki, oxucularımız Azərbaycan efirində yayımlanan ilk realiti-şou olan “Qəfəs”i xatırlayırlar. Şounun finalına iki gənc çıxır. Qalib ən çox izləyici səsi yığan insan olmalı idi. Finalçılardan biri karyerasına yeni başlayan biznesmen idi və mükafat fondu ilə gül dükanı açmaq istəyirdi. Digəri isə gənc bioloq-alim idi. O, isə əldə edəcəyi mükafatı genetika sahəsində təhsilə və araşdırmalara xərcləmək niyyətindəydi. Publikanın seçimi gözlənilən oldu: onlar sahibkarı seçdilər. Bu seçim Sabirin məşhur “Oxutmuram, əl çəkin!” ifadəsindən bu yana cəmiyyətimizdə heç nəyin dəyişmədiyinə işarə deyilmi?

 

Müasir nəzəriyyəçilərin bir hissəsi hesab edir ki, postmodern ənənə və moderndən sonra, təxminən ötən əsrin ortalarından başlayıb. Digər hissəsi isə əmindir ki, hər dövrün öz ənənəsi, moderni və postmoderni olub.  Ənənəvi düşüncə əsasən dini və simvolikdir. Onu, bütün elementlərin vahid şəklində tabe olduğu piramidaya bənzətmək olar. Postmodernist düşüncə estetikdir; ənənədə belə xüsusiyyətlə vurğulanan sarsılmaz Həqiqət, burada “dünyanın şən oyunu” ilə əvəz olunur (J.Derrida), inanc yerini aqnostisizmə, “hərənin öz həqiqəti var” bəyanatına verir. Postmodernin fiquru rizoma – anti-struktur olur. Burada hər bir element birbaşa istənilən digər elementlə bağlı ola bilər (beynin sinir sistemi; internet). Modernist düşüncə isə elmi və ateistikdir. Onun fiquru isə, hər bir elementin əvvəlki elementdən törədiyi sərt strukturdan ibarətdir. Ənənə zaman tanımır, tamamilə əbədiyyətdə mövcud olur. Postmodern “burada və indi” olmağı vurğulayır. Modern isə həmişə gələcəyə baxır.

 

Yaxın keçmişədək Vitgentşteynin “elmi problemlərin həll edilməsi ekzistensial problemlərin həllinə gətirib çıxarmır” fikri tam həqiqəti əks etdirirdi. Doğrudan da, bütün araşdırma və kəşflərə baxmayaraq, insan qismən narazı, qismən tənha və ən əsası, fani qalmağa davam edirdi. Ekzistensial baxımdan heç bir canlının qaçına bilməyəcəyi ölümü yeganə ədalətli hadisə saymaq olardı. Lakin, demək olar ki, gözümüzün önündə, elmi-texniki inqilab o yerə gəlib çatacaq ki, ölüm (xəstəliklər və qocalıqla yanaşı) hər bir insanın seçiminə çevriləcək. Alimlər təxmin edirlər ki, yaxın gələcəkdə gen mühəndisliyi, klonlaşdırma və şüurun rəqəmsal yüklənməsi vasitəsi ilə ölüm artıq qaçınılmaz olmayacaq.

 

Əgər təkamül edən şüurun mif-din-incəsənət-elm ardıcıllığını nəzərə alsaq, tərəqqinin mövcud olduğunu iddia edə bilərik. Əgər əvvəl mifoloji, dini və estetik düşüncənin alternativi yox idisə, artıq 200 ildir ki, bu rolu elm daşıyır.

 

Əgər gündəlik həyatımızda inanc və elm arasında seçim məsələsi durursa, tərəzinin gözü hiss olunacaq qədər elm tərəfə uzanır. Gündəlik həyatımızda biz 99% elmin bəhrələrindən istifadə edirik. Bu məqalə kompüterdə yığılıb, monitordan və ya smartfondan oxunur. Müəllif bu məqaləni saytın e-mail-nə elmi-texniki kəşfin vasitəsi ilə göndərib, Yaradana dua edib, ayağına məktub bağlanacaq bir poçt göyərçini göndərməsini istəməyib.

 

Bu yaxınlarda fikir verdim ki, hər bir təlimdə rasionalistlər mistiklərlə bir gəzir: Əflatun və Ərəstun fəlsəfədə, Freyd və Yunq psixologiyada, Məhəmməd peyğəmbər və imam Əli islamda. Sözsüz ki, mistika ilə müqayisədə dünyanın və özünün dünya içində rasional qavranılması yoxsul, soyuq və “steril” görsənir. Lakin, sağlam şüur şəxsən mənə – anadangəlmə və/və ya vəziyyətlərdən formalaşan bir mistikə – ruhi sağlamlığımı qorumağa kömək edir.

 

Yuxarıda qeyd edilənlər heç də yaradıcılıq və incəsənətdən imtinaya çağırış anlamına gəlmir. Yaradıcılıq, incəsənət, ədəbiyyat bizə öz “səssiz dərinliklərimizi”, “ifadə olunmayanlarımızı” anlamağa kömək edirlər. Məsələn, ədəbiyyat, bizə təsvir dili, həmin “səssiz dərinlikləri” dilə gətirməyə və bununla, bir çox nasazlıqlardan qaçınmağa imkan verən ritorik vasitələr bəxş edir. İosif Brodski öz “Nəsihət”ində – Miçiqan Universitetinin məzunları qarşısında çıxışı zamanı – onlara lupa və sözlük əldə etməyi, lazım olduqda gələcəkdə psixoanalitikə müraciət etməyi, daha dəqiq özünüifadə üçün ehtiyatda daha həcmli leksik baza saxlamağı tövsiyə etmişdi. Dilin qaçınılmaz ikitirəliyindən agah olan və buna görə tavtologiyaya (varlıq vardır, yoxluq yoxdur) meyl edən fəlsəfədən fərqli olaraq, ədəbiyyat göstərir ki, eyni bir şey və ya hadisə başqa sözlərlə adlandırıla bilər. Məsələn, aybaşıları “xəstələnmək”, “halsızlıq” adlandırmaq olar. Ola bilsin ki, təbii hadisələrin mənfi adlandırılması mənfi təəssüratlara gətirib çıxarır, çünki dil, reallıq və şüur qopmaz bir əlaqədə olurlar. Lakin, “menstruasiya”, “aybaşı” və s. neytral terminləri də istifadə etmək olar.

 

Ədəbiyyatdan fərqli olaraq elmi diskurs da soyuq və steril görsənir. Əgər nikbin “stəkanın yarıyadək dolu olduğunu”, bədbin isə “Stəkanın yarıyadək boş olduğunu” iddia edirsə, alim qeyd edir: “200 mq həcmində olan stəkanda 100 mq maye var”. Elm ilk növbədə müəyyənləşdirmədir, izahatdır, statistikadır, sezilən nəticə naminə səmərəli addımdır. Soyuqluq və sterillik dəqiqlik və obyektivlik üçün o qədər də baha qiymət deyil.

 

Hal-hazırda fəlsəfə metafizikası və elm epistemologiyası arasında seçim etməyə məcbur olsam, sonuncunu seçərəm. Tez-bazar fəlsəfə ilə məşğul olmaq istəyimi tənqidi qiymətləndirərək, anlayıram ki, onu öyrənmək, həyatda tətbiq etmək və yaşam səviyyəsinin keyfiyyətini artırmaq üçün illər lazımdır. Zənnimcə daha məhsuldar və sərfəli yol koqnitiv elmlərə yiyələnməkdir. Bundan başqa, fəlsəfi həqiqətlər o qədər dolayı yollarla reallaşır ki, tamamilə təhrif olunur. Məsələn: Sokrat deyib, Əflatun yazıb, Ərəstun şərh edib, Makedoniyalı İskəndər isə həyata keçirib. Fərq ondadır ki, Sokrat öz əqidəsinə görə ölümə gedib, İsgəndər isə öz əqidəsinə görə başqalarını ölümə göndərib.

 

Bu günlərdə Coysun “Rəssamın gənclikdəki portreti” əsərini təkrar oxudum. Orada dindən ayrılıb incəsənətə xidmət etməyi seçmiş qəhrəmandan bəhs edilir. İndi isə, qəhrəmanın elm naminə incəsənətdən imtina edən “Alimin gənclikdəki portreti” adlı hipotetik əsəri oxumaq istərdim.

В ЗАЩИТУ НАУКИ

 

Нижеследующий текст вдохновлен новым опытом в моей жизни – посещением психотерапевта. Мой психотерапевт применяет когнитивную терапию, основанную Аароном Беком. Бек начинал как фрейдистский психоаналитик, однако впоследствии разочаровался в классическом психоанализе, считающем, что проблема находится в бессознательном пациента и усматривающем первопричину проблем в детстве. Когнитивная же терапия считает ровно наоборот: проблема находится в сознании пациента и заключается прежде всего в ошибках мышления и неосознаваемых автоматических мыслях. Когнитивная терапия отчасти напоминает мне буддийскую концепцию спасения. Как говорит традиция, Будда на метафизические вопросы – есть ли Бог? Есть ли загробная жизнь? и т.д. – сохранял благородное молчание, а о своем учении высказывался так: «Представьте, что в охваченном пожаром доме находятся дети, а я прохожу мимо. Что я должен сделать в первую очередь? Конечно же, зайти внутрь и спасти детей, пока это возможно. Если же я стану спрашивать «Кто построил этот дом?», «Из какого материала дом построен?», дети сгорят заживо. Так и мое учение в первую очередь нацелено на спасение человека. Все остальные вопросы имеют второстепенное значение».

 

Одним из главных отличий нашего поколения миллениалов от поколения наших родителей является то, что те при возникновении проблем ходили к falçı и molla, мы же обращаемся к психотерапевтам. И это вполне резонно. Ведь что бы ни изучал человек, – от вождения велосипеда до отдаленных галактик, – он изучает это посредством своего мозга/сознания. Значит, в первую очередь необходимо изучать сам мозг/сознание. Следовательно, идеальным на сегодняшний день занятием является наука, важнейшими направлениями которой оказываются психология и психиатрия, когнитивные и нейро-науки, исследование ИИ.

 

Наверное, наши читатели еще помнят первое реалити-шоу в азербайджанском эфире – “Qəfəs”. В финал тогдашнего шоу вышли два молодых человека, из которых победителем должен был остаться один – тот, кто соберет больше зрительских голосов. Одним из финалистов был начинающий делец, на призовой фонд собирающийся открыть цветочный магазин. Другим финалистом был молодой ученый-биолог, призовой фонд собиравшийся использовать на обучение и исследование в области генетики. Выбор публики оказался вполне предсказуемым: зритель выбрал дельца. Не говорит ли этот выбор о том, что в нашем обществе со времени сентенции Сабира “Oxutmuram, əl çəkin!” ничего не изменилось?

 

Часть современных теоретиков считает, что постмодерн начался приблизительно в середине прошлого века, последовав после традиции и модерна. Другая часть убеждена, что у каждой эпохи были своя традиция, модерн и постмодерн. Традиционное мышление во многом религиозно и символично. Его можно уподобить пирамиде, где все элементы подчиняются одной-единственной верхушке. Постмодернистское мышление эстетично; незыблемая Истина, столь акцентированно выраженная в традиции, заменяется здесь на «радостную игру мира» (Ж. Деррида), вера уступает место агностицизму, декларированию того, что «у каждого своя правда». Фигурой постмодерна становится ризома – антиструктура, где каждый элемент может быть напрямую связан с любым другим элементом (нейронная система мозга; интернет). Модернистское же мышление научно и атеистично. Его фигурой является жесткая структура, где каждый элемент логично вытекает из предыдущего. Традиция не знает времени, она полностью пребывает в вечности. Постмодерн акцентирует пребывание в «здесь и сейчас». Модерн же всегда устремлен в будущее.

 

До совсем недавнего времени мысль Витгенштейна о том, что «решение научных проблем не приводит к решению проблем экзистенциальных» была вполне истинна. Действительно, несмотря на все изыскания и открытия, человек продолжал оставаться отчасти неудовлетворенным, отчасти одиноким и, самое главное, смертным. С экзистенциальной точки зрения смерть можно было счесть единственным справедливым событием, коего не в силах избежать ни одно живое существо. Однако, буквально на наших глазах научно-техническая революция ведет к тому, что смерть (наряду с болезнями и старостью) станет предметом выбора каждого отдельно взятого человека. Ученые предполагают, что во вполне обозримом будущем с помощью генной инженерии, клонирования и цифровой загрузки сознания смерть перестанет быть неизбежной.

 

Если принять во внимание следующую последовательность познающего разума: миф – религия – искусство – наука, то мы можем утверждать существование прогресса. Если раньше альтернативы мифологическому, религиозному и эстетическому мышлению не было, то уже лет как двести она есть в лице науки.

 

Если в повседневной жизни встает вопрос выбора между верой и наукой, то чаша весов ощутимо склоняется в научную сторону. В повседневной жизни мы на 99% руководствуемся и пользуемся плодами науки. Эта статья набрана на компьютере и читается с экрана компьютера или смартфона. Автор отправил эту статью на email сайта посредством научно-технического изобретения, а не обращался ко Всевышнему с молитвой послать почтового голубя, к лапке которого можно было бы прикрепить письмецо.

 

Совсем недавно я обратил внимание на то, что почти в каждом учении рационалисты соседствуют с мистиками: Платон и Аристотель в философии, Фрейд и Юнг в психологии, пророк Мухаммед и имам Али в Исламе. Безусловно, по сравнению с мистическим рациональное восприятие мира, себя в мире кажется бедным, холодным и «стерильным». Однако, здравый смысл помогает лично мне – прирожденному и/или сконструированному обстоятельствами мистику – сохранять душевное здоровье.

 

Всё вышеизложенное вовсе не означает призыва отказаться от творчества и искусства. Творчество, искусство, литература помогают нам осознавать собственные «безмолвные глубины», «невыразимое». Литература, к примеру, дает нам язык описания, риторические средства, с помощью которых мы можем вербализовать эти самые «безмолвные глубины» и, тем самым, избежать многих расстройств. Иосиф Бродский в своем «Напутствии» – выступлении перед выпускниками Мичиганского университета – советовал им приобрести лупу и словарь и, если придется в будущем обращаться к психоаналитику, иметь в запасе более объемную лексическую базу для точного самовыражения. В отличие от философии, вполне отдающей себе отчет о неизбежной двусмысленности языка и потому стремящейся к тавтологичности (бытие есть, небытия нет), литература показывает, что одна и та же вещь либо явление может именоваться разными словами. Например, месячные можно называть “xəstələnmək”, «недомогание». Возможно, негативное именование естественных явлений приводит к негативным переживаниям, так как язык, реальность и сознание находятся в нерасторжимой связи. Но ведь можно пользоваться и нейтральными обозначениями, такими как «регулы», “aybaşı” и т.д.

 

В отличие от литературы научный дискурс опять же выглядит холодным и стерильным. Если оптимист говорит «Стакан наполовину полон», а пессимист «Стакан наполовину пуст», то ученый констатирует: «В стакане объемом 200 мг содержится 100 мг жидкости». Наука – это прежде всего констатация, описание, статистика, эффективное действие ради ощутимого результата. Холодность и стерильность не самая высокая цена за точность и объективность.

 

На сегодняшний день оставшись перед выбором между метафизикой философии и эпистемологией науки, я выберу последнее. Критически расценивая свое поспешно-пылкое желание заняться философией, я понимаю, что пройдет не один год, пока я обучусь ей, смогу применять в своей жизни и улучшать качество этой жизни. Более продуктивным и экономным путем, как мне представляется, является освоение когнитивных наук. Кроме того, философские истины воплощаются настолько окольным путем, что извращаются полностью. К примеру: Сократ говорил, Платон это записал, Аристотель откомментировал, а Александр Македонский воплотил в жизнь. Разница в том, что Сократ пошел на смерть ради своих убеждений, а Македонский ради своих убеждений посылал на смерть других.

 

На днях я перечитал джойсовский «Портрет художника в юности», где описывается становление героя, отошедшего от религии и выбравшего служение искусству. Теперь же мне хотелось бы прочесть гипотетический «Портрет ученого в юности», где герой отказывается от искусства в пользу науки.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir