Bir, iki, üç…

 Bir, iki, üç…

-Qorxma! 10-a qədər say, keçəcək.

– Bir, iki.. yox , bacarmıram. Nəfəsim kəsilir, öləcəyəm.

-Bir də cəhd elə!

-Tez ol!

-bir, iki, üç!

Gözümü açdım. Başqa mənzərə vardı. Mən hardayam!? Bu yuxu ola bilməz

-Cəld nəyəsə toxun, yoxla.

Əlimi yavaş-yavaş qorxaraq torpağa vurdum. Torpağı hiss edirəm. Əlim buz kimidir. Üşüyürəm. Buraları tədqiq etməliyəm. Üzüyuxarı yatılı vəziyyətdə oyanmışdım. Gündüzdür, amma əmin deyiləm günün hansı hissədir. Bura meşədir-hündür, sıx ağaclar var. Başımın üstündə əcaib nələrsə uçuşur. Ağır ayaq səsləri eşidirəm, həm uzaqda, həm də yaxında imiş kimi. Görə bilmirəm onu. Asta-asta ayağa qalxdım. İlahi! Heyrətdən donub qalacağam. Bu necə ola bilər!? Qarşımda bir kentavr dayanıb. Hə, kentavr! Vəziyyət absurdlaşmağa başlayır. Beynimdə min cür sual var. Suallara cavab tapmalıyam, amma kentavr düz mənə baxır. Nəsə etməliyəm, ondan qurtulmalıyam. Bu yunan mifologiyasından çıxmış kentavr, skif döyüşçüsü formasında tam önümdə dayanmışdı. Mənə gözlərini dikmişdi. Ox və yayı da hazır vəziyyətdə idi. İndi mən nə edəcəm!? Zibilə qalsın! Kentavrlar haqda heç nə bilmirəm. O hələ də gözlərini məndən çəkmir. Zibilə qalsın, hücum edəcək. Mən əliyalın, üstəlik çılpaq vəziyyətdəyəm. Qaçmaqdan başqa yol yoxdur. Hara, necə qaçacağam!? Sürəti mənimkindən, kim bilir, neçə dəfə çoxdur.

-Qaçmaq vaxtıdır. Qaç!

Kentavrdan gözümü ayırmadan asta-asta geri addımlamağa başladım. Bir az uzaqlaşıb qaçacağdım. Öz düşüncəmdə, onun uzaqlaşdığımı hiss etməməsi üçün geri addımlayırdım. Gözümü ondan çəkmirdim, o da məndən. O tərpənmirdi. Mən geri addımlamağa davam edirdim. Bir az uzaqlaşandan sonra qaçmağa başladım. Bir dəfə çevrilib arxaya baxdım, kentavr yox idi. Sevinirdim.. Qısa müddət qaçdıqdan sonra meşədən çıxdım. Qarşıma düzənlik çıxdı – ucu bucağı görünməyən düzənlik. Düşündüm, burada kentavr asanlıqla məni öldürə bilər. Zibilə qalsın, meşə çox balaca, düz isə çox geniş idi. Meşəyə geri qayıtmağı düşündüm, ən azından ağaca dırmanaram. Bu an kentavr düz önümdə peyda oldu.  Silahı əlində, ox atılmağa hazır vəziyyətdə idi. Onun arxamca qaçdığını hiss etməmişdim. İlahi! Həyəcan basır. Titrəyirəm.

-Yuxu olsun, yuxu olsun bu. Ölmək istəmirəm.

Və birdən “Qurtarın bu zarafatı” deyə qışqırdım. Bu anda kentavr mənə yaxınlaşmağa başladı. Həyəcanım daha da artdı. İndi öldürəcək məni. Qorxuram. Daha da yaxınlaşır. Nəfəsim kəsilir. İndi ürəyim partlayacaq.

-10-a qədər say

-Say! Keçəcək

-Bir, iki..

-Say! Yenə cəhd et!

-Dayan. Mən axı bugün bunu bir dəfə yaşamışam. Bu nə oyundur belə!?

-Saay!

Kentavrla burun buruna idim. Sərt baxışlarını gözümə zilləmişdi.

-Say!

-İlahi! Mən saymalıyam. Sayları unutmuşam. Yox, bircə indi olmasın. Saymalıyam mən

-Say!

-Bir, iki, üç

Gözümü açmağa qorxuram. Yerdəyişmə baş verib yenə. Bütün cəsarətimi toplayıb gözümü açdım. Çox səs-küy var. Qışqırıq səsləri eşidirəm. Bu dəfə əynimdə boz libas var. Ətrafa boylandım, bir xeyli dəmir-dümür gördüm. Nə olduqlarını başa düşməyə çalışıram. Elə bu vaxt kiminsə yaxınlaşdığını sezdim. Əlində qılınc var. İlahi! Yenə!? Yox, yox! Saymağa başlayıram : bir, ikiii… Bu an məni çağıraraq: “Yaxşısan? Qalx, döyüşə”

Deyəsən Tanrı mənimlə əylənir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir