varyox.az
Mən necə axmaq oldum
Mən sahilin ən kimsəsiz yerinə çatanda günəş ağır-ağır dənizin üstündən çıxmağa başlamışdı. Günəşin şəfəqləri usta rəssam tək səmanı parlaq gözəl rənglərlə boyayırdı. Dəniz dalğaları köpüklənə-köpüklənə sahilə tələsir, sonra eyni sürətlə yenidən geri qayıdırdılar. Külək çox güclü əsirdi. Bir tərəfdən saçlarımı dağıdır, bir tərəfdən isə burnumu öz soyuğu ilə qırmızı rəngə boyayırdı. Bir müddət beləcə dənizə tamaşa etdim. Dalğalar o qədər yumşaq idi ki, lap adama gəl-gəl deyirdilər. Saata baxdım.
Var Yox