Sevgi toydan sonra olmalıdır

 Sevgi toydan sonra olmalıdır

Siz bu cümlədə Yapon müdrikliyini yoxsa mentalitet tör-töküntüsünü görürsünüz?

Mənim bu cümləm – “Sevgi toydan sonra olmalıdır” – bəzilərində çaşbaşlıq və imtina hissi oyatdı. Bu ifadənin mahiyyətini açıqlayacağıma söz verərək, gördüyünüz mətni yazıram.

Son vaxtlar Sevgi, evlilik və s. haqda az düşünürəm, ona görə də, mətni yazarkən fikirlərim qarmaqarışıq olurdu. Məsələ ondadır ki, mən həmişə ağlımda bir-neçə fikir tutur və heç vaxt onlardan hansısa birini seçmirəm. Çünki belə yaşamaq daha maraqlı və təhlükəsizdir.

18 yaşımda düşünürdüm ki, Sevgi yalnız toydan sonra ola bilər. 18 yaşda belə düşünməyimin səbəbləri var idi. Məndə, hesablanmış evliliklərin daha sağlam olduğunu düşünən məşhur psixoloq Nikolay Kozlovun “Ailə müqaviləsi” adlanan nüfuzlu fikri var idi. Başqa səbəb – gözümün önündə olan uğursuz ailələr (valideynlərim istisna deyil).

Mentalitetin qaydalarına uyan valideynlərim əks cinslə münasibət qurmağı, Sevməyi qadağan edirdi. İndi deyəcəksiniz ki, Sevməyi qadağan etmək mümkün deyil. Lakin başa düşün, Sevgi haqqında fikriniz dəyişmədikcə siz bunun indiyədək hiss etmədiyiniz, lakın haqqında oxuduğunuz “qarnınızdakı kəpənəklər” olduğunu sanırsınız, və bu dönəmdə sizə Sevməyi qadağan etmək çətindir, çünki hər şeydə məhz bu hissi axtarırsınız.

Lakin, insanın da bir canlı növü olduğunu, həmçinin “sevginin” öz növünü artırmağa yönəlmiş adi kimyəvi proseslərdən başqa bir şey olmadığını, “sevginin”, uşağı peydahlayıb, doğub və bir müddət böyütmək üçün zəruri olan, 1-3 il çəkdiyini biləndə dünyaya başqa gözlə baxırsan. Sizdə, “sevgiyə” aid olan hər şey nifrət hissi yaradır.

Sonralar fikrim bir az dəyişdi. Həyatımda yeni dönəm – “Oşo” dönəmi başladı. Deyəsən, hormonlar öz söüzünü deyirdi, bu səbəbdən Bhaqvanın “fəlsəfəsi” bədənimə sərf edirdi, beynim ona inanmaq istəyirdi. Və bir ara beynimdə hər bir təzahüründə “sevginin”, ümumiyyətlə seksin, çətənin və işsizliyin əla şey olduğu haqda fikirlər dolaşırdı. Nəticədə mənə həyat verən bir şey necə dəhşətli ola bilər? Sonra isə özümə, “Məgər “mən” dəhşətli deyiləm?”, sualını verdim.

Anatol Fransın “Tais” romanını oxuduqdan sonra nəinki “sevgiyə”, həmçinin Oşo “fəlsəfəsində” sağlam məntiq görən özümə münasibətim olduqca dəyişdi. Kitab məndə dini görüşlər oyatdı və düşünürdüm ki, ömrün axırınadək bakirə qalmaq ən düzgün qərardır. “Monastır” dövrünə qədəm qoydum…

İndi isə, məni “Sevgi toydan sonra olmalıdır” deməyə sövq edən başqa fikir haqda danışmaq istəyirəm.

Hal-hazırda evlilik mənim üçün – əlləşmə, cehiz, başqa alacaqlarla, qohumlarla bağlı baş ağrısı, don, restoran və bütün başqa şeylərin axtarışı, həyat tərzinin, ünsiyyət dairəsinin, prinsiplərin, gələcyimlə bağlı planların dəyişməsi və sair və ilaxırdan başqa bir şey deyil. Bu isə mənə lazımdır? Yox. İnsan da heç vaxt etmək istəmədiyi şeyi etmir. Ona görə də bu gün mentalitet və “Tais” romanın ideyası mənə sərf edir. Lakin keçək başqa mövzuya.

“Evliliyin toydan sonra olmalı olduğunun” ağlabatan səbəblər siyahısı ilə tanış olmağınızı təklif edirəm:

1 – Yuxarıda qeyd edilən müddət – 1-3 il. Çoxları bir-birinə vurulur, görüşür, nişanlanır, bir-birindən bezir və ayrılırlar. Burada təkcə qonşular sevinir – qeybət etməyə “tema” var. Bizim ölkədə isə belə variant “işləmir”. Əlbəttə ki, əgər siz ölkəni və qonşuları nəzərə alırsınızsa.

2 – Hesablanmış evlilik daha sağlamdır, çünki “sevgi qayığı məişət qayalarına dəyib parçalanmır”. Sən artıq evin ağası kim olduğunu, özünün və onun vəzifələrinə bələdsən. Sanki, sən öncədən bütün bəndləri ilə tanış olduğun müqaviləni imzalayırsan. Və, əlbəttə ki, sən bu müqavilənin tərtib edilməsində iştirak edirsən.

3 – Çoxları evlilikdən sonra Sevginin olmaya da biləcəyini düşündüyündən “evlilikdən sonra sevgi” ifadəsindən qorxurlar. Amma, mən “Evlilikdən sonra sevgi” yazıram, çünki qeydiyyata alınmış cütləşdirmə də ola bilərdi. “Evlilikdən sonra sevgi” cümləsi, toydan həmən sonra (və ya bir-neçə gündən sonra) sevginin olmasını nəzərdə tutur.

Və ümumiyyətlə, əgər insanlar bir yerdə yaşamırlarsa, bir-birini tanımırlarsa, bir yastığa baş qoymurlarsa (bizim ölkəyə aiddir) hansı Sevgidən danışmaq olar? Bu mənə cəfəng gəlir. Əgər onsuz da toydan sonra – bir yerdə yaşadıqdan sonra bir-birinizi tanıyacaqsınızsa (agah olacaqsınızsa) ibarəli hisslər haqda danışmağa nə lüzum var?

Bəs nə etmək olar? Hər bir insanın xəyalında ona yaraşacağı insan haqda təəssürat mövcuddur.

Hər bir qızın öz meyarı var – məsələn, onun gərək maşını, mənzili olsun, mənzili olmasa da olar, amma səyahət etməyi sevməlidir və ya hansısa musiqi alətində ifa etməyi bacarmalıdır, hərbi xidmətini yerinə yetirmiş olmalıdır, ya da öz corablarını özü yumalıdır…Nə cür istəsəniz, lakin qızların belə meyarları var. Onlar daimi olaraq bu kriteriyalar haqda düşünürlər, çünki hər qarşılarına çıxanı görüşün ilk saniyələrində bu bəndlər üzrə yoxlayırlar.

“İdeal” axtarmayın. Düşüncəniz ən yaxın dostunuzun və ya dostunuz ola biləcək bir kəsin düşüncəsi ilə eyni olan birisini arayın. Meyarlar siyahısı dərhal dəyişəcək.

Əgər görürsünüz ki, hansısa oğlan sizinlə ciddi münasibət qurmaq istəyir, sizə yaxınlaşır, ona qarşı simpatiyanız var, onunla ailə qurmaq, dünyaya uşaq gətirmək və birlikdə böyütmək istəyirsiniz və buna hazırsınız, qarşılıqlı olaraq bir-birinizin tələbləri ilə razısınız, doğru VVADQ-a gedin.

Bu oğlanlara da aiddir. Siz də belə etməlisiniz. Sonra bir-birinizi tanımağa başlayacaqsınız, böyük ehtimal, bir-birinizi sevəcəksiniz. Bu hiss 2-3 il davam edəcək, sonra uşaqlar olacaq, bir-birinizə öyrəşəcəskiniz, bənzəyəcəksiniz – bu isə harmonik münasibətlərin elə özüdür.

Sadəcə olaraq, gördüyünüzdə ürəyinizin dəlicəsinə döyündüyü kəsi yox, sizə uyğun olan insanı axtarın. Ürəyiniz gördüyünüz hər ikinci kişiyə görə dəlicəsinə döyünə bilər, lakin hər ikinci kişi ilə xoşbəxt ailə qura bilməzsiniz.

P.S.: Bu yazının müəllifinin rəyi əhvalından asılı olaraq dəyişir, ona görə də, başqalarının mneniyasını boş verib öz həyatınızı yaşayın.

P.P.S.: Bu günlərdə insan davranışı üzrə amerikalı araşdırmaçı Helen Fişerin insanların nə səbəbə görə sevdiyi haqda söhbət etdiyi videoçarxa rast gəldim. Sizə bu videoya baxmağı və, elə bil ki, bu mətni oxumamış kimi yaşamınızı davam etməyi tövsiyyə edirəm.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir