varyox.az
Youtube
Bir gün, axşam vaxtı, qonşu arvadlarının küçə toplantısında Falçı xala elan edir ki, baxıcılıq kvalifikasiyasını (bu sözü qonşu arvadlar ilk dəfə eşidirdilər) artırmaq üçün ABŞ-a gedəcək; sən demə, oradakı xüsusi kurslara yazılıbmış. Xəbər hamını maraqlandırır və təəccübləndirir, həmçinin sevindirir - Falçı xala bu kurslardan sonra savadlı baxıcı olacaqdı və gələcəyi daha aydın və dəqiq görəcəkdi.
Var Yox