Avropa Birliyi Azərbaycanda 1-ci virtual mədəniyyət festivalı həyata keçirəcək

 Avropa Birliyi Azərbaycanda 1-ci virtual mədəniyyət festivalı həyata keçirəcək

Koronavirus (COVID-19) səbəbiylə AB Nümayəndəliyi ənənəvi IMAGINE Avro Tolerantlıq Festivalını ənənəvi formatında keçirə bilməyəcək, lakin bunun əvəzinə müxtəlif mədəniyyət tədbirlərini Azərbaycan evlərinə gətirən virtual formatda keçirmək qərarına gəldi. Bu ilin xüsusi mövzusu bu günlərdə vacib bir dəyər olan həmrəylik olacaq.

 

IMAGINE Avro Tolerantlıq Festivalı 2020-nin bu buraxılışında əvvəlcədən Bakıda olmuş və ya 2020-ci ildə ziyərət etməyi planlaşdırmış dünyanın müxtəlif yerlərindən olan bir neçə musiqi qrupu, musiqiçilər və müğənnilər Bakı və Azərbaycana “Bakı üçün Bir Mahnı” adlı xüsusi musiqi proqramında bir mahnı həsr edəcəklər. Bu, Azərbaycan xalqı ilə olan həmrəyliyi nümayiş etdirməyin bir yoludur. Bu zəngin və çox müxtəlif musiqi proqramı “Avropa Günü” və ya “Şuman Günü” kimi bilinən 9 Mayda canlı yayımlanacaq. Digər konsertlərə Çili-Belçika vətəndaşı tenor və soprano saksafon ifaçısı və bəstəkar Marselo Monkadanın 12 Maydakı canlı konserti və 15 Mayda dünyanın fərqli yerlərindən olan musiqiçilərin birlikdə ifa edəcəyi “Brasilidade” qrupunun konserti daxildir.

 

9 Mayda keçiriləcək “İdealar Forumu”-nda fəallar, mütəfəkkirlər, dünyanın müxtəlif yerlərindən mütəxəssislər “Covid-19 Avropanı və beynəlxalq əlaqələri necə formalaşdırır?” mövzusunda öz fikirlərini və düşüncələrini bölüşürlər. Onların düşündürücü videoları covid-19-un həyatımızı, qlobal siyasi, iqtisadi və sosial nizamımızı necə dəyişə biləcəyi, Avropanın bu misli görünməmiş böhrandan necə çıxacağı mövzularını əhatə edəcəkdir.

 

Virtual sərgilər zamanı Fransa, Hollandiya və Rusiyadan olan tanınmış fotoqraflar bizə peşəkar həyatlarında çəkdikləri ən vacib fotolara doğru rəhbərlik edəcək və arxa planı izah edəcəklər. Özünü təcrid və karantin dövründə Avropalı rejissorlar tərəfindən çəkilən, karantinin yaradıcılığı məhdudlaşdıra bilmədiyini sübut edən unikal eksperimental filmlərin kiçik bir hissəsi Festivala yer alacaqdır.

 

Konsertlər, debatlar, master-klasslar, şeir tədbirləri, incəsənət sərgiləri, film nümayişləri, hər kəsin əylənəcəyi və bəyənəcəyi bir çox tədbir olacaq.

 

IMAGINE Avro Tolerantlıq Festivalını https://www.euroimagine.az/ veb saytından və ya https://www.facebook.com/ImagineEuroToleranceFestival ünvanından izləyə bilərsiniz.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir