Avropa Film Festivalı 2021

 Avropa Film Festivalı 2021

Avropa Film Festivalı Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyəti, eyni zamanda üzv ölkələrin səfirlikləri və mədəniyyət institutları ilə birlikdə koordinasiya edilir. Festival proqramına Rumıniya, Finlandiya, Almaniya, Macarıstan, Fransa, İspaniya, Lüksemburq, Yunanıstan, Serbiya, Latviya, Litva, Belçika, Çexiya və Polşa istehsalı 10 fərqli mövzuları əhatələyən prestijli filmlər daxil edilib.

Festival 14-29 iyun 2021-ci il tarixlərində www.festivalscope.com saytında onlayn nümayiş olunacaq. Proqrama daxil olan 2 sənədli, 2 komediya və 6 dram filmini saytda qeydiyyatdan keçərək ödənişsiz izləyə bilərsiniz. Filmlər azərbaycan, ingilis, rus dillərində altyazılarla təqdim olunacaq. Azərbaycandan olan auditoriya limiti maksimum 400 nəfərdir. Filmlər digər ölkələr üçün açıq deyil.

Nümayiş olunacaq filmlər

  • ACASA MY HOME – Radu Ciorniciuc (2020)
  • AURORA – Miia Tervo (2019)
  • BAD POEMS – Gabor Reisz (2018)
  • FIRE WILL COME – Oliver Laxe (2019)
  • HER JOB  – Nikos Labôt (2018)
  • OLEG – Juris Kursietis (2019)
  • OUR STRUGGLES – Guillaume Senez (2018)
  • THE AUDITION – Ina Weisse (2019)
  • BORN FOR THE SABER – Pawel Deląg (2019)
  • THE JOKE – Jaromil Jireš (1969)

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir