Bakıda “Femstore” yarmarkası keçiriləcək

 Bakıda “Femstore” yarmarkası keçiriləcək

15 fevralda Baku IdeaLab, “Kanadanın Yerli İcmalar üçün Fondu”nun dəstəyi ilə Dreamers’ Lab 2 proqramı daxilində gender komandasının təşkilatçılığı ilə “Femstore” layihəsi həyata keçiriləcək.

Layihənin həyata keçirilməsində məqsəd zorakılığa məruz qalmış qadınlara bir neçə illustratorun könüllü olaraq gender mövzusu ilə bağlı çəkdikləri illustrasiyaların çap olunduğu stiker, kətan çanta və kitabları sataraq dəstək olmaqdır. Həmçinin sığınacaqda yaşayan uşaqların əl işləri də satışda olacaq.

Tədbirdə Nisə Hacıyeva tərəfindən Cavid Ağanın könüllü təşəbbüsü ilə yaradılmış SUSMA – Hekayəni danış platformasının təqdimatı baş tutacaq. Sus-ma.com saytının məqsədi baş verən zorakılıq hallarını ifşa etmək və zorakılıqdan zərərçəkmişlərə yardım etməkdir.

Əldə olunan gəlirlər dəstək məqsədi ilə ianə olaraq sığınacağa veriləcək.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir