“Azərbaycan Müasir İncəsənəti” kitabı

 “Azərbaycan Müasir İncəsənəti” kitabı

“Şəkilçəkən” rubrikası son iki il ərzində VarYox İncəsənət platforması tərəfindən yaradılıb. Rubrika redaktoru VarYox təsisçisi Sitarə İbrahimbəyova, yazarı isə amerikalı kurator Lesley Qreydir. Bu layihəni yaratmaqda məqsəd Azərbaycan müasir incəsənət platformasının üzvlərini cəmiyyətə tanıtmaq və onların yaradıcılığını işıqlandırmaqdır. İki il ərzində 70-ə yaxın sənətçinin yaradıcılığı cəmiyyətə təqdim edilib. Məqalələrdə onların gördükləri işlər, önəmli xarici sərgiləri və yerli layihələri qeyd edilib. Demək olar ki, bu, Azərbaycan incəsənət tarixi üçün bir yenilkdir, çünki bu günədək  belə önəmli insanların çoxsaylı işləri daimi və ardıcıl olaraq ensiklopedik şəkildə dərc olunmamışdır.

Layihə əsasında məqalələr mütəmadi olaraq VarYox saytında oxucuların ixtiyarına verilmişdir. İlk gündən aldığımız müsbət rəylər və layihənin vacibliyi bu işin tarixi əhəmiyyətini anlamağımıza səbəb oldu. VarYox komandası olaraq, yekun qərara gəldik ki, yenə də bir ilk olan “Azərbaycan Müasir İncəsənət kitabı”nı ərsəyə gətirək. Artıq 6 aydan çoxdur ki, üzərində böyük həvəs və həyəcanla çalışdığımız kitabın necə dəyərli və gələcək nəsillər üçün vacibliyini dərk edərək, bu yolda iri addımlarla irəliləməyə başladıq. Kitabın yerli əhəmiyyəti ilə yanaşı, azərbaycan – ingilis dilində olması, həmçinin, onun ölkəmizdən kənarda da vacibliyini ortaya çıxarır. Kitab istər ölkəmizin mədəni mühitilə maraqlanan insanlar üçün, istərsə də ölkəmizdən turistik hədiyyə olaraq aparılacaq ən qiymətli mənbələrdən biri olacaqdır. Bu cür ensiklopedik əhəmiyyət kəsb edən kitab gələcək on illiklər üçün çox vacib, qiymətli sənət əsəri hesab oluna bilər. Eləcə də azərbaycan və ingilis dillərində olması özü də bir ilk hesab edilməlidir.

Biz, VarYox Mədəniyyət və İncəsənət Platforması və kitabda bəhsi keçən sənətçilər və kitabın ortaya çıxmasında zəhməti olan hər kəslə birgə tarix önündə çox böyük və önəmli bir əsəri ərsəyə gətirərək Azərbaycan xalqının mədəni irsinə töhfə verdiyimizə görə çox şadıq.

Layihə Rəhbəri: Sitara İbrahimbəyli
Layihə Koordinatoru: Rabiyat Heydərli, Mələk Bayramlı, Vüsal Rəhim
Müəllif: Lesley Gray
Art Direktor / Dizayn tərtibatı: Vasif Kərimli
Redaktor: Nicat Məmmədov

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

2 Comments

  • Doğrudan da çox savab və önəmli iş görmüsünüz. Afərin, əziz layihə müəllifləri və iştirakçıları! Kitabı onlayn əldə etmək olar mı?

    • Təşəkkürlər. Lakin pandemiya şəraitinə görə çap etdirə bilmədik. İmkan tapan kimi yayımlanacaq.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir