Kiyevdə kinematoqraflar üçün təlimlər keçiriləcək

 Kiyevdə kinematoqraflar üçün təlimlər keçiriləcək

Kiyevdə kinematoqraflar üçün təlimlər keçiriləcək. Sənədli film rejissorları bu təlimlər üçün müraciət edə bilərlər.

One World Media, Britaniyanın Ukraynadakı konsulluğu və Docudays UA 2019-cu ilin martın 26-dan 29-dək Ukraynanın paytaxtı Kiyevdə Qlobal Qısametrajlı Sənədli Filmlər Forumunu (Global Short Docs Forum) təşkil edəcək.

Bu tədbirin iştirakçıları bu sahənin mütəxəssislərindən pitçinq treninqləri, məsləhətlər, masterklasslar alacaq və film sənayesində nüfuzlu şəxslərlə təkbətək görüşmək imkanı əldə edəcəklər. Şərtlər:

  • Sənədli film layihələri 30 dəqiqədən çox olmamaq və məzmunlarını əks etdirən kadrların olması şərti ilə, istehsal prosesində və ya hazırlanmasının son mərhələlərində olmalıdır.
  • Müraciət edənlər ingilis dilində sərbəst danışmalıdırlar.

Müraciətin qiyməti 33 dollar olsa da Azərbaycandan müraciət edənlər üçün bu əməliyyat pulsuz ola bilər. Təşkilatçılar seçilmiş iştirakçıların səyahət və yerləşmə xərclərini ödəyəcəklər. Müraciət üçün ən son tarix 23 noyabrdır!

Əlavə məlumatı buradan ala bilərsiniz.

[mvc_infobox info_style=”mega_info_box_2″ info_opt=”show_icon” btn_visibility=”initial” font_icon=”fa fa-book” info_desc=”Məqalənin orijinaldan tərcümə edilib” btn_text=”Orijinal” btn_url=”https://ijnet.org/en/opportunities/docudays-ua-organizes-training-filmmakers-worldwide”]

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir