DokuBaku 2018-in proqramı açıqlandı!

 DokuBaku 2018-in proqramı açıqlandı!

DokuBaku Beynəlxalq Sənədli Film Festivalı 4-9 oktyabr tarixləri arasında nümayiş edəcəyi filmlərin siyahısını açıqlayır. Festival ərzində 33 ölkədə istehsal olunmuş 38 qısa və uzunmetrajlı filmlər nümayiş etdiriləcək. Festivalın elan etdiyi müsabiqəyə bu il 150 film göndərilmişdir və onların arasından festivalda nümayiş və müsabiqə üçün 15 qısa və 3 uzunmetrajlı film seçilmişdir.

 

 

Festivalın proqramına daxil olan qısa filmlər əhatə etdiyi mövzulara əsasən üç bölməyə ayrılır. Məkanlar – yaşadığımız şəhərlər, onların bizim üzərimizdəki təsiri və onlarla bağlı xatirələri ələ alan hekayələri birləşdirir. Qadınlar – bu mövzuya aid bölmə qadınların yaşadıqları ölkələrdə keçdiyi həyat yolları, mübarizəsi, cəsarəti və bəzən vəziyyətlə barışmaları ilə bağlı hekayələrdən ibarətdir. Ortaya Çıxma bölməsində isə peyda olmaları ilə məkanı və başqalarını dəyişdirən insanlar və əşyalar haqqında çox fərqli və rəngarəng filmlər yer alıb.

 

 

Festivalın açılışı oktyabrın 4-ü Kukla Teatrında ”Uaqa Qızları” adlı film ilə olacaq. Film Burkina-Fasonun paytaxtı Uaqaduquda maşın təmirçisi olmaq üçün qız məktəbində təhsil alan bir qrup gənc qızın hekayəsini danışır. Məktəbdə onlar xəyallarının, ümidlərinin və cəsarətlərinin bir qadının necə olmasına aid düşüncələri,
qorxuları və cəmiyyətin gözləntiləriylə qarşı-qarşıya qaldığı həyatın ən önəmli nöqtəsinin tam ortasındadırlar. Rejissor Tereza Traori Dalberq (Theresa Traore Dahlberg) filmində onların məktəbdəki son illərini, eyni zamanda ölkənin şiddətli keçmişini və bu gününü göstərməyə müvəffəq olur. Festival ərzində bir çox nümayişdən sonra filmdə ortaya qoyulmuş mövzu üzrə müvafiq ekspertlərlə, sahə peşəkarları ilə birgə müzakirələr aparılacaq. “Şərq Xatirələri” (Eastern Memories) filminin rejissoru Niklas Küllstrom isə qonaqları maraqlandıran sualları cavablamaq üçün özü birbaşa nümayişə qatılacaq. Rejissorların bəziləri internet bağlantısı ilə nümayişdən sonra tamaşaçılarla ünsiyyət quracaq.

 

 

DokuBaku-nun nümayişləri 9 oktyabr tarixinədək davam edəcək və altı fərqli məkanda baş tutacaq. Bundan əlavə, festival ərzində Polşa, Çexiya, Finlandiyadan olan təlimçilərlə birgə ustad dərsləri keçiriləcək. Festival tədbirləri və filmlər haqda ətraflı məlumatı DokuBaku-nun veb səhifəsindən tapa bilərsiniz: www.dokubaku.org

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir