“Silinmişlər” – Fotolardan silinən smartfonlar

 “Silinmişlər” – Fotolardan silinən smartfonlar

Fotoqraf bizim qəribə və tənhalıqla dolu yeni dünyamızı nümayiş etdirmək üçün smartfonlarımızı fotolardan çıxarır.

 

Bu mətni hər hansı əl cihazında oxuyursunuz? Çox güman ki, bəli. İndi isə təsəvvür edin ki, bu cihaz birdən-birə yoxa çıxır. Tənhalıq? Bir az dəlilik? Bəlkə iqnor etdiyiniz bir adam var yanınızda? Ekranlarımıza, hətta dostlar və ailəmiz yanımızda olanda belə, hər zaman olduğundan daha artıq aludə olduğumuz bir zamanda telefon üzərinə əyilmiş bədən pozası getdikcə normal hal alır.

 

ABŞ fotoqrafı Eric Pickersgill bizə bu pozanın əslində nə qədər qəribə olduğunu xatırladan “Silinmişlər” adlı foto seriya yaradıb. Hər bir portretdə elektron cihazlar fotodan “kəsilib” (əslində cihazlar foto çəkilməzdən öncə fotoda olan insanların əlindən alınıb), beləliklə də insanlar çox zaman ətrafdakı gözəlliyi və yaxud insanlar arasında əlaqə qurmaq üçün imkanları iqnor edərək sadəcə öz əllərinə və ya əlləri arasındakı boşluğa baxır.  Nəticələr bir qədər kədərli və qorxuducudur – və ola bilsin ki, telefonlarımızı bir kənara qoymağımız üçün xatırlatmadır.

 

 

 

 

 

 

 

 

 

Yaradıcı işlərin müəllifi: Eric Pickersgill.

Orijinal mətn: Photographer removes our smartphones to show our strange and lonely new world

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir