Ta(r)dino 6 – “İctimai sözönü – hər şeyi daha çox ictimailəşdirmək!” vebinarı

 Ta(r)dino 6 – “İctimai sözönü – hər şeyi daha çox ictimailəşdirmək!” vebinarı

Ta(r)dino 6 incəsənət platformasının “TAP Talks. Cismsizlik” silsiləsindən daha bir vebinarı baş tutacaq. Düsseldorf mənşəli incəsənət xadimi Mischa Kuball “İctimai sözönü – hər şeyi daha çox ictimailəşdirmək!” vebinarında bir neçə onilliklər ərzində ərsəyə gətirdiyi bir qrup əsərləri, layihələri və tamaşaları barədə danışacaq. 2018-ci ildə Bakıda Kapellhausda və Şirvanşahlar Sarayının Şah Məscidində öz iki işıq installyasiyasını sərgiləməsinə baxmayaraq, sənətkar heç vaxt Azərbaycan auditoriyası qarşısında danışmaq fürsəti tapmamışdı.

Tədbirdə iştirak ödənişsizdir, sadəcə qeydiyyatdan keçmək lazımdır.

17 fevral saat 19:30

Qeydiyyat üçün: https://us02web.zoom.us/webinar/register/WN_pcSVPG_SQY2_L47-fl_Dog

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir