varyox.az
İnklüzivliyə Yaradıcı Nümunələr
Həyat keyfiyyətinə, sosial inteqrasiyaya, mədəniyyət və incəsənət sektorunda inklüziv mühitin qurulmasına və alternativ gəlir mənbələrinin yaradılmasına xüsusi diqqət yetirildiyi bu dövrdə məhdud imkanlı insanların auditoriya kimi kinematoqrafiya sahəsinə cəlb edilməsi sosial və iqtisadi baxımdan çox vacibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan əhalisinin 6,4%-ni əlilliyi olan şəxslər təşkil edir, dünya üzrə bu göstərici 15%-dir. Növbəti onilliklər ərzində Azərbaycan əhalisinin demoqrafik sayı artdıqca bu göstəricinin yüksəlməsi gözlənilir.
Var Yox