“Təbiətə Çıxış” festivalı başlayır

 “Təbiətə Çıxış” festivalı başlayır

Çıxış teatrı 16 iyunda “Təbiətə çıxış” adlı 3 günlük festivala başlayır. Tədbir haqqında VarYox-a verilən məlumatı sizə təqdim edirik.

[no_accordion active_tab=”false” collapsible=”yes” background_transparency=”no” style=”boxed_accordion”][no_accordion_section title=”Ümumi məlumat” accordion_type=”accordion_icon” icon_pack=”font_awesome” fa_icon=”fa-info”]

Çıxış ailəsi adından düşünürük ki, artıq təbiətə çıxışın vaxtıdır. Bunun üçün dənizə 3 km aralıqda Nabran meşəsində 3 gün 2 gecə festival etmək istəyirik. Şəhərin isti və səs-küylü həyatından bizi klubdakı ən şən barmen, adlı-sanlı aşbaz, rok partilər və ya caz gecələri və hər gün getdiyimiz məkanlara yenidən baş çəkmək xilas etməyəndə biz özümüz üçün öz partimizi təşkil edib, öz barmenlərimiz olmaq qərarına gəldik. Düz 3 gün və 2 gecə maraqlı insanlar, ünsiyyət, canlı musiqi, yemək, barmenlər və meşədə ən əla aşbazlar, çadırlarda gecələmə, canlı musiqi sədalarında oyanmaq, təbiətdə teatr, yemək növbəsi, master-klasslarda təbiətlə tanışlıq, yoqa, səhərə kimi musiqi, Xəzər dənizi, və vegetarian mətbəx. Yay üçün daha yaxşı nə ola bilər?

Çadırlarda gecələyib musiqi səsi ilə oyanacağıq. Yemək növbəsinə birlikdə duracağıq. Hər kəsin rol ala biləcəyi tamaşa quracağıq. Günün yarısını rəqs edəcəyik. “Təbiət naminə vaz keçək” adlı seminarda içimizdə təbiət sevgisi yaranacaq. Xəzərin sahilində çiməcəyik. Qeyd edək ki, 3 gün ərzində kitab və əl işləri yarmarkası da keçiriləcək.

Cütlüklər üçün fərdi çadırlar olacaq. Digər iştirakçılar gender əsasında böyük çadırlarda 4 nəfər olmaqla yerləşdiriləcək. İstəyə uyğun dost qruplar üçün çadır quraşdırılması və böyük qrupların bir birinə yaxın çadırlarda yerləşdirilməsi təşkil ediləcək.

[/no_accordion_section][no_accordion_section title=”Musiqi qrupları” accordion_type=”accordion_icon” icon_pack=”font_awesome” fa_icon=”fa-music”]
  1. Les Gamins:
    Avaz Muradov – Cajon;
    Elvin Aliyev – Guitar;
    Rashid Maharramli – Keyboard/Guitar
  2. Ahmedowsky Trio:
    Janr: Acid Jazz, Ambient Jazz, JazzMugam, Neo Funk/Fusion, Experimental.
    Babek Ahmedowsky – Bandleader, Guitar, Synth;
    Xudayat Ahmad – Drum, Percussion;
    Muhammad Latifli – Bass, Synth
  3. Bumz Band
    Janr: Rock, Pop, Pop/Alternative/Indie Rock
    İlqar Bəkirov – Vocals & Rhythm Guitar;
    Ali İbrahimzadə – Lead Guitar;
    Ramin “Ramirez” Sadigov – Drums;
    Nicat Məmmədli – Keyboards;
    Zaur Javadov – Bass.
  4. Elektron musiqi – Electro Music Support
    Ramazanstein
    Janr: Minimal, Deep house, TechHouse, Techno
  5. Firidun Hamidov (H3 Collective/Bakuba Band/The Jazzers)
    Janr: jazzhop/etnohop/hiphop
  6. Polad Murtuzayev (BuzZ Band – Drum)
[/no_accordion_section][no_accordion_section title=”Əlaqə və koordinasiya” accordion_type=”accordion_icon” icon_pack=”font_awesome” fa_icon=”fa-phone”]

Biletlərin qiyməti – 60 azn
Nəqliyyat, yeməklər, çadır və ləvazimatlar və bütün xidmətlər qiymətə daxildir. İçkilər qiymətə daxil deyil.
Qiymətlər minimum olduğundan tez qayıdanlar üçün və qruplar üçün endirim nəzərdə tutulmayıb.
Biletləri Çıxış Teatr və Art Spacedən əldə edə bilərsiz.

Əlaqə telefonu:
+994 (50) 5616633 – Araz Hacıyev
+994 (55) 9910290 – Murad Nabiyev

Qeyd: 17si qayıtmaq istəyənlər üçün avtobus təşkil olunacaq. Festival keçirilən ərazi bir həftə əvvəldən qeyri-kimyəvi vasitələrlə dezinfeksiya ediləcək, ərazi 24 saat professional heyət tərəfindən mühafizə olunacaq və tibb işçiləri xidmətimizdə dayanacaq.

[/no_accordion_section][/no_accordion]

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir