“Mədəniyyətə Təkan” İncəsənət Proqramı başlayır!

 “Mədəniyyətə Təkan” İncəsənət Proqramı başlayır!

Mədəniyyətə Təkan Avropada və onun hüdudlarından kənarda incəsənət nümayəndələri və mədəniyyət işçiləri üçün potensial artırma (capacity building) proqramıdır. Proqram Avropa Birliyi şəbəkəsi olan TEH və Ta(r)dino 6 İncəsənət Platforması tərəfindən təşkil olunur. Tədbir ingilis dilindən azərbaycan və rus dillərinə sinxron tərcümə ilə aparılır. Proqram iştirakçılara layihələrini və təşkilatlarını uğurlu və davamlı etmək üçün praktik vasitələr təqdim etmək məqsədilə hazırlanıb. Mədəniyyətə Təkan proqramı tanınmış mədəniyyət tədqiqatçıları və təcrübəçilərinin iştirak etdiyi ekspert danışıqları və praktik seminarlardan ibarət olacaq. Onlayn tədbirlər aprel ayı boyunca davam edəcək. Proqram ödənişsizdir.

İştirak üçün qoşulmaq istədiyiniz görüşlərə qeydiyyatdan keçməlisiniz. Qeydiyyat linkləri üçün keçid edin: https://tardino6.art/Cultural-Accelerator-2021-Registration

Sessiyaların təsviri: http://bit.ly/CASessions

Moderatorlar və spikerlər haqqında məlumat: http://bit.ly/CASpeakersBios

Mədəniyyətə Təkan TEH veb saytı: https://teh.net/project/cultural-accelerator/

Mədəniyyətə Təkan Ta(r)dino 6 saytında: https://tardino6.art/Cultural-Accelerator-2021-AZE

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir