Neyrovizuallaşdırma

 Neyrovizuallaşdırma

Mayın 17-də “Artım” layihə məkanında 10 gənc rəssamın “Neuroimaging” (Neyrovizuallaşdırma) adlı sərgisi açılıb. Sərgi çərçivəsində “Artım Lab” proqramının iştirakçıları üçün neyrobioloq Nuranə Kazımova tərəfindən keçirilmiş seminarın yaradıcılıq nəticələri təqdim edilib. Sərgidə gənc rəssamların, insan beyninin möhtəşəm xüsusiyyətlərini araşdıran əsərləri nümayiş olunub.

 

Neyrovizuallaşdırma – faktiki olaraq, insanın sinir sisteminin quruluşunu və funksiyasını əks etdirmək üçün, alimlər tərəfindən beynin şəkillərinin çəkilməsi prosesini təsvir edir. Belə ki, sərgidə gənc rəssamlar beyni elmi deyil, yaradıcı prizmadan əks etdirməyə çalışırlar.

 

İnsan beyni, bizə məlum olan bəşəriyyətdə ən mürəkkəb “qurğu” kimi nəzərdən keçirilir. Beyində olan milyardlarla neyronlar, trilyonlarla sinapslar vasitəsilə bir-biri ilə əlaqə qurur. Beyin və orqanizmin yerdə qalan hissəsi ilə qurulan bağlantı, unikal əhəmiyyətə malik sinir sistemi vasitəsilə təmin edilir. Hər hansı insanı fundamental şəkildə dəyişmədən, onun oynaqlarını, böyrəklərini, hətta ürəyini belə dəyişmək, ya da ondan “yan keçmək” mümkündür. Lakin sinir sisteminin fəaliyyəti dayananda, insanın həyatı, mövcudluğu da dayanır.

 

Neyrobiologiya elminin tarixi inkişaf mərhələləri bir çox nəsillərin nümayəndələri tərəfindən müəyyən edilsə də, beyin və davranışın elmi araşdırılması nisbətən yenidir və son otuz il ərzində aşkar və fərqli fənn kimi meydana çıxaraq, müasir biologiyanın sürətlə inkişaf edən sahələrindən birinə çevrilir. Neyrobiologiya – çoxşaxəli elmdir və onun verdiyi töhfələr biokimya, molekulyar biologiya, sitologiya, genetika, nevrologiya, fiziologiya, anatomiya, psixologiya və kliniki tibb kimi bir çox sahələri əhatə edir.

 

Bəs sizin ətrafınızda rəssam dostlarınız varmı? Ən çox kimləri bəyənirsiniz? Sizcə hansı gənc rəssamlar tanınmağa layiqdir?

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir