Ajax Loading Image

Keçən həftə Davosda Dünya İqtisadi Forumunda çıxış edərək, cənab Patrisio Qalvezin – Çili əsilli İsveçli musiqiçi və Suriyada yetim qalmış yeddi uşağın babasının hekayəsini danışdım. Onların hər iki valideyni, keçmiş İŞİD üzvləri öldürülüb, amma uşaqlar sağ qalıb və əksəriyyətini İŞİD üzvlərinin həyat yoldaşları və uşaqlarının təşkil etdiyi 70000 başqa insanla birgə Əl-Holdakı bərbad qaçqın düşərgəsinə gəlib çıxıblar. Cənab Qalvez nəvələrini xilas edərək İsveçə, normal həyat yaşamaq şansı əldə edəcəyi yerə gətirməyə nail olub. Amma bu gün 28000 uşaq hələ də şimal – şərqi Suriyanın qaçqın düşərgələrində və təcridxanalarında qalaraq, qeyri-insani şəraitə dözməkdədirlər. “The Wall Street Journal”ın tapşırığı ilə Əl-Hola getmişdim, orada rus bir ana ilə tanış oldum. O, mənə belə deyirdi: “Xahiş edirəm, lap mənim özümü götürmək istəmirlərsə belə, uşaqlarımı aparsınlar”. Reportasiya cəhdləri çox yavaşdır, belə ki, ölkələr hələ də onları geri qaytarmağa tərəddüd edirlər. Bu qadınlar və uşaqlar dünya üçün çox daha böyük təhlükə mənbəyi olacaqlar, çünki onlar şiddət və radikallaşdırma mühitinə məruz qalırlar. Onların miskin durumu İŞİD kimi ən şiddətli radikal ideologiyaların mərkəzi olduğu qurbanlıq hekayəsini gücləndirir. Uşaqlar İŞİD-in uşaqları kimi qələmə verilir, halbuki, onlar heç bir cinayət törətməyiblər. Onların yarısından çoxunun yaşı beşdən azdır! Buna baxmayaraq, onlar İŞİD-lə olan hər hansı əlaqələrinə görə cəzalandırılırlar və onların fundamental insan haqları pozulur.

Zəhmət olmasa, daha ətraflı məlumat üçün çıxışımı izləyin.

I gave a talk at the World Economic Forum in Davos last week where I told the story of Mr. Patricio Galvez, a Swedish-Chilean musician and grandfather of seven children orphaned in Syria. Both their parents, former ISIS members were killed, but the children survived and ended up in Al-Hol a wretched refugee camp along with 70,000 other people, mostly wives and children of ISIS. Mr. Galvez managed to rescue his grandchildren and bring them back to safety in Sweden where they now have a chance for a normal life. But today, 28,000 children are still trapped in refugee camps and detention centers of North-Eastern Syria enduring inhuman conditions. On assignment for the The Wall Street Journal, I went to Al-Hol, where I met a Russian mother who told me: “Please let them take my children, if they don’t want to take me”. Repatriation efforts are slow, as governments are still reluctant to bring them back home. These women and children will pose a far greater threat to the world, as they are exposed to an environment of violence and radicalization. Their miserable state reinforces the narrative of victimhood upon which most violent radical ideologies, such as ISIS are based. The children has been branded as children of ISIS even though they have not committed any crimes. More than half of them are under the age of 5! Yet they are being punished by association and their basic human rights are being violated.

Please watch my talk here to find out more

Videonu izlə

Tags: