Solong – Deep / Progressive

 Solong – Deep / Progressive

Həyatımızda bir çox sayda təssəvür edə bilməyəcəyimiz qədər vacib amillər var, bəzən bunlar diqqətimizi xüsusən cəlb etmir. Onlardan biri də Dəniz Limanlarıdır, əsasən ticarət limanı. Azərbaycanın qədim İpək Yolunun üzərində və Xəzər dənizinin sahilində yerləşməsi əsrlər boyu Azərbaycanda ticarətin inkişafına böyük töfhə vermişdir. Amma tarix bununla bitmir, gəlin şərqdən qərbə uzanan ticarət yolunun 2019-cu il modern üslubunu bir yerdə kəşf edək.

 

Warm up: Dj Phaique

Phaique (Faiq Tağıyev)

 

Səhnə adı Phaique olan yerli artist 2017-ci ildən elektron musiqi sahəsindədir. Phaique-ın səslənməsi əsasən deep house, progressiv istiqamətindədir. Tade (GEO) ilə eyni səhnəni paylaşmışdır.

 

Closing: Aliot (Əfşar Əlizadə)- Hashtag Bar-ın rezidenti

 

Səhnə adı Aliot olan yerli artist 2014-ci ildən elektron musiqi sahəsindədir. Aliot-un səslənməsi əsasən deep,  progressiv, house, melodik tekno istiqamətindədir. Weizman ( RU) Tade (GEO) Valentino Pancake (GE) Leila N Marek (CA) kimi bir çox məhşur artistlərlə eyni səhnəni paylaşmışdır. Onun özünə məxsus “Sunset”,”Eclipse” və Afşin Əlizadə ilə birgə “Black Leter” trekləri var. Podkastları isə liveandddigital.net online radioda yayımlanmışdır.

 

https://www.instagram.com/aliot_dj/
https://soundcloud.com/afshar-ali-zadeh

 

MƏKAN:
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələt qəsəbəsi)

 

  • Support:
    Port of Baku
    Bizon Energy

 

  • Welcome Drink:
    Marandi Wine
    Furşet

 

BİLETLƏR: Entrance -10azn
FC/DC [Sport/Street Style/Casual]

 

NƏQLİYYAT:
Avtobus dayanacağı :12:00 Gənclik metro Stansiyası, Atatürk Parkının qarşısı

 

***Xüsusi qeyd: Tədbirdə iştirak etmək istəyən şəxslərdən şəxsiyyət vəsiqələri ilə gəlməyi və öz ad soyadlarını [email protected] email adresinə göndərməyləri xahiş olunur.

 

ƏLAQƏ: +994506841084
ƏLAVƏ MƏLUMAT ALMAQ ÜÇÜN BİZİMLƏ QALIN.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir