TAP Talks – Onlayn incəsənət mühazirələri

 TAP Talks – Onlayn incəsənət mühazirələri

Zoom platformasında Tiflis Fotoqrafiya və Multimediya Muzeyi (TPMM) ilə ilk ortaq tədbirin müvəffəqiyyətlə başlamasından sonar Bakı təməlli Ta(r)dino 6 İncəsənət Platforması onlayn əldə edilə bilən məlumatların yaradılması və paylaşılmasını davam etdirir.

“TAP Talks” Ta(r)dino 6 İncəsənət Platforması tərəfindən təşkil edilən sənətkarlar və incəsənət mütəxəssisləri ilə Zoom üzərindən keçirilən mühazirələr və görüşlər seriyasıdır. Bu qəbildən ilk silsilə görüşlər çağdaş incəsənətdə cismsizlik anlayışını təhlil edir. Beləliklə, “TAP Talks. Cismsizlik” 2021-ci il qış buraxılışının spikerləri 25 yanvar art menecer Thomas Dumke, 8 fevral kuratorlar Vanessa Müller və Rike Frank, 17 fevral rəssam Mischa Kuball olacaq. İncəsənət xadimləri ilə söhbətlər Almaniyanın Bakıdakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.

25 yanvar tarixində “Akademie Schloss Solitude”un veb rezidensiyası – “Şəbəkə İncəsənətindən Eksperimental Nəşrə doğru” mövzusunda çıxışı ilə Thomas Dumke rəhbərlik etdiyi layihəni işıqlandıracaq. Bu layihə veb əsaslı tətbiqlərlə məşğul olan, bütün disiplinlərdən ibarət beynəlxalq rəqəmsal səhnədən olan gənc istedadları, sənətçiləri və fəalları dəstəkləmək üçün eksklüziv olaraq onlayn həyata keçirilən rəqəmsal məkandır. Thomas Dumkenin diqqət mərkəzində yeni media sahəsində beynəlxalq şəbəkə və layihə inkişafı, eləcə də onlayn və oflayn ekperimental təcrübələr dayanır.

8 fevralda kuratorlar Vanessa Müller və Rike Frank “Kompasın kalibrlənməsi” təqdimatı ilə bir sıra aktual sualları müzakirə edəcək. Fiziki məkanı olmayan sənət sahəsi necə işləyir? Bu, yer və ictimaiyyət, müddət və ünvan kimi bilinən parametrlərlə necə əlaqəlidir? Qoyulan mövzuda verilən suallar məruzəçilərin zəngin kuratorluq praktikasından irəli gəlir.

Vanessa Joan Müller kurator, yazıçı və sənət tarixçisidir. Frankfurt-Maynda Frankfurter Kunstvereində kurator (2000–2006), Kölndə Avropa Kunsthallenin tədqiqat rəhbəri (2006–2007), Düsseldorfda Kunstverein-də direktor (2007-2011) olmuş, həmçinin Vyanada Kunsthalle Wien-də Dramaturgiya rəhbəri vəzifəsində çalışmışdır (2013-2020). O, 2017-ci ildə Venesiya Bienalında Albaniya pavilyonunun kuratoru olmuşdur. Rike Frank kurator və yazıçı olaraq fəaliyyət göstərir, sərgi tarixçələrini və kuratorluq təcrübəsini tədris edir. Xanım kurator Secession-da çalışmış (2001–2005), “Documenta12” üçün kuratorluq ofisinə rəhbərlik etmiş, Astrid Wege və Anders Kreuger ilə Avropa Kunsthalle-da proqram qrupu yaratmış (2010–2012) və Leypsiq Vizual Sənətlər Akademiyasındakı sərgi məkanına rəhbərlik etmişdir (2012–2014). Hazırda o, Berlin Bədii Tədqiqat Qrant Proqramının icraçı direktorudur.

Bu yaxınlarda hər iki kurator Avropa Kunsthalle-ını yenidən həyata qaytarmaq üçün birləşdi və gücünü əsirgəmədi. 2005-ci ildə əsası qoyulduğu vaxtdan etibarən Avropa Kunsthalle daimi yeri olmayan qurum statusunu qəbul etdi. Bununla o, diqqətini mərkəzləşdirilməmiş fəaliyyətə və əməkdaşlığa cəmləyir və beləliklə, daimi ərazisi olmayan bir qurum olaraq fəaliyyət göstərən performativ məzmun qazanır, yalnız layihələrin baş tutduğu yerdə mövcud olurdu.

17 Fevral Düsseldorf əsilli sənətkar Mischa Kuball tərəfindən təqdim olunacaq “İctimai sözönü – hər şeyi daha çox ictimailəşdirmək!” adlı üçüncü “Tap Talks” tədbirinin keçirilmə tarixidir. Tanınmış incəsənət xadimi bir neçə onilliklər ərzində hazırlanmış bir qrup əsərlər, müdaxilələr, layihələr və tamaşalardan söhbət açacaq.

Mischa Kuball bakılı sənətsevərlərin xatirində qalan adlardan biridir, onun 2018-ci ildə Bakıda iki işıq instalyasiyası Kapellhausda və Şirvanşahlar Sarayının Şah Məsçidində sərgilənmişdi. Buna baxmayaraq, sənətkar heç vaxt Azərbaycan auditoriyası qarşısında danışmaq fürsəti tapmamışdı. Mischa Kuball Kölndə “Academy of Media Arts”da ictimai incəsənət professorudur və Karlsruedə “Hochschule für Gestaltung/ZKM”də media sənəti üzrə professordur. O, 2015-ci ildən Düsseldorf Şimali Ren-Vestfaliya Elmlər, Humanitar və İncəsənət Akademiyasının üzvüdür və Alman İşıq Mükafatına layiq görülüb.

Bütün tədbirlər Bakı vaxtı ilə saat 19:30-da Zoom platformasında və Ta(r)dino 6 Facebook səhifəsində onlayn nümayiş olunacaq. “TAP Talks” həm Azərbaycan, həm də beynəlxalq auditoriya üçün nəzərdə tutulub, bu səbəbdən tədbirlər ingilis dilindən azərbaycan dilinə sinxron tərcümə ilə (yalnız Zoomda) təqdim olunacaq. Qeydiyyatdan keçənlər üçün iştirak pulsuzdur. Daha ətraflı məlumat və elanlar @tardino6 sosial media hesablarında yayımlanacaq.

Müvafiq günlərdə iştirak üçün qeydiyyat linkləri: https://taplink.cc/tardino6

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir