Ta(r)dino 6 – “Mikro-komissiyalar”

 Ta(r)dino 6 – “Mikro-komissiyalar”

Azərbaycandakı İsveç Səfirliyinin dəstəyi ilə Ta(r)dino 6 İncəsənət Platformasının ‘Mikro-Komissiya’ layihəsi 

Ta(r)dino 6 İncəsənət Platforması tərəfindən hazırlanan “COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda rəssamların üzləşdiyi problemlər” sorğusuna cavab olaraq İsveçin Azərbaycandakı Səfirliyi, incəsənət icmasına fayda verən incəsənət layihələrinin inkişaf etdirilməsi məqsədi ilə layihənin ikinci mərhələsini dəstəkləməyi seçib.

8 rəssam və fotoqraf – Şahnaz Ağayeva, Nailə Dadaşzadə, Məhəbbət Kazımova, Nəzrin Məmmədova, Şərəf Nağıyeva, Vüsal Rəhim, Günel Ravilova, Şəlalə Salamzadə “Tibb işçiləri üçün güllər” mövzusunda öz şərhlərini  vermək və ya son iki ayda hazırladıqları incəsənət əsərini təqdim etmək üçün dəvət edilmişdir. İncəsənət əsərləri və sənətkarlar haqqında məlumat 3-7 iyun 2020 tarixləri arasında  Ta(r)dino 6-nın Instagram səhifəsində paylaşılır.

Ta(r)dino 6 ‘Micro-Comissions’ layihəsi sənətkarın iştirak haqqının ödənilməsi mövzusunu, bunun bir sənaye qaydası olacağına ümid edərək kütləviləşdirmək məqsədi daşıyır. Biz, hətta, peşəkar incəsənət əhatəsində də rəssamların, kuratorların, fotoqrafların və yaradıcı cəmiyyətin digər üzvlərinin işinin hər zaman ödənişli olmamasından narahatıq. Biz birlikdə sağlam bir incəsənət ekosistemi yarada bilərik.

“COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda rəssamların üzləşdiyi problemlər” sorğusu haqqında daha ətraflı : https://tardino6.art/COVID19

“Tibb işçiləri üçün güllər ” mövzusu .ART Domains tərəfindən hərəkətə başlayan  bir kampaniyadır. Daha ətraflı məlumat:

https://www.instagram.com/p/B-rXWN1H2og/

https://www.instagram.com/p/CAPn-IkFnDX/

 

Ta(r)dino 6 İncəsənət Platforması haqqında

2019-cu il, fevralın 1-də fəaliyyətə başlayan, Ta(r)dino 6 İncəsənət Platforması Bakıda yaranan, beynəlxalq miqyaslı incəsənət təşəbbüsüdür. Tar(r)dino 6 Azərbaycandan və xaricdən olan incəsənət peşəkarlarının ideyalarını dərindən araşdırmaq imkanını yaradır. Bakının böyüməkdə olan incəsənət icmasının inkişafına kömək etmək üçün bu günə qədər olan proqramlara sərgilər, sifarişlə xüsusi məkan üçün hazırlanan sənət əsərləri, rəssamlarla görüşlər və yerli və beynəlxalq rəssamlar və kuratorlar tərəfindən aparılan emalatxana işləri daxildir. Ta(r)dino 6 incəsənət aləmində gender, şəxsiyyət və bərabərlik mövzularına xüsusi diqqət yetirərək, beynəlxalq kontekstdə Azərbaycan müasir incəsənəti ilə bağlı aparılan müzakirələri dəstəkləyir.

 

Website: https://tardino6.art | Email: [email protected] | Instagram: @tardino6

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir