Tiflis Foto Festivalı 2019

 Tiflis Foto Festivalı 2019

Dağların arxasında: Cənubi Qafqazda Foto, I hissə.

 

Tbilisi Foto və Multimedia Muzeyinin başladığı layihə Cənubi Qafqaz bölgəsində çalışan rəssamları bir sərgi məkanında bir araya gətirir.

 

Sərgi müxtəlif janrlarda – sənədli və fotojurnalistikadan tutmuş müasir incəsənət və foto arasında duran sənət layihələrinə qədər 20-dən çox layihəni birləşdirir. Multimedia, video və film layihələri də nümayişin bir hissəsi olacaq.

 

Sərgi Cənubi Qafqazdakı İsveçrə Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən Təhsil və İnnovasiya üçün Cənubi Qafqazda Foto Məkan layihəsi çərçivəsində həyata keçirilir.

 

Layihə, Qafqaz bölgəsində çalışan,  problemli mövzuları işıqlandıran müəlliflər arasında dialoqa təkan vermək niyyətindədir. Müəlliflərin toxunduğu əsas mövzulara müasir cəmiyyət və dəyişən ənənəvi dəyərlər, qadın hüquqları və maskulinlik; müasir münaqişələr və immiqrasiya; cəmiyyət tərəfindən rədd edilən və kənarlaşdırılan azlıqlar və s. daxildir. Bu bölgənin fərqli və qısa mənzərəsini yaratmaq cəhdidir.

 

Sərginin kuratoru müstəqil Belarus kuratoru Anna Şapkovadır.

 

Azərbaycanlı iştirakçıların siyahısı:

 

  • RƏNA ƏFƏNDİ
  • SİTARA İBRAHİMOVA
  • İLKİN HÜSEYNOV
  • LEYLİ QAFAROVA
  • ZAMİR SÜLEYMANOV
  • AQİL ABDULLAYEV
  • EHTİRAM CƏBİ
  • ELTURAN MƏMMƏDOV

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir