Vətənə bağlı – Türkmən rəssam Məmməd Yarməmmədovun sərgisi

 Vətənə bağlı – Türkmən rəssam Məmməd Yarməmmədovun sərgisi

Türkmənistanlı rəssam Məmməd Yarməmmədov – bir çox beynəlxalq sərgilərin iştirakçısı, “Türkmənistan Rəssamlar İttifaqı”nın üzvü, əsl sənətkardır. Rəssamın qeyri-standart dünyagörüşü daha çox dekorativ toxuculuq panellərini xatırladan əsərlərində əks olunur.

 

Xalq yaradıcılığı mənim əsas yaradıcılıq mənbəyimdir. Xalçalarımızdakı rəng uyumu, geyimlər, onların möhtəşəmliyi  və eyni zamanda xalq naxışının incəlikləri məni çox heyrətləndirir! (M.Y.)

 

Milli incəsənətin həqiqi mütəxəssisi olan Məmmədi, bu, gənc yaşlarından bəri özünə cəlb etmişdir. O, həyat tərzini əks edən ənənəvi xalça və naxışların gözəlliyinə heyran qalmışdır. Rənglərin və naxışların kaleydoskopuna daxil olmuşdur; onlar onu ovsunlamışdı. Fiqurların, müxtəlif formaların, simvolların bir-birinə dolaşması, bunların hamısı rəssamın ilham mənbəyinə çevrildi.

 

Mən ani sevgi impulsu ilə rəsm çəkməyə başladım.(M.Y.)

 

Yağlı boya sənətini öyrənən Məmməd ömrü boyu bu janrı tam mənimsəməklə məşğul olacağını anlayır. O, klişe olmaq istəmir, lakin müasir incəsənət və öz iddiaları arasında uyğunluq tapmaq barədə düşünür. Rəssam ornamentlərin mürəkkəb labirintlərində ona çox toxunan gizli simvolları axtarır.

 

Keçmiş mənim üçün gələcək qədər vacibdir.(M.Y.)

 

Özünün rəsm əsərləri vasitəsilə Məmməd izləyicilərinə insan yaddaşının əlçatmazlığını, bizi milli mədəniyyətimizə, köklərimizə bağlayan bilikləri unutmağın və itirməyin nə qədər asan olduğunu xatırladır. Rəssam xalq yaradıcılığı və dekorativ-tətbiqi sənət motivlərinə vurğu edir. Əlbəttə ki, türkmənlərin müasir nəslinin məsafə saxlamağa üstünlük verdiyi təvazökar ənənəvi həyat tərzini tərifləyir.

Sərgidə rəssamın bədii etiqadını dramatik şəkildə əks etdirən iki seriya təqdim olunur.

Nohur seriyası – həyat və təbiətin həqiqi harmoniyasının silinməz təəssürat bağışladığı bir kənd haqqında nağıl.

Rəssam üçün bu yerlərin orijinal həyat tərzi, yaşayış tərzi və kənd sakinlərinin evləri, təbiət mənzərələrinin gözəlliyi diqqətli münasibətə və qorunmaya ehtiyacı olan ənənəvi “Keçmiş”in irsinin etalonudur.

Seriyanın bədii təcəssümü yalnız fırçanın və rənglərin gözəl ittifaqını axtarmaqdan ibarət deyil, burada rəssam kəndlilərin gündəlik həyat hekayələrini zamana və fiziki qanunlara tabe olmayan həyat mistikaları ilə izah edərək böyük məhəbbətlə əks etdirir,.

 “Ornamentlərseriyası – forma, rəng və ritmlərin rəqsi.

 

Xalça, zinət əşyaları və naxışların gözəlliyi və unikallığı məni ornamental-dekorativ kompozisiyalar yaratmağa gətirib çıxardı.(M.Y.)

 

Bu seriyadan olan kətanlar, zəngin palitrası və əlavə – dekorativ yanaşması ilə fərqlənir. Əsərlər adi perspektiv qaydalarından yan keçərək rəvan bir üslubda qurulur. Kompozisiyanı dolduran elementlər son dərəcə şərti və məcazi şəkildə yerinə yetirilir, sanki onlar da xalçanın bəzəyinin bir hissəsidir. Kompozisiyanın ideyasının əsasında duranlar – insanlar, əşyalar, bitkilər – hamısı stilistik və ritmik bir motivdə yerləşdirilib ki, bu da kətanı sanki ev üçün tekstil dekorasiyasına çevirir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir