We are one: A Global Film Festival – Hamımız Birik: Beynəlxalq Film festivalı

 We are one: A Global Film Festival – Hamımız Birik: Beynəlxalq Film festivalı

Karantin səbəbindən “We are one” (“Hamımız birik”)  adı altında birləşən 20 Beynəlxalq Film Festivalının hazırlıqları start götürüb.  Kann, Berlin və Venesiya da daxil olmaqla 20 beynəlxalq kinofestivalın bir araya gələcəyi onlayn film festivalı “We are one : A Global Film Festival” Youtube vasitəsi ilə reallaşacaq. Festivalın 29 May – 7 İyun tarixləri arasında keçirilməsi planlaşdırılır.

 

Həyatımızın bütün sahələrinə əhəmiyyətli dərəcədə təsir edən koronavirus pandemiyası ,həmçinin, filmlərin nümayiş tarixinin dəyişməsinə və müxtəlif kino təşkilatlarının və film festivallarının təxirə salınmasına və ya ləğv edilməsinə səbəb olub.

 

Pandemiyanın yaratdığı bu karantin prosesində bəzi film festivalları fəaliyyətlərini davam etdirmək üçün nümayişlərini rəqəmsal dünyaya keçirmişdilər. Bu istiqamətdə, SXSW və Tribeca kimi əhəmiyyətli festivallar təqdimatlarını onlayn keçirilməsinə qərar verərək bu mövzuda ilk addımı atdılar. Beləliklə, bu, Venesiya, Toronto və Kann kimi vacib festivalların onlayn təşkil olunmasının mümkünlüyünü gündəmə gətirdi. Ancaq dünyada əhəmiyyətli film festivallarının bir dam altında bir araya gəlib-gəlməyəcəyi sualı da  bizi düşündürmürdü desək yalan olar.

 

Variety onlayn xəbər platformasına istinadən, dünyanın hər yerindən 20-dən çox film festivalının iştirak edəcəyi bu festival 29 may – 7 iyun tarixləri arasında YouTube-da pulsuz olaraq yayımlanacaqdır. Heç bir kommersiya reklamının yer almayacağı festivalda kino həvəskarlarına zəngin bədii, sənədli, musiqili, komediya janrında filmlər və panellərin seçimini təqdim edən bir platform təqdim ediləcək. Kann, Toronto, Sundance, Berlin, Tribeca və Venesiya kimi böyük film festivalları da daxil olmaqla 20 film festivalı, YouTube’da 10 gün davam edəcək bu festivalda, öz proqramlarını təqdim edəcəklər.

 

Festival zamanı YouTube və Tribeca Enterprises, festivalı onlayn izləyən izləyicilərdən Dünya Səhiyyə Təşkilatına və müxtəlif beynəlxalq bölgələrdəki xidmət göstərən təşkilatlara xeyriyyə yardımında iştirak etmələrinə təşviq edəcəklər. Toplanan bütün vəsait koronavirusa yardım toplayan təşkilatlara bağışlanacaq. Təşkilatçılar son günlərdə kompaniyada yer alacaq təşkilatları seçirlər.  Festivalda yer alacaq bütün təşkilatların adları yaxın günlərdə açıqlanacaq.

 

“We are one” festivalında iştirak edəcək festivalların tam siyahısı:

Annecy Beynəlxalq Cizgi Film Festivalı, Berlin Film Festivalı, BFI London Film Festivalı, Kann Film Festivalı, Guadalajara Beynəlxalq Film Festivalı, Beynəlxalq Film Festivalı və Mükafatları Makao (IFFAM), Qüds Film Festivalı, Mumbay Film Festivalı (MAMI), Karlovı Varı Beynəlxalq Film Festivalı, Locarno Film Festivalı, Marrakech Beynəlxalq Film Festivalı, New York Film Festivalı, San Sebastian Beynəlxalq Film Festivalı, Sarayevo Film Festivalı, Sundance Film Festivalı, Sidney Film Festivalı, Tokio Beynəlxalq Film Festivalı, Toronto Beynəlxalq Film Festivalı, Tribeca Film Festivalı və Venesiya Film Festivalı.

 

Festivalın təqdimat videosunu aşağıdakı linkdən izləyə bilərsiniz:

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir