Qadın fotoqraflar üçün 2 qrant proqramı

 Qadın fotoqraflar üçün 2 qrant proqramı

Women Photograph qadınlar və “non-binary” fotoqraflar üçün 2 qrant proqramı təqdim edir.

Onlardan biri Women Photograph Project Grants-dır. Bu 5000 dollarlıq təqaüd sənədli janrda işləyən vizual jurnalistlərin yeni və ya davam edən fotoqrafiya layihələrini dəstəkləyəcək.

Bu kateqoriyada beş qrant var. Onlardan ən az biri non-binary və ya transgender fotoqraflar üçün nəzərdə tutulub.

Müraciətçilərə layihələrini fərqli ayrı fotolardan daha çox, hekayə olaraq təqdim etmələri tövsiyə olunur. Fotoların layihə təklifi ilə əlaqəli olmasına ehtiyac yoxdur. Multimedia layihələri ilə də müraciət edə bilərsiniz.
Müraciət üçün: https://www.womenphotograph.com/grants-2021
Son tarix: 15 may, Bakı vaxtı ilə 08:00

 

Women Photograph Getty Images ilə birgə əməkdaşlıq edərək fotojurnalistika sahəsində təhsil alan tələbələr üçün 10000 dollarlıq təqaüd elan edir. Bu məbləğ 2020/2021-ci təhsil müddətində təhsil xərci, kamera ləvazimatları və digər təhsil xərcləri üçün istifadə oluna bilər.

The Women Photograph + Getty Images təqaüdü dünyanın hər yerində akkreditasiya olunmuş kollec və universitetlərdə təhsil alan bakalavr və magistr tələbələri üçün açıqdır. Tələbələrin fotojurnalistika və ya fotoqrafiya üzrə ixtisaslaşması tələb olunmur. Təqaüd həm də peşə məktəbləri, vorkşoplar və digər əlavə təhsil kursları kimi universitet xaricində fotoqrafiya təhsili alan insanlar üçün açıqdır. İştirakınızın uğunluğu Women Photograph və Getty Images-in kriteriyalarına əssasən seçiləcək.
Müraciət edənlər 15-20 fotodan ibarət portfolio, fotojurnalistika ilə əlaqələrini və bu təqaüdün onların fotoqrafiya təhsillərini necə inkişaf etdirəcəyini əks etdirən esse (maksimum 300 söz), universitet, kollec, vorkşop və ya digər təhsil müəssisəsinə qəbul olunma sənədlərini təqdim etməlidir.
Müraciət üçün: https://www.womenphotograph.com/grants-2021
Son tarix: 15 may Bakı vaxtı ilə 08:00

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir