Yuxarı Salahlıda Novruz bayramı

 Yuxarı Salahlıda Novruz bayramı

Bayram günü oğlan sevdiyi qızın evinə necə gedə bilər? Qazaxın adlı-sanlı kəndi olan Yuxarı Salahlıda bununla bağlı çox maraqlı ənənə mövcuddur. Bir il öncə Yuxarı Salahlıya getdik və Novruz bayramında baş verən bu maraqlı adətin şahidi olduq. Fotolara baxın, amma nəticə çıxarmağa tələsməyin.

 

Mövzuya keçməzdən qabaq onu da qeyd edim ki, bu kəndin camaatı, müasir dillə desək çox kreativ camaatdır. Hər iki-üç sakinindən biri şer yazan Yuxarı Salahlı, ədəbiyyatımıza Molla Pənah Vaqif və Səməd Vurğun kimi adlar bəxş etmişdir.

 

Deməli, bayram axşamı Yuxarı Salahlıda əsl karnaval keçirilir. Tanıdığınız Rio-de-Janeyro karnavalından fərqli olaraq, burada kəndin cavanları, gənc oğlanlar müxtəlif libaslarda kəndin küçələrinə çıxırlar. Bu rəngarəng karnavalda diqqət çəkən məqam, kişilərin qadın paltarı geyinməsi, parik taxması və qadın sayağı bəzənməsidir. Kənd ağsaqqalının dediyinə görə bu bayram karnavalının bir neçə əsrlik tarixi var. Əvvəllər dəri materialdan müxtəlif geyim elementləri və maskalar hazırlanır və bayram axşamı gənclər onları geyinərdilər. Dövrümüzdə isə qadın paltarı və parik əldə etmək asan olduğu üçün artıq dəriyə ehtiyac qalmayıb.

 

Bax beləcə əsrlərdir ki, bayram axşamı sevdikləri qızları görmək istəyən və qızların atalarından gizlənən oğlanlar, bu maraqlı və şən ənənəyə riayət edirlər. Necə deyərlər, sevginin gücü qarşısında heç bir kompleks və standart dura bilməz.

 

Biz də, VarYox komandası olaraq, Sizi və yaxınlarınızı Novruz bayramı münasibətilə təbrik edirik. Sevin və sevilin, əziz dostlar!

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir