Bakı Qafqaz bölgəsindəki ən böyük şəhərdir. Neft yataqları üzərində qurulmuş şəhər olduğu üçün də dəfələrlə ani neft bumları nəticəsində nəhəng böyümə və inşaat dövrləri yaşayıb. İcra hakimiyyətinin post-sovet şəhəri öz estetika anlayışına görə yenidənqurma istəyi “köhnəlmiş” binaların məcburi söküntüsünə gətirdi, bu da tarixi, köklü evləri qorumaq istəyənləri məyus etdi.Ətraflı bax
2 il təhsildən və bir neçə stajdan sonra kurs yoldaşım Luka Linlə bərabər 2016-nin əvvəlində “Act n°1” adlı geyim markasını qurduq. Bəzi çətinliklərə və çəkilən zəhmətə baxmayaraq artıq 2 ildir ki, uğurla irəliləyirik. ''Who is on next 2017” müsabiqəsini qazandıq, Vogue İtaliya ilə sıx əməkdaşlığımız mövcuddur. Ən son yeniliklərdən biri də sentyabra, Milan moda həftəsinə hazırlaşmağımızdır.Ətraflı bax
Adım Rəşad Hüseynovdur. 1993-cü ildə anadan olmuşam. Uşaqlıqdan nə isə yaratmağı və ona baxıb zövq almağı istəmişəm. Və həmişə özümü tapmağa çalışmışam. 2009-cu ildə yaxşı web developer olmaq istəyirdim. Onlayn dərslərə baxırdım, özümü inkişaf etdirmək istəyirdim. 2010-cu ildə məktəblər arası keçirilən Respublika üzrə yarışmada “Ən Yaxşı Web Sayt” mükafatını alıb Respublika birincisi oldum. Ama bundan […]Ətraflı bax