#QızOxusun layihəsinin ilk uğuru!

VarYox  mədəniyyət və incəsənət portalının davam etdirdiyi “Mədəni Niyyət” layihəsi çərçivəsində Oktyabr ayında başlatdığımız #qizoxusun hashtagi uğurla davam etməkdədir.

 

Qız oxusun hashtaginin ilk uğuru  Xınalığın Aynurəsi idi. VarYox komandası Aynurə və onun ailəsilə 2018-ci ilin yayında tanış oldu. Aynurə Xınalıqdan ilk ali təhsil alan qızdır.

 

 

Qeyd etmək istərdik ki, oktyabrda başlayan Qız Oxusun kompaniyasından 1250 AZN yığıldı və ikinci semestr üçün də ödəniş olundu, lakin Aynurə üçün gərəkli olan lazımı məbləğ, 7500 azn isə olan İctimai TV-nin dəstəyiylə qarşılanacaq. Bu səbəbdən Qız Oxusun kompaniyası ikinci mərhələdə yığılmış vəsait 1190 azn Mədəni Niyyət platformasının hal hazırda davam edən beşdən çox birdəfəlik və uzunmüddətli layihələrinə (Psixiatriya klinikasının pasienti rəssam İmran Məcidovla aylıq görüşlər, Narkoloji mərkəzdə yoqa dərsləri və asudə vaxtın təşkili, Peşəbook və s.) sərf edilib.

 

Onu da qeyd etmək istərdik ki, Mədəni Niyyətin layihələrinin həyata keçirilməsinə maddiyyat gərəklidir, bu xərclər əsasən transport, materialların alınması və ziyarət etdiyimiz insanların zəruri ehtiyaclarına xərclənir. Təkcə Mart ayı üçün Mədəni Niyyətin uğurlu layihələrindən olan Peşəbook üçün 366 km yol qət edilib, bu da təxmini 732 AZN edir. Əlbəttə onu da qeyd etmək lazımdır ki Mədəni Niyyətin bu işlərində dəstək olan Dünya Bankı qrupunun Beynəlxalq Maliyyə Korporasiyası kimi əməkdaşlıq etdiyi qrumlar var. Peşəbook layihəsi üçün 3 ay ərzində Dünya Bankı 3120 AZN məbləğində maddi dəstək olmuşdu. Layihənin davamlı olması üçün dəstəyə əlbəttə yenə ehtiyac var. Peşəbook layihəsinin məqsədi, xüsusi qayğıya ehtiyacı olan insanlar Sahil qəsəbəsindən Bakının müxtəlif ərazilərinə gətirilərək peşəkarlardan peşə öyrənilməsini və həyatlarını daha da  yaxşılaşdırmaq üçün ilk addımı atmaqdır.

 

 

Yuxarıda qeyd etdiyimiz rəqəmlər önəmlidir, amma ən önəmlisi insanlığa xidmət etmək, xüsusi qayğıya ehtiyacı olan insanlarla birgə addımlayıb onların həyatına kiçik də olsa toxuna bilməkdir. Hər kəsə Mədəni Niyyət platformasına maddi və mənəvi dəstək göstərilməsinə dəvət edirik.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir