Qocalar üçün alt bezinə ehtiyacımız var!

1 Saylı Respublika Psixiatriya Klinikasının Gerontoloji şöbəsində yaşayan qocalar üçün daha əvvəl başladığımız kompaniyanı davam etdiririk. Onların ən əsas ehtiyaclarından biri alt bezləridir.

 

Mədəni Niyyət tərəfindən həyata keçirilən kompaniya çərçivəsində daha əvvəl qocalar üçün lazımından da artıq bez toplanmışdı. Və indi istərdik bu kompaniyanı davam etdirək. Bunun üçün sizin dəstəyinizə ehtiyacımız var.

 

Bezləri ianə etmək üçün VarYox’un Şövkət Ələkbərova 25b ünvanında yerləşən ofisinə yaxınlaşa bilərsiniz. Eləcə də səhifənin mesaj bölümündən bizimlə əlaqə saxlaya bilərsiniz.

 

Köməyinizə ehtiyacı olanlar var!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir