Bayram

 Bayram

Cəmi oxucularımızın bayramı mübarək olsun. Cəmi islam qardaşların… boy, gör mən nə deyirəm, istəyirdim deyəm cəmi xristiyan qardaşların – amma bunu deyəndə bir cürə nəzərə gəlir ki, mən çox-çox mömin, dindar, kəlisabaz, məscidbaz bir adamam. Bu da indiki əsr də yaxşı düşməyir. Çünki duanın bərəkətindən ibadət və ziyarət dəxi də artıq hörmət və şöhrət qazanıb.

Sözüm orda deyil:

Bir neçə gün bundan qabaq bazar – dükan bağlandı. Dedilər – rojdestvadır, təzə ildir, bayramdır. Hətta o gün Molla Nəsrəddin idarəsində də heç bir adam gəlmədi.

 

Küçədə də hər kəs məni gördü və dedi: “Molla, bayramın mübarək olsun”.

Dedim: “Hansı bayramım?”

Dedi: “İsanın rojdestvası”.

Dedim: “Balam, mən heç bir peyğəmbərin rojdestvasını bayram saxlamamışam, bu barədə şərmsaram və bu gün də heç bayram zad yadıma düşmür və bilmirəm nə bayramıdır”.

Rəfiqim dedi: “Molla əmi, sən çox qəribə söz danışırsan, guya heç dünyadan xəbərin yoxdur, bax gör hansı bir müsəlman idarəsi qalıb ki, indi tətil eləməsin, hətta Bakının darülmüəllimatdı nədi, orada oxuyan qızları, yəni müsəlman qızlarını rojdestva münasibətilə on beş gün bayramlığa buraxıblar”.

Burada mən fikrə getdim: “Darülmüəllimat – türklərin, dərs verənlər–müsəlmanlar, dərs oxuyanlar – müsəlmanlar. Verilən dərs tamamilə türkcə, Nikolay dayı da ki, indi Allah şükür yoxdu. Pəs aya, xaçpərəstlərin Allahı həzrət İsanın rojdestvasını bizə məcbur bayram etdirən kimdir. Pəs bu ki, belə imiş, pəs movludi-Nəbidə həmin darülmüəllimatda nə səbəbə dərslər oxundular?”

 

Mən az qalırdım ki, bu sözləri yazam verəm qəzetlər də çap eləsinlər–axırda xəbərdar oldum ki şəhərdə hər nə qədər idarələr var – türk ya qeyri-türk idarələri hamısı tətil edib, nə qədər dükan-bazar var – çoxusu bağlanıb.

Onda dəxi dedim: “Xeyr–işlər özgə cürdür”.

Rəfiqimə dedim: “Rəfiq, gəl çıxaq gedək evimizə, bu işlərdən bir mətləb çıxmayacaq”.

Dedi: “Necəki, yəni?”

Dedim: “Sən öləsən çıxmayacaq, çünkü mənim bu bayrambazlıqdan gözüm su içmir”.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir