varyox.az
Kralın başı
Biri var idi, ikisi yox idi, şimal ölkəsində küsəyən bir kral hökmranlıq edirdi. Yaman darıxırdı. Hər gün eyni şey - səhər duran kimi dişlərini yuyur, sonra şirinçay və pendir-çörək, sonra səfeh vəzirin məruzəsi. Günorta maraqlı heç nə baş vermirdi - ya hava yaxşı olanda ova çıxır, ya da sarayda oturub paxla şorbası içirdi. Axşam düşəndə toyuq qızartmasından yeyib yatırdı.
Var Yox