varyox.az
Merac
Hər şey o məqamda başlayır. Bütün sıxıntılar, bütün çətinliklər. Hər şeydən - metronun ritmindən, dinlədiyin musiqilərdən, dostlarından, axşamacan susub dinləməkdən, gözlərinlə şeir yazarkən üzünün gülməyindən, qələmi fırlatmaqdan və nəhayət, özündən; bezmək. Yəni oksigeni də ritm pozulmasın deyə çəkirsən ciyərlərinə, addımlarını da ayaqların bir-birinin xətrinə atır, şeiri də vaxt öldürmək üçün yazırsan - bax o məqam. Dostlarının əhatəsində dərin bir quyuya enirsən. Səslərini eşidirsən, orada olduqlarını bilirsən, torpağı cırmaqlayırsan, əllərinin içi qan olsa belə mübarizə aparıb çıxırsan quyudan. Və…Və görürsən ki, onlar sənin quyuya düşməyinə gülürlərmiş.
Var Yox