Qapalı məkanlarda siqaret çəkmək qadağandır

 Qapalı məkanlarda siqaret çəkmək qadağandır

O telefondan qopmur. Hər on beş dəqiqədən bir ya ona zəng edirlər, ya da özü zəng edir. Onun birinci düşməni də telefon istehsal edən şirkətlərdir ki, əsas günahları doyunca danışmağa mane olan, dilsiz-ağızsız, lakin enerjiləri tez tükənən telefon batareyaları istehsal etməkdir; yaxşı enerji saxlamırlar, tez boşalırlar və işlənib tez haldan düşürlər. O bir jurnalda oxumuşdu ki, mobil telefon istehsalçılarının belə etməkdə əsas məqsədləri alıcılara yeni batareyalar aldırmaqdır. Belə olanda hər şey öz yerini tutur və pazıllar boşluqları doldurmuş olur. Amma gəl ki, bu onun üçün şad xəbər deyildi.

İndi, iyirmi beş yaşlı ofisant oğlanın “sizə bir şey gətirimmi” sualına da o, “zəhmət olmasa, xətdə gözlə” deyə cavab verdi. Ofisant heç nə başa düşməyib döş cibindən bloknot-qələmi çıxartdı. İmkanı olsa bəlkə də telefonun içinə girib, xəttin o başındakı abonentin qulağına daxil olub, onun beyni ilə cinsi əlaqəyə hazır olan müştəri, masadakı qırmızı siqaret qutusundan tütün gülləsi çıxarır. Ofisant ədəb-ərkanla deyir:

— Xanım, qapalı məkanlarda siqaret çəkmək qadağan olunub – deyilənlərin daha ağır statusa malik olduğunu göstərmək üçün biraz gözləyib əlavə edir – bütün ölkə ərazisində.

Ofisantın xəbərdarlığı  iyirmi-iyirmi üç yaşlı qlamuriyyət nümayəndəsi olan xanımın şəxsiyyətinə toxunur. Əslində söhbət adamın “nə-iyyət” olmasında deyil, bunu mənsiz də bilirsiz, söhbə ondan gedir ki, adətən sənin kim olmağın heç kimə maraqlı deyil. Görünür ki, xanım-müştəri meydanda – bizim halda kafenin içində – məhz kimin kim olduğunu göstərmək istəyir. Amma xanımın çatdığı intelektual pillə, onun beyin neyronlarında mütəmadi problemlər və maneələr yaratdığı ucbatından, xüsusi heç nə baş vermir.

O, xətdəki vətəndaşa “bi`dənə gözlə, Puppi” söyləyib telefonu kənara qoyur.

— Ədə – on saniyə fikirləşmək üçün pauza götürür, elə bil imkanı olsa taym-out götürərdi, voleyboldakı kimi – Sən bilirsən mən kiməm?… Səni kim göndərib bura?… Niyə susursan, danışa bilmirsən?… Hansı ölkədən gəlmisən?

Suallar, deşilmiş turbadan şırıltı ilə çölə çıxan yoğun su şırnağını xatırladır və ofisantın gözləri önünə doğma kəndi gəlir – dağ ətəyində yerləşən və şəhər təşvişindən uzaq kənd. Orada gündüzlər isti, gecələr isə soyuq olur; təmiz yundan sarınmış yorğana bürünüb, içi yumuşaq lələkli iri yastığa başını atıb, qalın döşəyin içində batır, qulağına isə, qaldığı evin iyirmi addımlığında,  qaya daşlarının arasından fontan kimi çıxan bulağın səsi gəlir. Bulağın şirin səsi ofisant oğlanın beynində şəkildəyişərək, ölkə ərazisində qanuna minmiş qadağaya görə kafe ofisantına etirazını bildirən xanımın səsinə çevrilir.

— Xanım, sizi narahat etmək istəmirdim, sadəcə…

— Sən mənə heş-zad edə bilməzsən!

— Sizə nəsə etmək fikrim yoxdu, istədim ki, biləsiz – siqaretə görə 100 manat cərimə var…

— İndi mənə pul təklif edirsən? (gözləri həlqəsinə sığmaz formada)

— Pul yox e, cəriməni deyirəm. (oğlan əsəbi formada peysərini qaşıyır)

— Mənə cərimə təklif edirsən?

Ofisant sonuncu sualı eşidib arxadan tapançanı çıxarır və tətiyi basır. Təəccüblü də olsa, qadının başına dəyən güllə, onun beyin parçalarını ətrafa səpələyir – ağ süfrəli masa, badənin içindəki qazlı mineral su, telefon, siqaret qutusu, alışqan, balaca sinidəki hesab çeki, maşın açarları, kosmetika üçün xudmani çanta – bir sözlə hər şey qadın beyninin hissələrinə bürünür. Ofisant “deməli beyni var imiş” deyə düşünüb növbəti masaya yaxınlaşır. Müştərinin sifarişini səliqə ilə bloknota qeyd edib mətbəxə doğru addımalayır…

Və yalnız indi xanım müştərinin qarmağına keçmiş ofisant oğlan anlayır ki, əslində heç bir atəş-zad olmayıb, xəyal idi. Əlində siqaret olan qadın hələ də nəsə barəsində ondan soruşur, o isə əlindəki bloknota sürətlə nəsə yazır.

— Siqaret çəkmək olmaz – anladım. Bəs niyə sizin kafedə ancaq gic-gic xarici mahnılar səslənir? Siqaret çəkəndə Azərbaycandı, mahnı qoyanda isə Azərbaycan deyil? Niyə milli musiqi, Xan Suşinski, Faiq Ağayev əvəzinə “dub-tıs” qoyursuz, hə?

Ofisant müştərinin dediklərini qrammatik dəqiqliklə bloknota qeyd etdikdən sonra ombasını qaşıyaraq aradan çıxır. Geyinmə-soyunma otağına girir, oradan əlində “İşdən çıxma haqqında ərizə” ilə çıxıb, administratora yaxınlaşır. Bloknotu və ərizəni administratora verir. Bayaqki “üsyankar”  xanım müştəriyə yanına qayıdır. Ofisantın, verdiyi narahatlığa görə ondan üzr istəyəcəyini gözləyən müştərinin qanında birdən-birə şəkər qalxır, görəndə  ki, azdanışan ofisant, indi onun masasının üstünə çıxıb və cinsiyyət orqanını ona  tuşlayıb. O, “Samsung” və “iPhone”nun bütün modellərinin adlarını unudur, telefon nədir, bütün klub və gecə barlarının, çimərlik və “səviyinski kafeşka”ların adlarını kiçik həcimli şüurun yaddaş kartından deleytləşdirir.   Təbii ki, oğlanın aldığı bu poza ancaq bir məqsədlə alınır. Müştəri ayağa durmağa macal tapmamış oğlanın gizlin məqsədi ilə yaxından tanış olur. Kafedəki digər müştərilər ofisantın, daha doğrusu eks-ofisantın bu hərəkətini ayaqüstü alqışlayıb səssizcə obyekti tərk edirlər.

Həmin gecə oğlan kəndə qayıtmaq və yanğınsöndürən işləmək qərarına gəlir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir