Azərbaycanlı gənclərin yaratdığı milli kart oyunu – Hoqqa. Oyun “Nomadman Ent.” yaradıcı heyəti tərəfindən yaradılıb.

 

Hoqqa Kart Oyunu – 2-6 oyunçu (məsləhət görülən oyunçu sayıdır, 10 nəfərə qədər də oynamaq mümkündür) üçün nəzərdə tutulmuş, bəxt və individual xüsusiyyətlər üstündə qurulan əyləncəli kart oyunudur. Oyun 0-dan hazırlanıb, bütün kartlarda müxtəlif qəhrəmanlar və əşyalar çəkilib, yerli mövzülar (“temalar”) işlədilib. Oyun 80 kartdan ibarət dəstə və 2 ədəd zərdən ibarətdir. Oyun yeni olsa da müəyyən bir kütlənin marağını cəlb edə bilib.

 

Oyun dəstinə daxildir:

  • 80 kartdan ibarət oyun dəstəsi;
  • 2 ədəd oyun zəri;
  • əlində tutduğun qaydalar vərəqi

 

Oyunun qaydaları çox bəsitdir! Oyun dəstəsini qutudan çıxardın? Əla! Oyun dəstəsini qarışdıraraq ortaya qoyulur. Hər bir oyunçu 20 xal ilə başlayır (max. 25 xal). Oyun raundlara bölünür. Hər raundda bütün oyunçular dəstənin üstündən bir kart çəkir. Kartın aşağı sağ küncündəki rəqəm kartın “təsir sayısı”-dır və ən az təsir sayısına malik kartı çəkən oyunçu birinci oynayır. Digər oyunçular da kartların təsir sayısına görə kiçikdən böyüyə doğru ardıcıllıqla kartlarını oynayırlar. Hər oyunçu kartlarını oynayarkən kartın adını və effektini hamıya aydın şəkildə səsləndirməlidir. Bəzi kartların effektləri bir və ya hər iki zərin atılmasını tələb edir. Bütün kartlar oynadıldıqdan sonra açıq şəkildə qırağa qoyulur və raund bitir. Dəstə bitərsə, açılmış kartlar qarışdırılaraq yenidən oyuna hazır edilir. Oyunçulardan yalnız biri qalana qədər raundlar oynanılır, sona qalan oyunçu (bəzi hallarda isə oyunu son tərk edən) isə qalib elan olunur.

 

Əgər oyunçuların çəkdiyi kartların təsir sayısı eynidirsə, kimin daha əvvəl kartını oynayacağı zərin atılması ilə müəyyən olunur – zərdə daha çox düşən oyunçu ilk oynayır.

 

Eyni anda əldə max. 2 qoruyucu və ya bonus effektli kart qala bilər (oynanılan zərbə kartından əlavə olaraq). İkidən artıq olarsa, kartlardan biri dəstəyə qaytarılmalı və özünə 1 xal əlavə edilməlidir.

 

Mavi kartların hədəfini kart və ya oyunçunun özü seçir. Bu kartlar dəqiq zərbə vurur.

Qırmızı kartlar alov kimidir. Mavi kartlardan fərqli olaraq kartı çəkən oyunçu özünə də zərbə vura bilər, ehtiyatlı ol!

Yaşıl kartlar ən sülhsevər kartlardı. Zərbə vurmurlar, amma tam əksinə sənin və ya digər oyunçuların xalını artırırlar.

 

Hoqqa kart oyununu əldə etmək də mümkündür. Bunun üçün aşağıdakı formu doldurmaq lazımdır 🙂

 

forms.gle/8NHoB4ai8fzzZhZ17

National card game created by Azerbaijani youth – Hoqqa.  The game was created by “Nomadman Ent.”  creative team.

 

Hoqqa Card Game is an entertaining card game designed for 2-6 players (recommended number of players, can play up to 10 people) and built up on individual features. The game is made from 0, all cards are drawn with different characters and objects, and local themes are used. The game consists of a set of 80 cards and 2 dice. Although the game is new, it managed to attract interest of a certain crowd.

 

Game set includes:

  • 80-card game set;
  • 2 dices;
  • rules sheet

 

Rules are quite simple! Unpack game set? Great! Game sets need to be mixed. Each player starts with 20 points (max. 25 points). The game is divided into rounds. In each round, all players draw a card over set. The figure in the lower right corner of the card is the “impact number” of the card, and the player with the least impact card will play first. Other players also play cards in their order from small to large, depending on the impact number of cards. Each player must clearly spell out  the card’s name and effect of this card when playing it. Some card effects require flipping one or both dice. After all cards are played, they are clearly cut off and the round ends. Once set is completed, cards that you have opened will be mixed and ready to play again with. Only one of the players is left until all rounds are played, and this remaining player (in some cases leaving the game last) is declared the winner.

 

If the number of cards played by  players is the same, then the player who plays their card earlier is determined by flipping a  dice – the player who gets the most loss is the first to play.

 

At the same time there can be max. 2 protective or bonus effect cards (in addition to the hit card played). If there is more than one, one of the cards must be returned to set and  1 point must be added.

 

The card or player themselves choose the target of the blue cards. These cards strike precisely.

Red cards are like fire. Unlike  blue cards, the player who picks the card may also be hit, so be careful!

Green cards are the most peaceful cards. They don’t hit, but on the contrary they increase your  or other players’ scores.

 

It is also possible to get Hoqqa card game. You have to fill in the form below for this 🙂

 

forms.gle/8NHoB4ai8fzzZhZ17

Tags: