Çox güman ki, gözləriniz yolda qalmışdı. Elə bizim də. Şəhər Uşağının növbəti qonağı gənclərin yaxşı tanıdığı Promete olub. Bu adı seçmə səbəbindən tutmuş HOST-un dağılma səbəbinəcən ağlına gələn bütün sualları yağdıran Həsən Ağa və yersiz sualları ilə söhbətə girən Cavid Ağanın növbəti sərgüzəştini izləyin.

İçərişəhəri gəzdirdiyi və dolğun informasiyası üçün Baku Sightseeing komandasından Nərmin xanıma təşəkkürlər!