Ağaəli Sədirli

 Ağaəli Sədirli

İsmayıllı rayonundan olan Ağaəli Sədirlinin 18 yaşı var. O, öz fəaliyyətinə 13 yaşında YARAT  Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi “BacarArt” layihəsi çərçivəsində Sitara İbrahimbəylidən fotoqrafiya dərsləri alaraq başlamışdır. Təhsili ilə bağlı Bakıya köçdükdən sonra, VarYox komandasının Xınalıqda təşkil etdiyi “Dağların Başı / Xinalig Edition” Art Rezidensiyası müddətində VarYox’a həvəskar fotoqraf kimi dəstək olmaqla yanaşı, həm də özünün şəxsi foto-layihəsini reallaşdırmışdır. Həmin layihə 22 Noyabr 2019-cu ildə Bakı Fotoqrafiya Evində fotoqraflar arasında keçirilən müsabiqədə birinci yer tutub. Ağaəli hazırda yeni layihələr üzərində işləyir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir