Çiçəklənən maskulinlik

 Çiçəklənən maskulinlik

Reinaldas, food stylist, 31

İki litvalı rəssam fərqli yaş qruplarını, sosial təbəqələri və cinsi oriyentasiyanı təmsil edən 12 kişini Beynəlxalq qadınlar gününün qeyd olunması ilə bağlı çiçək kompozisiyalarının əhatəsində çılpaq vəziyyətdə şəkil çəkdirməyə dəvət edib. Məqsəd kişilərə xas, həmçinin həm kişi, həm də qadın üçün zərərli olan maskulinliklə bağlı zəifliklərin müəyyən edilməsi olub.

 

“8 martda tez-tez deyirlər ki, qadınlar gülə bənzəyir – onun kimi gözəl, incə və zərifdilər.  Biz ümid edirik ki, bu il kişilər də öz zəif nöqtələrini gizlətməyərək çiçək kimi açıla biləcəklər, kövrək və duyğulu olmaqdan qorxmadıqlarını ortaya qoyacaqlar. Kişilər ölçüyə gəlməyəcək dərəcədə psixoloji problemlərdən əziyyət çəkir, çünki cəmiyyət onları duyğusuz olmağa, hər şeyi müstəqil şəkildə həll etməyə, kömək istəməməyə və sadəcə susmağa öyrədir. Daha dərinə getmək, insanların və cəmiyyətin firavanlığı üçün nəyin vacib olduğu barədə danışmaq məqsədi ilə biz layihəni “qadın” gününə saldıq. Sonunda, həyatımızda yaxşı və sağlam kişilərin olması olduqca vacibdir”, – deyə layihənin müəlliflərindən biri olan Nerinqa Rekasuyte qeyd edib.

 

“Bizim cəmiyyətdə kişilərə adətən ailəni təmin etməli, güclü, tərəddüdsüz xarakter sərgiləməli olduqlarını deyirlər. Bu keyfiyyətlər özlüyündə pis olmadıqlarına baxmayaraq, həmişə mükəmməl olmaq və heç vaxt tərəddüd etməməklə bağlı təzyiq kişilərin psixikası üçün zərərlidir. “Kişi” peşələri nəinki fiziki, həmçinin psixoloji baxımdan daha təhlükəli və risklidir. Kişilər də tez-tez zorakılıqla bağlı cinayətlərin qurbanı olur. Məhz buna görə açıq dialoq üçün təhlükəsizlik məkanın yaradılması və kişilərin, axtarışında olduğu və çox vaxt xəbərsiz olduqları, öz zəif nöqtələrini ortaya qoyması olduqca zəruridir”, – deyə layihənin digər müəllifi Edita Majutaviçyute vurğulayıb.

 

Qeyd edilən bu parlaq və canlı 12 fotoqrafiya gündəlik həyatımızın qəhrəmanları ilə birgə dördqat “Dünyanın ən güclü adamı” adının sahibi Zidrunas Saviçkas və Paralimpik avarçəkən Avqustas Naviçkas kimi məşhurları əks etdirir. Hər şəkil, onların adətən qaranlıqda qalan tərəflərini görməyə kömək edən üç sualın cavabı müşaiyət edir. Kişilər atalarına qarşı, həmçinin öz bədənlərinə münasibətlərini ifadə etməyə, son dəfə nə vaxt və nə üçün ağladıqlarını etiraf edirlər.

 

“Bu 12 müsahibə açıq diskussiyaların və kiməsə qulaq asmağın dəyişdirə bilən gücünə inamımı artdırdı. Bu insanlar, gündəlik rutin həyatın diqqət yetirməyə mane olduğu, özləri haqda bir sıra vacib məsələ haqqında düşünməyə vadar edən bu söhbət üçün minnətdar olduqlarını bildiriblər. Onlarının bəzilərinin həyat yoldaşları da həmçinin bizə təşəkkür bildiriblər, çünki ərlərinin dəyişdiyini hiss ediblər. Onlar daha açıq olublar və ailə münasibətləri yaxşılaşıb. Ona görə də mən qəlbən bu layihənin böyük əhəmiyyət kəsb etdiyini hiss edirəm”, deyə Nerinqa Rekasuyte davam edib.

 

“Qadının bu yaşlarında kişiləri arxada qoymamaq olduqca vacibdir. Cəmiyyətmizin hissələri yox, hamısı böyüməlidir. Gender bərabərliyi daha çox biruzə verən ölkələrdə kişilər arasında intihar səviyyəsi daha azdır və bu hamıya sərf edir. Hansı bucaqdan baxırsız-baxın, bizim oxşarlıqlarımız fərqliliklərimizdən çoxdur. Mən kişilərn, çəkiliş zamanı gözlərinin necə parıldadlğının şahidi olmuşam. Deyə bilərəm ki, biz hamımız başqalarının diqqətini cəlb etmək istəyirik”, – deyə Edita Majutaviçyute əlavə edib.

Marqiris, jurnalist, 27
Marqiris, jurnalist, 27

Sonuncu dəfə nə vaxt ağlamısınız?

Bacım Ruta Meylutite haqqında filmə baxarkən özümü saxlaya bilmədim, çünki onun London Olimpiyadasındakı qələbəsi yadıma düşdü. Həmin vaxt şəhərdə keçirilən yarışı izləyirdim və bacım qalib gəldikdə ürəkdən hönkürməyə başladım. Gözü yaşlı olaraq şəhərin küçələrini dolaşırdım.

 

Atanızla münasibətiniz necədir?

Düzünü desəm, bir az mürəkkəbdir. Lakin hal-hazırda daha qəzəbsiz və inamlıyam. Qəzəbi yatırmaq mənim öz qərarım idi, çünki qəzəb ətrafdakılarıma daha çox ağrı gətirirdi. Özümdə aşkar etdiyim atamın yaxşı keyfiyyətləini saxlamağa və pis aludələrindən qurtulmağa qərar verdim. Atamda öz əksimi görürəm. Bu gün böyüyərkən yanımda olmadığıma görə atamı ittiham etmirəm, çünki başa düşürəm ki onun üçün çətin idi, uşaqları və valideynlərinə baxmaq üçün çox işləməli idi. Atam mənə oxumağı, ədalətsizliyi görüb ona müqavimət göstərməyi və dürüst olmağı öyərdib.

 

Bədəninizə qarşı münasibətiniz necədir?

Bədənimə bələdəm. Ola bilsin ki, ondan o qədər də məmnun deyiləm, lakin biz bir-birimizi tamamlayırıq. Yeniyetmə çağlarında oğlan üçün qızın qarşısına çılpaq şəkildə çıxmaq, ona öz cinsiyyət orqanını göstərmək xəcalətli idi, çünki işin mahiyyətindən əmin deyildin. Lakin bir dəfə dostlarımla çılpaq şəkildə dənizə getdim: heç kim səsini çıxartmadığından soyunmaq olduqca asan oldu.

Qerardas, ofisiant, 22
Qerardas, ofisiant, 22

Sonuncu dəfə nə vaxt ağlamısınız?

Açığı, bir neçə həftə əvvəl. İşdən evə gəldim və ağlamağa başladım, çünki tamamilə itmişdim, tənha idim, anam isə spirtli içki düşgünüdür..Bunların hamısı içimdə yığılıb partladı. Hisslərimi, əsasən də, içimdəki kədəri ifadə etmklə bağlı problem yaşayıram. Gərək daha tez-tez ağlayam.

 

Atanızla münasibətiniz necədir?

Mənim atam yoxdur. O, anamla Palanqada tanış olub və onların arasında tətil münasibətləri baş tutub. Nəticədə anam hamilə qalıb, atam isə ailəsinin yanına qayıdıb. O, hətta anama abort üçün pul da təklif edib. Onunla heç vaxt görüşməmişəm. Bir müddət öncə internetdə onun bap-balaca şəklini tapdım. Şəkli yaxınlaşdıranda saçlarımızın rənginin eyni olduğunu gördüm. Deməli ondan mənə yaxşı bir şey – bəyəniləsi saçlar keçib. Nə vaxtsa ailəm olsa, yaxşı ata olmaq üçün əlimdən gələni edəcəm.  Lakin hər şeyi, o cümlədən kişi olmağı öyrənməliyəm.

 

Bədəninizə qarşı münasibətiniz necədir?

Düzünü desəm bunun üçün çılpaq olacağımızı eşidəndə sevindim. Mən anlamıram, əgər kişi yaxşı hərəkət edə bilirsə, deməli geydir?  Niyə kişilər bədənlərindən həzz alıb onu nümayiş etdirməməlidirlər? Mən çılpaqlığa böyük dəyər veririəm. Yeniyetmə olarkən, başımda qıvrım saç görən kimi saç ustasının yanına qaçırdım – bütün başımı qırxdırıb “ara uşağına” bənzəmək istəyirdim. İndi tamamilə fərqli şəxsəm.

Kasparas, biznes inkişafı üzrə mütəxəssis, 36
Kasparas, biznes inkişafı üzrə mütəxəssis, 36

Sonuncu dəfə nə vaxt ağlamısınız?

Əlimdə bir şüşə cin punşu ilə Almodovarın filmini izləmək üçün “Kino Deli”yə getmişdim. Gülməkdən ağlayırdım, lakin içim də yanırdı. Sevgilimlə olduqca sərt ayrılmadan sonra belə ağlamamışdım, lakin, əsasən də içkili vəziyyətdə, təbiət və Afrika haqda filmlərə baxanda göz yaşlarımı saxlaya bilmirən.

 

Atanızla münasibətiniz necədir?

Valideynlərim altı yaım olanda ayrılıblar. Atam şizofeniyadan əziyyət çəkirdi, lakin müailicə olunmaq istəmirdi. Anam iki oğlunu da özü ilə götürüb apararaq, öz əlləri ilə ev tikdi və bizi böyütdü. Balaca olanda babama həsəd aparırdım – o səhərlər duraraq uzunmüddətli üzqırxma prosesi üçün su qaynadardı. Belə üz qırxmaq üçün insan gərək daxili barışa sahib olsun. Onun “centlmen davranış kodeksi” xoşuma gəlirdi. Bizim ailədə kişilər, qadına hörmət bəslədikləri üçün heç vaxt ayaq üstə işəmirlər. Mənim babam və dayılarım həmişə corab və tumanlarını özləri yuyardılar. Heç vaxt zəhərli “erkəklik zir-zibilinin” şahidi olmamışam. Yalnız hörmət görmüşəm. Yadımdadır, uşaq ikən xəstələndikdə babam məni qucağında gəzdirib mahnı oxyuradı. O. Dünyasını dəyişdikdən sonra, nənəmdən xahiş etdim ki onun ülkücünü mənə versin.

 

Bədəninizə qarşı münasibətiniz necədir?

Öncə bəzi komplekslərin var idi, lakin hal-hazırda vecimə deyil. Bədənim atamın bədənidir, özümdə uşaq böyütmüşəm! Lakin bu yaxınlarda birinə soyuducu daşımaqda kömək edərkən anladım ki, daha yaxşı formaya düşməliyəm. Sadəcə özüm üçün daha güclü olmalıyam. Bundan savayı bütün mənfiləri müsbət, çatışmazlıqları isə üstünlük kimi görürəm. Ətrafımdakı insanların unikal olması məni sevindirir: onlar avtomobil təmiri məntəqələrində işləyir, silahdan atəç açır, günalma salonlarına gedir, qulaqlarından daş-qaşlı sırğalar asır və rəqs dərslərinə gedirlər. Nə olsun ki? İstədiyin şəxs ola bilərsən. Buna özünüifadə deyirlər!

Mindauqas, biznesmen, 41
Mindauqas, biznesmen, 41

Sonuncu dəfə nə vaxt ağlamısınız?

Mən daş deyiləm, ona görə bir çox şeylə bağlı olduqca duyğulu oluram. Mən ağlayıram və bundan utanmıram. Lakin, cəmiyyət içində, əsasən də uşaqların yanında ağlamamağa çalışıram. Qızım məni ağlayan görüb və bu faciə deyil, lakin, yenə də, uşaqlarımı bundan qorumaq istəyirəm. Bir ay öncə ağlamışdım – bəzi işlərim pis gedirdi, sağlamlığım yerində deyildi, buna görə də özümü saxlaya bilmədim. İndi həyata qayıdıram.

 

Atanızla münasibətiniz necədir?

Atamın 86 yaşı var. Köhnə kişlərdəndir, lakin təqdirəlayiq şəxsiyyətdir – xırda şeylərə fikir verməməyi və həyata çox rahat yanaşmağı bacarır.  Ola bilsin ki, məhz buna görə o bu qədər enerjili və canlıdır. Həyatımız heç vaxt asan olmayıb, kənddə həmişə fiziki iş bol olub. Qardaşım atamla məndən çox əlaqə saxlayır, çünki əcdadlarına və köklərinə daha güclü bağlıdır. Qarsaşım bu yaxınlarda bir mənzil aldı və onun qarşısından babamızın şəklini aşkar etdi. Müharibə dövründə ora hrbi məktəb olub və babamız orada oxuyub. O, bunu hamından gizlətmişdi – o zaman buna məcbur idi. Sonralar babamızın niyə tək qaldıqda Litvanın milli himnini oxuduğunu anladıq.

 

Bədəninizə qarşı münasibətiniz necədir?

Balacaboy, kök uşaq idim. Anamın hazırladığı kotletləri dayanmadan yeyərdim. Sonra birdən-birə boyum uzandı və mən idmanla məşğul olmağa başladım. Astma səbəindən anaç məni çox işləməyə qoymazdı. Birinci dəfə ailə quranda 120 kiloqram çəkim var idi. O zamanlar dayanmadan spirtli içki içərdim. Iki il ərzində içməməyi qərara aldım. Emosional vəziyyətimlə bağlı çəkim dayanmadan dəyişirdi. Hal-hazırda tay-çi ilə məşğul oluram. İnanıram ki, xaricimiz, daxilimzdə baş verənləri əks etdirir. Atlet bədəninə sahib olmaq vacib deyil, sadəcə irəliləməlisən.

Martinas, döymə rəssamı, 29
Martinas, döymə rəssamı, 29

Sonuncu dəfə nə vaxt ağlamısınız?

“Yanan adam” festivalı çərçivəsində toyum zamanı ağladım. Özüm danışarkən ağlamadım, lakin həyat yoldaşım Aiste öz sözlərini deyəndə, göz yaşlarımı saxlaya bilmədim. Qabaqlar, əsasən də Londonda oxuyarkən, daha çox ağlayardım. Çox qaranlıq və sıxıcı zamanlar idi – işimə nifrət edirdim və yenicə boşanmışdım. Özümü tamamilə tənha hiss edirdim, buna görə də ağlayırdım. Bu mənə özüm olmağımı öyrətdi. Amma, bununla belə, insan əlaqələrinin mənim üçün olduqca vacib olduğunu başa düşdüm. Kiminləsə olduqda içindəki boşluq yox olur. Lakin bir dənə qayda var – it haqqında kino və ya reklam gördükdə ağlayıram. Heç vaxt içimə salmıram.

 

Atanızla münasibətiniz necədir?

Bir çoxları kimi atamla səthi münasibətim var. Uşaq olarkən, atam karyerasını atalıqdan daha üstün tutdu – maddi baxımdan hərtərəfli təmin olunmuşdum və buna görə atama minnətdaram. Lakin onunla heç vaxt top oynamamışam. Nə vaxtsa birgə zaman keçirdiyimiz yadıma gəlmir. Heç vaxt belə ata olmaq istəməzdim. Keçmişdə atam mənimlə nə qədər zaman keçiribsə, hal-hazırda mən də onunla o qədər danışmaq istəyirəm. Biz yalnız maşınlar və məişət barəsində danışırıq – o qədər də sıx bağımız yoxdur. Fikir vermişəm ki, mənim nəslimin insanları nənə-babaları ilə daha yaxın olurlar. Ola bilsin ki, bu onların müharibə dövründə doğulmaqları ilə bağlıdır. Buna görə də onlar nəvələri ilə münasibətlərinə böyük önəm verirlər. Həmişə nənəmi görməyə can atmışam – bizim daha səmimi münasibətlərimiz var. Bu münasibətlərin uzun çəkməyəcəyini başa düşdüyümdən onlara böyük önəm verirəm.

 

Bədəninizə qarşı münasibətiniz necədir?

Öncələr bədənimə nirət edərdim – bəzi yerdə özümü çox arıq, bəzi yerdə isə çox kök hiss edirdim. Lakin döymələrdən sonra bədənimi bəyənməyə başladım. Mütəmadi olaraq bədənimə döymə vurub, idmançılar kimi, bədənimdən həzz alıram. Çılpaq şəkildə poza vermək o qədər də çətin olmadı.

Odrius, sərhədçi, 47
Odrius, sərhədçi, 47

Sonuncu dəfə nə vaxt ağlamısınız?

Qızlarım deyir ki, olduqca duyğulu ataları var. Bilmirəm niyə –  ola bilsin ki, çoxlu kitab oxumağım və kənddə yaşamağım öz izini buraxıb. Əsasən dostlarım, itlər, pişikər və təbiət idi. Heyvanların necə doğulduğunun şahidi olmuşam və bunu həmişə içdən hiss etmişəm.

 

Bu yaxınlarda valideynlərimin evində odun qırırdım. Ətrafdakı bütün otluq və çəmənliklər – atamla birgə işlədiyimiz torpaqlar…Burda olmuş evimiz, bağımız…Balaca vaxtı nəhəng görünən təpə diqqət yetirdim – atam mənə xizək düzəltmişdi və bu xizəyin uclarını xüsusi qurğuya qoyaraq əymişdi. O, məni itələdikdə mən bu təpədən, atamın “get, get, get” sədaları altında sürüşmüşdüm. Bunu xatırladıqda hönkür-hönkür ağlamağa başladım, çünki bu torpaqda durduqda, aman Tanrım, bunun hamısının ruhunun içindən keçdiyini hiss edirsən…

 

Atanızla münasibətiniz necədir?

O, çox mahir balıqçı və nağılbaz idi. O vaxtlar tez-tez qucaqlaşmaq adəti yox idi. Bir zaman atam “donuz” adlandırdığımız bir skuter almışdı. Məktəbə gedib-gəlmək (müəllim idi) üçün aldığını demişdi, lakin biz bilirdik ki, bu skuter balıqa getmək üçün nəzərdə tutulub. Altı yaşım var idi, biz balıqdan qayıdırdıq. Hava qaraldı və soyudu. Birdən yağış başladı. Atamı qucaqladıqda özümü təhlükəsiz hiss etdim – sanki məni sarsılmaq bir divar qoruyurdu. Bu hiss üçün darıxıram və ailəmi də bu cür hiss etməsi üçün çalışıram. İstəyirəm ki, yoldaşım və qızlarım üçün həmin divar olum.

 

Bədəninizə qarşı münasibətiniz necədir?

Tipik basketolçuya bənzəyən uzun bir yeniyetmə idim. Dostlarımla birgə bədənə işləyirdik. Arnold Şvratsneqqer bizim kumirimiz idi. Məşq etmək üçün yerimin olmadığına baxmayaraq, həmişə idmanı sevmişəm. Yazda buzlar əridikdən dərhal sonra gölməçələrə tullandığımı xatırlayıram. Paltarlamızın yaş olmasını istəmirdik, ona görə də çılpaq çimərdik. Hərdən həyat yoldaşımla yaşlanmaq barədə söhbət edirik, lakin biz qətiyyən bədənimizin qocalacağından qorxmuruq.

Avqustas, paralimpiyaçı, 29
Avqustas, paralimpiyaçı, 29

Sonuncu dəfə nə vaxt ağlamısınız?

Bir neçə il öncə İtaliyada məşq edirdim – məni qayığa bağlayan kəmər ilə açıq dənizdə avar çəkirdim. Dalğalar vurub qayığı aşırdı və mən suyun altında qaldım. Qalxa bilmirdim və bu səbəbdən dəhşət məni bürüdü. Nəhayət kəməri açıb üzməli olduğumu anladım. İlk nəfəsimi aldığım o an…Bunu izah edə bilmirəm. Həyatımdakı ən dəhşətli hadisə idi, hətta onurğamla zədələdiyimdən daha ciddi. Həmin il çempionatdan öncə belarusiyalı dostum qayıqdan aşıb batmışdı. Yoldaşı və uşaqları tək qaldılar. Bu çox mürəkkəb dönəm idi, çünki onun nələr hiss etdiyini yaxşı bilirdim. Sonra, noyabrda biz Honkonqda açıq dənizə çıxdıq. Əvvəl hava sakit idi – biz liman boyunca avar çəkirdik. Geri qayıdanda iki metr hündürlüyündə dalğalar üzərimizə gəlməyə başladı. Naməlum ərazidə, yeni bir qayıqda  idim və dayanmadan özümə bir sula verirdim: “Mənim burda nə işim var?”. Dəhşətli idi və əvvəlki boğulma təcrübəsi bu hissi gücləndirirdi. Sahilə çatdıqda gözümdən yaş axırdı. İndi, hər dəfə hündür dalğa gördükdə, qorxu hissi məni bürüyür. Hər dəfə mən bununla üzləşmək məcburiyyətindəyəm.

 

Atanızla münasibətiniz necədir?

Bir-birimizə çox bağlıyıq. Belimi zədələdikdən sonra daha yaxın olduq – o zaman mən bərpa olunmaq üçün Palanqada uzun müddət keçirirdim, atam isə Klaypedada yaşayır. Buna görə də tez-tez görüşürdük. O mənə çox kömək etdi. İndi də dəstəyini əsirgəmir – imkan tapan kimi gəlib bizi ruhlandırır. Mənim dəyərlərim belimi zədələdikdən sonra dəyişdi – çox məsuliyyəsiz idim, qazandığım pulları bir göz qırpımında xərcləyirdim. Bu yaxınlarda 30 yaşım olacaq, lakin özümü 50 yaşlı atamdan daha qoca hiss edirəm.

 

Bədəninizə qarşı münasibətiniz necədir?

Çılpaq fotosessiya üçün soyunmaq asan idi. Mən dəvəti aldıqda bunun çox möhtəşəm və vacib mövzu olduğunu düşündüm. Zədədən sonra bədənim çox dəyişib. Özümü təkərli kolyaskada görməyə öyrəşmək üçün çox zaman sərf etdim. Həyat yoldaşım Ema ilə görüşməyə başlayanda, insanlar ictimai yerdə bizə baxırdılar. Lakin biz artıq bunu vecimizə almırıq. Yoldaşım mənə böyük dayaq oldu. Həmişə, təkərli kolyaska yox, məni gördüyünü deyir.

Ziqmas, yazıçı, 28
Ziqmas, yazıçı, 28

Sonuncu dəfə nə vaxt ağlamısınız?

Mən tənhalığımıa böyük önəm verirəm. Lakin yalnız ətrafdakı insanlarla təmas edərdək yaşayıb-yarada bilərəm. Məhz münasibətlər həqiqəti ortaya çıxarır və siz özünüzü kim hesab etdiyiniz barədə reallığı təmin edir. Öz aləmində yaxşı və yaraşıqlı olmaq asandır, lakin başqa insanlarla görüşüb  həyatla “toqquşmaq” tamam başqa şeydir. Yaşamaq ölümə yox, məhz göz yaşlarına dəyər. Ölüm sadəcə cümlələrini bitirərək nə baş verdiyini söyləyir. “İndi bu belədir” deyir. O, yox demir. Məhz bunun üçün biz ağlayırıq – başqaları ilə ağrı, ümidsizlik, məyusluq, bəsirət və aydınlıq üzərindən təmas edirik. Ümid bizi çaşdıra bilər və biz, imkan yarandıqca mütləq şəkildə özümüzə və başqalarına yalan danışacayıq.

Sonuncu dəfə ötən həftə bu sözləri yazdıqdan sonra ağladım. Sevginin insanları xoşbəxt edə bilmədiyini xatırladım. Bu ruhlandıra, canlandıra bilər, günlərimizi daha rəngbərəng edə bilər; buna baxmayaraq, bizi xoşbəxt edə bilməz. Mən sevgimin digər insanları dəyişə biləcəyinə, istədiyim kimi hərəkət etmələrinə yol açacağını gözləmirəm. Babamın 95 yaşı var. Çətin anlarda o, həmişə deyir: “Ağlama, çünki göz yaşlarıvı siləcək adam yoxdur”. Bu demək deyil ki, o ağlamağın mənasız və yersiz olduğunu düşünür. Sadəcə babamın fikrincə, göz yaşları müəyyən anlam tələb edir və digər insanlara təsir etməlidir. Onun hekayələrində kişilər həmişə ağlayırdı. Onların nə vaxt dayandığını xatırlamıram. Ola bilsin ki, 50 il öncə.

Ağlayan kişiyə rast gəlmək çox çətindir. Ətrafakılar üçün bu olduqca dəhşətli və ağrılı gəlir. Təsəllisiz. Zaman-zaman təhqiredici. Valehedici. Ola bilsin ki, məhz buna görə çoxları üçün lazımsız və istənilməyəndir. Və kişilərin əksəriyyəti ağlamamağı üstün görür – onlar qəhrəman, sarsılmaz qaya kimi qalmaq istəyir.

 

Atanızla münasibətiniz necədir?

Atam spirtli içki düşgünü idi. Mənim də həyatımı bərbad edib. Mən uşaq ikən intihar etdi. Bir müddət buna görə özümü ittiham edirdim və onun getdiyi üçün sevinirdim. Nəhayət bütün uğursuzluqarımı və qərarlarımı uşaqlıqda yaşadığım travmalarla bağlamamalı olduğumu anladım – bu gün kim olduğum və hara getdiyimlə bağlı məsuliyyətli olmalıyam. Keçmişdə baş verənlərə görə yalnız minnətdar ola bilərəm. Bəzən düzgün başa düşülmədiyimi hiss etdikdə, bəxtim gətirməyəndə yeganə çıxış yolunun hamıdan və hər yerdən uzaqlaşmaq olduğunu, özümdən və bütün dünyadan narazı qaldığımda atamın üzərimdəki nəfəsini hiss edirəm. Onun şimallı, canavar tək nəfəsi içimdə hələ də nigarançılıq, kədər və dağınıtının olmasını sübut edir.

Lakin, buna baxmayaraq qurban olmamalıyam. Belə səhvlər və mənfi misallardan dərs götürməli olduğumuzu və ya bədbəxt uşaqlığın səmərəli təcrübə olduğunu düşünmürəm. Lakin atasız böyümək mənə hər şeyi özüm etməli olduğumu öyrətdi: ilk motosikletimi və maşınımı düzəltməyi, divarları boyamağı, evin damının qeydinə qalmağı, tüstü bacasını təmizləməyi və ya parmik qurmağı. Bundan əlavə, bütün münasibətlərini, adətlərini, aludələrini və digərlərini alqılama qaydalarına özünüz yaratmalısınız.

 

Ümumiyyətlə, mən Litvanın Sovet dövrü ərzində özünə xas kişilik ənənələrini itirdiyini düşünürəm. Öncələr insanlar atalarına o qədər hörmət edirdilər ki, bu artıq müqəddəs münasibətlərə bənzəyirdi. Lakin Sovet dövründə atalarımıza baxdıqda hörmət etmək üçün bir səbəb görmürük. Bu rejim hər bir insanı böyük maşının xırda detalına çevirdi. Bu hər şeyin qərar edildiyi, heç kimin səsini qaldıra bilmədiyi, sənin mənliyinin və məsuliyyətinin lazımsız olduğu bir dünya idi. Kişilik boğulub laqeyd bir heç nəyə çevrildi. Əlbəttə ki, istisnalar var idi, lakin bu tendesniya biz atalığın nə olduğunu yenudən icaz edərək uşaqlarımıza bunun nə qədər gözəl və təqdirəlayiq olduğunu göstərməli olduq. Bu proses möcüzvə və imkanlarla doludur, lakin əsas problem, qış yuxusuna getməmək, anlaşmazlıqlara məhəl qoymayaraq, hisslərin və impulsların axınına düşməməkdir. Biz bu yolda yenidən səmimilik, qürur, yumşaqlıq və güc sərgiləyərək, özümüzü bu şəkildə formalaşdırmalıyıq.

 

Bədəninizə qarşı münasibətiniz necədir?

Bədənimə bir musiqi aləti kimi baxıram – necə istifadə olunduğu və nə ifa etdiyindən asılı olaraq onun dəyəri və gözəlliyi dəyişir. Əlbəttə ki, bədənim, yaşam tərzim və düşüncələrimdən asılı olaraq dəyişən şəxsiyyətimin bir hissəsidir. O, mənim daxilimdə baş verənləri gülərkən yaranan qırışıqlar, belimin əyriliyi, yanıqların, qabarların və ağlınıza gətirdiyiniz başqa şeylərin vasitəsi ilə əks etdirir. O mənə yaxınlığı və istiliyi hiss etməyə, dadmağa, iy bilməyə, tükənməyə və başqa şeylərə imkan verir. Buna baxmayaraq, hər gün özümə sadə bədəndən daha mühüm bir şey olduğumu xatırladıram. Ümumilikdə kişi çılpaqlığı mənim üçün çox sadə və dürüst görsənir. Burada möcüzəli, tədirginedici, sirli heç nə yoxdur. Cəlbedicilikdən daha çox ayıbçıdır. Mən çılpaq bədənin azadlıq ifadəsi və ya ilham mənbəyi olduğuna inanmıram, çünki çox vaxt hər şey onun dərinliklərində olur.

Reynaldas, qida stilisti, 31
Reynaldas, qida stilisti, 31

Sonuncu dəfə nə vaxt ağlamısınız?

Çox nadir hallarda ağlayıram və bu ağlamağın “kişiyə xas olmaması” səbəbindən deyil. Ağlamağı sevirəm çünki bu zaman hormonlarınız balanslaşır. Nadir hallarda çox işlədikdən sonra stress və təzyiq səbəbindən ağlamışam. Bu işə gedərkən baş verirdi. Səhər saat altıda çəkilişə yetişməli idim, 9-da yemək hazırlayırdım, gündüz saat bir də çəkiliş gedirdi və bu mütəmadi olaraq təkrarlanırdı. Özümə həmişə sual verirdim: “Tanrım, mən bu işi bacara biləcəm? Burda nə edirəm?”.

Sonuncu dəfə yayda, sevdiyim oğlanla ayrılanda ağlamışdım. Evimiz, itimiz, geylər üçün uzun müddət sayılan birlikdə keçirdiyimiz yeddi il üçün üzülürdüm. Bir müddət ağladım, özümü pis hiss etdim, sonra hər şey bitdi. Bu qeyri-adi adam üçun olduqca adi bir vəziyyət idi.

 

Atanızla münasibətiniz necədir?

Çox pis idi. Atam adi insan idi, hisslərini biruzə verməzdi, lakin təzyiq hiss edib ağladıqda biz hamımız bunu hiss etdik…Bu gün otuz yaşım var və atam artıq yumşalıb. O hətta keçmişdə etdiyi pis şeylərə görə ağlayıb. İndi münasibətlərimiz yaxşıdır. O məni ziyarət edir və oğlan dostlarımla tanış olur. Bu gün burda olmaq üçün o çox şeyini dəyişib. Qırılma nöqtəsi mən ona cinsi oriyentasiyam haqqında etiraf edəndə baş vermişdi. Pasxa bayramı idi və biz geylərin asılması barədə homofob zarafatlarla dolu olan verilişə baxırdır.

Bu məni əsəbləşdirdi və mən siqaret çəkmək üçün çölə çıxdım. Atam bunu hiss edərək arxamca çölə çıxdı. Mən ona dedim: “Səbəbi öyrənmək istəyirsən? Ola bilsin ki sən də məni asarsan”. O, ağladı, lakin mənin bundan “çəkindirməyə” çalışmadı. Lakin, psixoterapevt yanına getməyim barədə xəbər onu şoka saldı. Atam bunun bizim münasibətlərimizi dəyişəcəyindən, mənim onu keçmişdə baş verənlərə görə ittiham edəcəyimdən qorxurdu. O, psixoloqa yazılandan sonra vəziyyət yaxşıya doğru dəyişməyə başladı. İndi biz hamımız – atam, sevgilim, onun sevfiyi qadın və mən nahara gedirik. Düşünürəm ki, atam tək qalmaqdan qorxduğu üçün dünya görüşünü dəyişməli oldu.

 

Bədəninizə qarşı münasibətiniz necədir?

Hal-hazırda ozümü həmişə olduğum kimi qüvvətli və məmnun hiss edirəm. Az işlədiyim üçün, demək olar ki, evdar qadın rolundayam. Bununla belə, super gücə malikəm – düşündüyüm hər bir yeməyi hazırlaya bilərəm. Evdə oturub seriala baxarkən, birdən ürəyimdən darçınlı bulka keçir. Və mən onu hazırlayıram. Və, mən qurudulmuş vetçina üçün ölürəm…Lakin bədənimdən utanmıram. Mən yaraşıqlı insanları bəyənirəm, lakin həqiqətən canlı insanlara üstünlük verirəm.

Bir zaman çox arıq idim – özümü yaxşı hiss edirdim, amma zəif idim. İndi artıq çəkim var. Kimsə mənə çəkilişdən bir şəkil göndərmişdi – qarnım sallanır, buxaqım var…İyrənc. Lakin sonra istirahət etdim, bir az yatdım, sonra isə təkrarən özümü yaxşı hiss etməyə başladım.

Benediktas (psevdonim), əsgər, 24
Benediktas (psevdonim), əsgər, 24

Sonuncu dəfə nə vaxt ağlamısınız?

Əmimin yas mərasimində. Mənim əhatəmdəki insanlar üçün ailə hər şeydən vacibdir və hamı bir-birini dəstəkləyir. Mən qardaşların və ya başqa qohuçların bir-biri ilə danişmamalarını anlaya bilmirəm. Əlbəttə ki, mən qohumlarıma əsəbləşə bilərəm, onlarla qızğın mübahisə apara bilərəm, lakin biz sarsılmaz bir yumruq kimiyik. Yas zamanı bibim mənə hamını yas ziyafətinə dəvət etməyi tapşırdı. Lakin əmimin basdırıldığını gördükdə dilim qurudu – gözlərimdən yaş axırdı, səsim isə kilidlənmişdi. Fikrimcə o zaman mənim dediklərimi heç kimi başa düşməmişdi. Ağlamaqda utanmalı bir şey yoxdur, lakin mən bunu tanımadığım insanların qarşısında edə bilmirəm.  – onların məni ən duyğulu, zəif anlarımda görməsini istəmirəm. Tənha və ya sevdiklərimin arasında olanda əlbəttə ki ağlayıram.

 

Atanızla münasibətiniz necədir?

Atam dürüst və layiqli insandır. Sadə işi və böyük ambisiyaları olmaması səbəbindən, həyatında heç nəyə nail ola bilməyib. Lakin bəzi aspektlərdə o mənim qəhrəmanım olub. Mən kişiliyi və ləyaqətli olmağı ondan öyrənmişəm. Atam bir şeylə məşğul olduqda, özünü bütünlüklə işə qurban verir. O, öz işini müəmməl görür və başqalarının tələblərini ödəmək üçün imkanlar axtarır. Burad ona yerli evsizlərdən tutmuş yüksək vəzifələrdə outran peşəkarlara dək hamı hörmət edir. O, mənə qadını necə sevməyi öyrədib. Anam bəzən kibritə bənzəyir, lakin atam səssiz şəkildə ona qulaq asır və lazım olanı edir. Hal-hazırda atam mənim dostumdur.

 

 

Bədəninizə qarşı münasibətiniz necədir?

Ümumi götürsək, bədənimi sevirəm. Mənə heç bir çətinlik yaratmır. Heç vaxt idman zalına getmədiyim və istədiyimi yediyim halda, həmişə istədiyimi etmişəm. Bütün zamanlarını məşq etməklə keçirən və nəticələrindən razı qalmayan dostlarım, yaxşı göründüyümü deyirlər. Əlbəttə ki, görünüşümlə bağlı bəzi çatışmazlıqları sezirəm, lakin bunun psixologiya ilə bağlı olduğunu düşünürəm – görünüşümüzü yox, düşüncə tərzimizi dəyişməliyik.

Zidrinas, dördqat titullu, dünyanın ən güclü adamı, 44
Zidrinas, dördqat titullu, dünyanın ən güclü adamı, 44

Sonuncu dəfə nə vaxt ağlamısınız?

Hamı ağlayır – uşaq da, yeniyetmədə, kişi də, qadın da. Ağlayıram, lakin çox nadir hallarda. Bəxtim gətirməyəndə və kimsə xətrimə dəyəndə bu məni diqqətimi cəmləşdirməyə, irəliləməyə sövq edir. Belə şeyləri qiymətli və vacib dərs kimi dəyərləndirirəm. Hardasa 10 il öncə məndə mənfi emosiyalar, başqalarına və özümə qarşı qəzəb daha çox idi. Mən başqalarını başa düşməyə və hər kəsin mənim istədiyim kimi hərəkət etmək məcburiyyətində olmadığını öyrəndim. Başqasının yerində olsam nə edəcəyimi bilə bilmərəm, doğrudur mu? Buna görə də başqalarını mühakimə etməməliyəm.

 

Atanızla münasibətiniz necədir?

Bu gün onun ölümündən üç il keçir. Onun yasına ABŞ-dan uçub gəlmişdim. Vəfatı gözlənilən deyildi. Əməliyyat keçirmişdi və iki ay ərzində, demək olar ki, hər gün onu ziyarət edirdim. Səhhəti yaxşılığa doğru gedirdi. Mən sağollaşmadan uçub getdim…Atam mənim idolum idi. O möhtəşəm yumor hissinə malik qüvvətli bir adam idi. Babam isə mənim dəyərlərimin formalaşmasında böyük rol oynayıb – dayanmadan çalışaraq hamıya ağır zəhmət qarşılığında istədiyinə ail ola biləcəyini sübut edirdi. Babam çox sağlam adam idi, içki içən və siqaret çəkən insanlar onu məyus edirdi. İstədiyi hər şeyi – qayıq, traktor və s. Düzəldə bilərdi. Hətta təyyarə hissələri var idi. Lakin vaxtını dolduraraq bu dünyanı tərk etdi. Ola bilsin ki, bu cür nümunələr mənə hər şeyin mümkün olduğunu göstərib. 10 yaşımda gündəliyimdə futbol, buzüstü hokkey və bodibildinq üzrə çempion olacağımı yazmışdım. Həmişə xəyal quran birisi olmuşam.

 

Bədəninizə qarşı münasibətiniz necədir?

Bədənim mənim üçün çox vacibdir, çünki onunla işləyirəm. Hər şeyi bədənimlə edirəm, lakin əsas şeylər – fikirlər, məqsədlər, motivasiya – həmişə başımda doğulur. Mən bədənimi sevir və əzizləyirəm ki, mənə mümkün olduğu qədər uzun müddtə xidmət etsin. Onu ruhum üçün daha yaxşı bir məkana çevirmək istəyirəm. Çılpaqlıq mənim üçün əhəmiyyət kəsb etmir, mən bu haqda düşünmürəm. Paltarlı duş altına girmədiyin kimi, göldə də çılpaq çimməyə üstünlük verirsən. Mənim bu barədə düşüncələrim kəndə, təbiətin göynündə yaşamağımdan irəli gəlir. Uşaq illərimi meşələrdə, çaylarda, qarda və parklarda keçirmişəm. Mən təbiətin bir hissəsi olmuşam, və mənim paltarım, asfalt və ya insanların yaratdığı başqa şeylər kimi, insanları bir-birindən ayıran bir şeydir.

Metyu, rəqqas, 23
Metyu, rəqqas, 23

Sonuncu dəfə nə vaxt ağlamısınız?

Bir neçə gün əvvəl ağlamışam. Partnyorum və ən yaxın dostumla ayrılmışam və bu çox çətindir. Çünki özümdən daha çox sevdiyim insanı buraxmışam. Yenidən bir-birimizə qovuşmaq üçün yaralarımızı sağaltmağa və düşünməyə zaman tələb olunurdu.Yaxın zamanlarda yenə bir yerdə olacayıq.

 

Atanızla münasibətiniz necədir?

Atamla münasibətlərim olduqca neytraldır. Mən ona nifrət etmirəm, lakin eyni zamanda sevmirəm də. Nə o, nə də mən çoxdanışan insan deyilik. Onun dözümlütü və iradəsi məni valeh edir. O, dolöun həyat yaşamış ağıllı insandır. Ümid edirəm ki, bir çox şeydə ona bənzəməyi bacarmışam. Həyatımın böyük hissəsini yanımda olmadığına görə ona qəzəbliyəm. Mənə maraqlıdır, o yeganə oğlunun qeydinı qalır, yoxsa yox.

 

Bədəninizə qarşı münasibətiniz necədir?

Bədənimin fanatı olmaq üçün mənə təsəvvür edə bilməyəcəyiniz qədər zaman tələb olundu. Köynəyimi çıxartmağa o qədər nifrət edirdik ki, hətta çimərliyə idman paltarında gedərdim. İndi nə qədər yaraşıqlı olduğumu o qədər anlayıram ki, istədiyim hər tərzdə bunu nümayiş etdirmək niyyətindəyəm. Mən çılpaqlığı sevirəm. Əslinə qalsa, yaxın keçmişdə şəkilləriminz hamısını çılpaq vəziyyətdə çəkdirmişəm. Bu özünlə bütöv olmağın mühüm bir hissəsidir: bədəninin bütün hissələrini – böyük, balaca, geniş, dar, bir sözlə BÜTÜN hissələrini qəbul etməkdir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir