Fuad Ələkbərov

 Fuad Ələkbərov

Mənim adım Fuad Ələkbərovdur, özüm Qlazqo şəhərindənəm. Şotlandiyada siyasi və ictimai xadimi kimi tanınıram.

Mənim həyatıma Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun həyat yolu böyük təsir etmişdir. Onun qaçqınlarla və girovlarla rəftarı, məndə siyasi-ictimai məsələlərə böyük maraq yaratdı. 2014-cü ildə baş verən Avropa qaçqın böhranı zamanı, Böyük Britaniya, Fransa və Yunanıstanda məskunlaşan qaçqınlara humanitar yardım konvoylarına rəhbərlik etmişəm. 2015-ci il 17 oktyabrda Şotlandiyadan 28 nəfərlik nümayəndə heyəti ilə Fransanın Kale şəhərindəki “Cəngəllik” adlanan qaçqın düşərgəsinə yollandıq. Qaçqın düşərgəsinə çatmamış zibilin yaratdığı üfunət hər yana sirayət edirdi.

Düşərgədə əsasən Afrikadan və Yaxın Şərqdən gələn 6000-dən çox qaçqın var idi. Qeyd edim ki, “Cəngəllik” qaçqınlar üçün baza idi və orada var-yoxu əlindən alınmış, müharibədən qaçmış və zorakılıq qurbanları olan insanlara rast gəlirdik. Qaçqınlar buradan Britaniyaya qanunsuz yolla daxil olmağa ümid edirdilər.

Sanitar vəziyyətin pis olmasından, çox qaçqınlarda vərəm, ayaqişləmə, posttravmatik stress pozuntusu (PTSP) və dəri xəstəliklərinin əlamətlərini açıq-aşkar görünürdü. Bir saatdan sonra Kaledə humanitar və hüquq müdafiəsi təşkilatlarının 500 nəfərdən artıq fəallarının da qoşulduğu etiraz aksiyası keçirildi. Aksiya iştirakçıları Fransa və Böyük Britaniya hökumətlərindən ümumdünya “İnsan Hüquqları” deklarasiyasının 13-cü maddəsinə əməl etməyi tələb etdilər. Qeyd edim ki, bu maddə insanların bütün dünyada sərbəst hərəkət etmək və yaşayış yerlərini dəyişmək hüquqlarını nəzərdə tutur.

Gözümün önündə fransız polisin 6 və 10 yaşlı uşaqlara gözyaşardıcı qazla müdaxilə etməsi, məni və bir çoxlarını sarsıtdı. Avropada sığınacaq axtaran insanların yeni vətəndəki həyata mümkün qədər tez uyğunlaşması, yerli dili öyrənib iş tapması üçün yardıma ehtiyacları var. Avropa ötən əsrin 60-cı illərində buraxılan səhvlərdən ibrət dərsi götürməlidir. İnsanların sərhədlərdə əziyyət çəkdiyi bir vaxtdan sərhədlərini tamamilə bağlanması, heç bir tərəfə xeyir gətirmir. Sosial media şəbəkələrində qaçqınlar haqqında neqativ fikirlər bildirənlərə, Qarabağ müharibəsi zamanı həlak olmuş və qaçqın düşmüş vətəndaşları bir anlıq yada salmağı məsləhət görürəm. Gəlin unutmayaq ki, insanpərvərlik insan cəmiyyətini, insan nəslini həyatını qoruyub saxlamaq üçün zəruridir.

Amma bu gün məni başqa bir sual daha çox maraqlandırır. Görəsən bu insanların son illər Qərbin “demokratiya maşını”nın çarxları altında əzilərək, viranə qalan və xarabalıqlara çevrilmiş vətənlərini onlara kim qaytaracaq?

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər