İlkin Hüseynov

 İlkin Hüseynov

Bakı Qafqaz bölgəsindəki ən böyük şəhərdir. Neft yataqları üzərində qurulmuş şəhər olduğu üçün də dəfələrlə ani neft bumları nəticəsində nəhəng böyümə və inşaat dövrləri yaşayıb. İcra hakimiyyətinin post-sovet şəhəri öz estetika anlayışına görə yenidənqurma istəyi “köhnəlmiş” binaların məcburi söküntüsünə gətirdi, bu da tarixi, köklü evləri qorumaq istəyənləri məyus etdi.

Qısa zaman ərzində şəhərin mərkəzi üzərində utopik mənzərələr və Bakının maraqlı nöqtələrinin şəkilləri olan müvəqqəti hasarlarla örtülmüş bir böyük inşaat sahəsinə çevrildi. Keyfiyyətsiz fotolarla hazırlanmış banner fetişi elə yayıldı ki, şəhərin real imicini pozdu. Fotokitab hazırkı şəhərsalma siyasətini gözəlliyin antropoloji aspektləri ilə təqdim edir. Gələcək “mükəmməl” şəhər bannerləri Bakının ayrılmaz hissəsinə çevrilib. Tamaşaçı bu müvəqqəti narahatçılığa səbəb olan gizli gözəlliyi ancaq xəyal edə bilər. Belə çıxır ki, müvəqqətidən daha davamiyyətli heç nə yoxdur.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər