Joan Cornella Vazquez

 Joan Cornella Vazquez

Joan Cornella Vazquez narahatedici, sürreal və qara yumor komiksləri ilə yanaşı, incəsənət əsərləri ilə də tanınan ispan karikaturaçı və illüstratordur.

Joan Cornella Vazquez 11 yanvar 1981-ci ildə İspaniyanın Barselona şəhərində anadan olub. Təsviri sənət fakültəsini bitirdikdən sonra La Cultura del Duodeno, El Periódico və Ara kimi bir çox jurnallarla əməkdaşlıq etmiş, həmçinin New York Times qəzeti üçün illüstrasiyalar hazırlamışdır.

O, 2009-cu ildə Abulio adlı albomuyla 3-cü Josep Coll mükafatına layiq görülmüşdür. Həmin albom növbəti ildə Glenat jurnalında dərc edildi. Cornella 2010-cu ildən bəri həm də İspaniyanın El Jueves jurnalı üçün illüstrasiyalar hazırlayır.

Onun ağ-qara illüstrasiyalardan ibarət Fracasa Mejor adlı kolleksiyası 2012-ci ildə nəşr olundu. El Jueves və digər müxtəlif məşhur jurnallarda təqdim edilən materialları əhatə etməsinə baxmayaraq, illüstrasiyaların əksəriyyəti 2012-ci ilə qədər nəşr edilməmişdi.

2013-cü ildə onun Mox Nox adlı üçüncü albomu Bang Ediciones vasitəsilə nəşr olunmuşdur.

Cornella həmçinin 2016-cı ildə Wilco-nun Schmilco adlı onuncu studiya albomunun üz qabığının hazırlanmasında illüstrator kimi vizual dizayner Stefania Lusini ilə əməkdaşlıq etmişdir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir