Natavan Vahabova

 Natavan Vahabova

Bakılı fotoqraf Natəvan Vahabova özünü həm reklam, həm də rəsm sahəsində doğrultmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetini bitirdikdən sonra o, əsas diqqəti fotoqrafiyaya yönəltməklə bərabər, qrafik dizayn və illüstrasiyalarla məşğul olmağa başlayır. 2004-cü ildən Azərbaycan Fotoqraflar Birliyinin üzvü olan Natəvan, müxtəlif yerli və beynəlxalq mükafatların laureatı, o cümlədən 2014-cü ildə “Ölkəm Şərq Tərəfdaşlığında” adlı fotomüsabiqənin qalibi olmuşdur. Natəvanın yaradıcılığı 2012-ci ildə Londonun “Pall Mall” qalereyasında keçirilən “Azərbaycan linzada” adlı fotoqrafiya müsabiqəsinin və daha sonra 2018-ci ildə Bakıda Yay qalereyasında keçirilən müasir fotoqrafiya ilə bağlı qrup sərgisinin vasitəsi ilə təsdiqini tapmışdır.

Onun reklam işlərinə böyük tələb var – fotoları “Bakı”, “Ailə” və “Passaj” kimi jurnallarda çap olunub, əl işləri isə Avstriyada nəşr olunan “Uşaqlar” fotokitabında yer alıb. Natəvan “Rəsm” zinyət evi, “Çələbi” şirkəti, MMMDN (Ma Mère m’a dit Non) moda leybli, “Savalan” şərab markası və digər məşhur adlar üçün redaktor fotoqrafiyaları hazırlayıb.  Hal-hazırda o, portret rəssamlığı üzərində işləyir, eyni zamanda Azərbaycanın ictimai və məişət həyatını öyrənmək üçün fotoqrafiyaları istifadə edir.

Natəvanın uğuru onun süjet xəttini bir fotoya həkk etmək bacarığı ilə bağlıdır – onun obrazları bir ömrə bərabər emosiya və həyəcanları əhatə edir. Onun yaradıcılığının özəyində müxtəlif hekayələri ifadə etmək üçün obyektivdən istifadə etmək sevgisi durur. Bu yaxınlarda ərsəyə gətirdiyi foto seriyasında o, müxtəlif hadisələrin “arxa planını”– moda həftəsi zamanı səhnə arxasında modelləri, tamaşaya hazırlaşan rəqqasları, gənc qadınlardan ibarət voleybol komandasını və ya reklam çarxını çəkən çəkiliş qrupunu həkk edib. Bununla Natəvan hazır məhsul kimi qavradığımız şeyin arxasında duran insan əziyyətini bizə göstərmək istəyir. Bu əl işlərinə baxarkən biz, adətən gözdən qaçan, bu şeylərin ərsəyə gəlməsində kömək edən insanların təsirini görə bilirik.

Bu yaxınlarda yaratdığı digər portretlər seriyasında isə o, rəssamları studiyalarında – bəzən söhbət edərkən, bəzən əl işləri ilə birgə çəkir, lakin onların yaradıcılıq prosesini işıqlandırmaq naminə, diqqəti həmişə rəssamların şəxsiyyətində cəmləşdirir. İntim və kobud olan portretlər rəssamın daxili həyatını onun öz gözləri ilə açır. Sənədli fotoqrafiya işində isə Natəvan diqqətini gündəlik həyatın xırda detallarında – işıq və kölgədə, teksturada və perspektiv dəyişməsində cəmləşdirir, subyektlərinin emosional dünyasını vurğulamaq üçün isə boğuq nostaljik rəng tonlarından istifadə edir. İnsanlar onun işlərində şərəflə və əyaniliklə ətraf mühitə aid olan şəxsiyyətlər kimi peyda olur, çünki onların hərəsinin öz hekayəsi var. Oyun və təmas anları ilə birgə, Natəvan düşüncəyə qərq olmuş müşahidə və fikirləşmə anlarını həkk edir. Fotoqrafın təəsübkeşliyi və sənətkar baxışını əsərlərində aydın sezmək olur – o, tamaşaçıları şəkillərindəki insanlarla tanış olmağa dəvət etməklə, hər birimizin içindəki ümumi insanlığı üzə çıxarır.

Natavan Vahabova

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir