Orxan Qarayev

 Orxan Qarayev

Gəncədə doğulmuş, lakin hal-hazırda Bakıda yaşayan Orxan Qarayev Elvella, nisbətən gənc yaşına baxmayaraq, məhsuldar rəssamdır. Orxan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almaq üçün Gəncədən Bakıya gəlir və qrafik incəsənət, illüstrasiya, heykəltəraşlıq və rəssamlıqdan ibarət yaradıcılıq yolu keçir. Onun əl işləri Azərbaycan və ölkə xaricində, o cümlədən Almaniya, Fransa, Rusiya və Türkiyə kimi ölkələrdə geniş şəkildə sərgilənib. Bundan əlavə, onun əsərləri şəxsi kolleksiyalar çərçivəsində Türkiyə, Gürcüstan, Fransa və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə nümayiş etdirilib.

 

Orxan ictimai və mənəvi mövzulara toxunan, mürəkkəb və emosional kompozisiyaları əks etdirən rəsmlərinə görə tanınır və təqdir edilir. Müasir həssaslıqla birgə surrealizm və kubistik kompozisiya elementləri ilə uzlaşan öz unikal estetikasını inkişaf etdirmək üçün rəssam mütəmadi olaraq, hazırki təcrübəsinə söykənən, yeni işlər yaradır. Onun əsərlərinin bir çoxunda, özünükəşfi simvolizə edən canlılar və bitki ikonoqrafiyası təsvir olunub ki, bu da öz növbəsində rəssamın əl işlərini baxımlı və cəlbedici edir. Orxan kətan üzərinə perspektiv və dərinliklə manipulyasiya edən daha fiqurativ obrazların formalaşdığı rənglər və naxışlar  həkk edir. Qeyd etmək lazımdır ki, onun əsərlərində qrafik incəsənətin təsirini aydın görmək olur. O, Azərbaycanda baş tutan çoxsaylı sərgilərlə birgə, 2014-cü ildə “Qəsbkarlıq muzeyi” və 2016-cı ildə ARTIM-la “Half Truth” sərgiləri daxil olmaqla, Yarat Müasir İncəsənət Məkanının sərgi və layihələrində iştirak edib. 2016-cı ildə Orxan Qarayev Elvella “Art Dialoq” eksperimental performansı zamanı Ramin Quliyevin bəstələdiyi musiqi müşayətində Səbinə Vəlibəyovanın canlı şeir oxuması ilə üst-üstə düşən rəsm əsəri yaradır.

 

2017-ci ildə rəssamın əl işləri Azərbaycan Milli İncəsənət Muzeyində “Art Rising” adlı ulduzu yeni parlayan rəssamların sərgisində və İçərişəhərdə Natəvan Qalereyasında “Spektr” qrupunun sərgisində iştirak edir. Orxan müxtəlif incəsənət festivallarında, o cümlədən 8-ci Beynəlxalq Qız Qalası İncəsənəti Festivalında, Qala Arxeoloji və Etnoqrafik Muzey kompleksində baş tutan “Tullantılardan incəsənətə” layihəsinin 6-cı sərgisində və Port Baku-da açıq havada keçirilən “Novruz No Rules” sərgisində iştirak edib.

 

2018-ci ildə Heydər Əliyev Mərkəzində keçirilən Səməni Beynəlxalq İncəsənət Sərgisində Orxan 3-cü yerə layiq görüldükdən sonra onun yaradıcılığı tanınmağa başladı. Bundan əlavə, Ağ Şəhər Qalereyasında “Əvvəldən sonadək” qrup sərgisində və, 2018-ci ilin mayın 28-də Qazelli Art House-da, bir çox mühüm gənc və məşhur azərbaycanlı rəssamların iştirak etdiyi, Azərbaycan Xalq Cümhurriyətinin elan olunmasının 100 illiyinə həsr olunmuş “1918” qrup sərgisində də iştirak edib. Rəssamın “Cal”, “Reinkarnasiya” və “Dəyişən reallıq” əsərlərindən ibarət triptix incəsənətin müxtəlif sahələrini birləşdirən bir əl işidir. Burada Orxan Azərbaycanın ağ-qara arxiv fotolarını öz çağdaş üslubunda al-əlvan boyalı rəsm əsərləri vasitəsi ilə ifadə edir. Öz son layihəsi çərçivəsində Orxan Qarayev Elvella bu ilin sentyabrın 18-də ARTIM-ın “Tam boşluq” adlı virtual reallıq incəsənəti sərgisinə rəqəmsal boyutlu yeni kompozisiyasını təqdim etməklə, ziyarətçilərə onun əl işlərinin 3D labirintində qərq olmağa imkan yaradıb. Yeni tərz tam şəkildə onun üslubuna və estetikasına uyğundur, bundan əlavə, təcrübəsi artıqca, rəssamın emosional mənzərələrin eksperimental araşdırmalarının konseptual çərçivələri sarsıtmağa davam edəcəyinə inam yaradır.

Orxan Qarayev

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir