Səbinə Şıxlinskaya

 Səbinə Şıxlinskaya

Rəssam və kurator Səbinə Şıxlinskaya, Bakıda ən öncül müasir konseptual incəsənətin təşviqatçılarından biridir. İlk olaraq Bakıda rəssamlıq üzrə, sonra isə Sankt-Peterburqda monumental rəssamlıq üzrə təhsil alan S.Şıxlinskaya, müxtəlif incəsənət sahələrini və texnikalarını tədqiq edərək öz yaradıcılıq təcrübəsini genişləndirir. Rəssam bir çox sərgilərdə, fərdi sərgilərdə, biennalelərdə, həmçinin Rusiya, İtaliya, Almaniya, Gürcüstan, Estoniya və Polşa kimi ölkələrdə keçirilən sərgilərdə iştirak edib. 2014-cü ildə onun əl işləri Bakıdakı MOMA-da keçirilən “İllüziyalar” adlı solo şouda, 2016-cı ildə isə bir çox qrup və qalereya sərgiləri ilə birgə  “Daça” adlı birgə sərgidə nümayiş etdirilir. Bundan əlavə, onun əl işləri Azərbaycanda, Türkiyədə və Rusiyada ictimai və korporativ, Asiyada, Şimali Amerikada, Avropada, İsraildə və Rusiyada fərdi kolleksiyalara daxil edilib. Azərbaycan incəsənət mənzərəsinə verdiyi tövhələr onu həm Azərbaycanda, həm də xaricdə məşhurluq gətirir və Səbinə Şıxlinskaya Azərbaycanın əməkdar rəssamı adına layiq görülür.

 

Səbinənin son işlərindən biri olan Bakıdakı Landmark mehmanxanasında yerləşən The Oil Epic (2018) adlı böyük freska Azərbaycanda neft sənayesinin tarixini əks etdirir. Dörd hissədən ibarət əsər neft sahəsinin inkişafının xronikasından ibarətdir, çalarlı və ifadəli toxunuşlar sayəsində neftin ətraf mühitə və cəmiyyətə necə təsir etdiyini emosional şəkildə əks etdirir. Tikilinin lobbisində yerləşən bu freska daxili divarları ağuşuna alaraq izləyiciləri vizual nəqlə qərq edir. Landmark mehmanxanası rəssama lounge üçün daha bir əsər sifariş edir. 2017-ci ildə sifarişə uyğun olaraq S.Şıxlinskaya “Günbatandan günçıxanadək” adlı günəş işığına boğulmuş tavanları əks etdirən Bakı mənzərəsini yaradır.

 

Bununla birgə Səbinə , sərgilərin sponsorluğu və layihələrin həyata keçirilməsi vasitəsi ilə gənc azərbaycanlı rəssamlara dəstək verən məhsuldar bir kuratordur. Müasir incəsənət muzeylərinin və kolleksiyalarının beynəlxalq komitəsi (CiMAM) kimi beynəlxalq kurator təşkilatlarının üzvü olan rəssamımız dünya miqyasında Azərbaycan incəsənətinə həsr olunmuş konfrans və akademik müzakirələrdə iştirak edir. Bu yaxınlarda Səbinə Şıxlinskaya “Yox olma” layihəsini ərsəyə gətirib. Bu layihə 2018-ci ilin noyabr ayında Bakının Sovetski məntəqəsində yerləşən İbrahim Əbilov adına tarixi mədəniyyət mərkəzində nümayiş etdirilən video işlərin və fotoqrafiyaların qrup sərgisindən ibarət olub. Məğzi və yerinə görə bu layihə xüsusi mənaya malik idi – burada sərgilənən bütün əsərlər bu yaxınlarda yeni tikililərə yer açmaq üçün bu yaxınlarda hissəsinin bir çoxu dağıdılan Bakının memarlıq mənzərəsinin dəyişməsinin təcəssümüdür. Ekspozisiyaya daxil edilən  “Göy onun çiyinlərində” adlı video-artında rəssam tarixi bina haqqında hekayə hazırlayaraq, bu yerlərdə bərqərar olan nəhəng tarixi yaddaşı ifadə etməyə çalışmışdır. 1835-ci ilə təsadüf edən və ölçülə bilməyən ictimai və mədəni dəyərə sahib olan, lakin yerləşədiyi məkan səbəbindən təhlükə ilə üzləşən Mədəniyyət mərkəzində nümayiş etdirilən Səbinənin əsərləri izləyiciləri, bu cür yerlər haqda yaddaş silindikdə nəyin yox olması haqda düşünməyə dəvət edir. Onun növbəti kurator layihəsi isə 2019-cu ilin 17-19 may tarixlərində Tiflis İncəsənət Yarmarkasında nümayiş etdiriləcək “Qadın olmaq” sərgisidir. Burada öz işlərində gender məsələlərinə yer verən 4 nəsil azərbaycanlı rəssamların əsərləri təqdim olunacaq. Səbinə Şıxlinskayanın bütün kurator layihələri, onların şəxsi fikirlərini və önyarğılarını araşdırmaq üçün izləyicilərə meydan oxuyur. Mürəkkəb mövzulara baxmayaraq, S.Şıxlinskayanın işləri nikbinlik ruhu daşıyır və rəssamın konseptual baxışı sayəsində izləyicilər gördüklərinə yeni nəzər nöqtəsindən baxmaq imkanı əldə edirlər.

Səbinə Şıxlinskaya

Fotonun müəllifi: Natavan Vahabova

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir